maddədən ibarət olan bu sənəd məxvi olaraq iki nazirin qarşılıqlı
məktubu kimi saxlanırdı.
Müqavilədə İtaliyanın öhdəçiliyi Qara dəniz boğazı
məsələsində Rusiyanı dəstəkləmək, Rusiyamn öhdəçiliyi isə
Tripoolitani
və
Kirenankedə
İtaliyanın
maraqlarını
dəstəkləməkdən ibarət idi.
Almaniyanın
Rusiyaya
ultimatumu.
Avstriya
-
Macarıstanın Balkandakı siyasəti Serb xalqımn qəzəbinə səbəb
olmuşdu. Rusiyada da ictimai rəy serblərin tərəfində idi. Bu isə
Vyanaya sərf etmirdi. Rusiyaya təsir etmək üçün Vyana öz
müttəfiqi olan Almaniyadan istifadə etmək qərarına gəlmişdi.
1909-cu ilin mart ayında Almaniyanın Rusiyadakı səfiri Portales
Izvolskiyə ultimatum xarakterli nota vermişdi. Berlin Rusiyamn
Serbiya barədəki dəqiq mövqeyini bilmək istəyirdi. Əgər Rusiya
Serbiyaya kömək edərdisə, onda Almaniya Avstriyanın Balkanda
sərbəst hərəkətinə yol verəcək idi. Odur ki, II Nikolay II Vilhelmə
məlumat verdi ki, Rusiya almanların şərtini qəbul edir. Beləliklə,
bir neçə gündən sonra Serbiya Avstriyaya təslim oldu.
Mərakeşdə
vəziyyət
Aydındır
ki,
beynəlxalq
münasibətlərdəki bu qarışıqlıq yalnız Balkanda deyil, başqa
regionlarda da mövcud idi. Fransa Mərakeşə olan təsirini daha da
artırırdı. Bu isə Almaniyanı qıcıqlandırırdı. 1908-ci ilin avqust
ayında Mərakeşdə olan qarışıqlıq zamanı Sultan Mulay Havid və
onun qardaşları öldürülmüşdür. Bir nəfər də fransız vətəndaşı
öldürülmüşdür. Bundan istifadə edən Fransa hökuməti Əlcəzairin
sərhəd rayonlarına ordu yeritmiş və Kasablanka limanım zəbt
etmişdir. Almaniya Fransanın belə hərəkətini izləyirdi. Qarışıqlıq
salanların həbsi zamanı Alman səfirliyinin katibi də zərər
çəkmişdir. Bu vəziyyəti daha da gərginləşdirmişdir. Berlin
müəyyən diplomatik danışıqlarla kifayətlənmişdir. Fransa isə
alman vətəndaşı üçün Mərakeşdə bərabər hüquqlu kommersiya
fəaliyyəti aparmasına zəmin yaratmışdır. Rusiyanın xarici işlər
naziri İzvolskiy qeyri-səmərəli xarici
236
siyasətinə görə istefaya buraxılmış və 1910-cu ildə S.D. Sazo- nov
xarici işlər naziri təyin edilmişdir. Sazonov ehtiyatlı və
düşünülmüş siyasətin tərəfdarı idi.
Antantanın dağılmasına Almaniyanın təsiri. 1910-cu ilin
axırlarında Potsdamda II Nikolay ilə II Vilhelmin görüşü
olmuşdur. Hər iki xarici işlər nazirləri də burada görüşmüşlər.
Potsdam görüşündə Almaniya yenə Rusiyaya qarşı xeyirxafı
münasibətdə olduğunu bildirirdi. O, eyni zamanda bildirirdi ki,
Avstriya - Macarıstanın Balkan barədəki siyasətini gələcəkdə də
dəstəkləməyəcəkdir. Bundan əlavə, Rusiya ilə Almaniya arasında
müqavilənin layihəsi də hazırlanmışdı. Bu layihəni Berlin təqdim
edirdi. Layihədə Bağdad dəmir yolu çəkilişinə olan münasibətdən
başqa tərəflər arasında qarşılıqlı öhdəçiliklər də öz əksini
tapmışdır.
Əslində, bu layihə Rusiyamn açıq-aşkar Antantadan
çıxması demək idi. Layihə uzun müddət Peterburqda müzakirə
edilmiş , 1911-ci il avqust ayının 19-da (10 aydan sonra)
imzalanmışdır. Müqavilədə hər iki dövlətin Bağdad dəmir yolu
çəkilişinə, İran və Türkiyəyə olan münasibəti - siyasəti əks
olunurdu. Hər halda Almaniyanın səylərinə baxmayaraq Rusiya
Antantadan çıxmamışdı.
Almaniyanın Mərakeşdə möhkəmlənməsi səyləri.
1911-
ci ildə Mərakeşdə baş verən hadisə Avropaya səs salmışdı.
Yazda Mərakeşin mərkəzinin Fes rayonunda üsyan baş vermişdir.
Bundan istifadə edən fransızlar oranı zəbt etmişlər. Almaniya buna
çox tez reaksiya vermişdir. Berlində belə qərara gəlmişlər ki, ya
Fransadan Mərakeşin ərazisinin bir hissəsini və yaxud müəyyən
məbləğ pul istəsinlər. Müəyyən məsləhətləşmələrdən sonra
Mərakeşin Mahador və Aqadir (burada almanların müəssisələri
vardı) rayonlarını zəbt etməli olmuşlar.
1 iyul 1911-ci ildə Almaniyanın hərbi «Pantera» gəmisi
Aqadirə daxil olmuşdur (tarixdə bu «Panteranm» tullanması
adlanır). Bundan əlavə, Almaniya Mərakeş sahillərinə yüngül
237
kreyser də (sürətli gəmi) göndərmişdi. Beləliklə, Almaniya və
Fransa diplomatlan arasında danışıqlar başlanmışdır. Burada
Londonun da böyük təsiri vardır. Britaniyanın xarici işlər nazirliyi
qəti xəbərdarlıq etmişdir ki, Almaniyanın Mərakeşə soxulmasına
heç vaxt imkan verməyəcəkdir.
1911-ci ildə Fransa ilə Almaniya arasında müqavilə
imzalanmışdı. Almaniya Mərakeş üzərində Fransanın Protektor-
luq hüququnu tanımışdır. Bunun müqabilində o, Konqonun bir
hissəsini Almaniyaya güzəştə getmişdir. Mərakeş hadisələri
bütünlükdə bir tərəfdən Almaniya ilə Fransa, digər tərəfdən
İngiltərə ilə olan münasibətləri daha da kəskinləşdirmişdir.
İngiltərə və Fransada da Almaniyaya qarşı əks fikirlər artmışdır.
Fransa və Almaniyada şovinist cəhətlər özünü göstərirdi. Artıq
Almaniyada Fransaya qarşı müharibəyə başlamaq səsləri
duyulurdu.
Balkanda vəziyyət- Balkanda gərginlik artmaqda davam
edirdi. 1911-ci ilin sentyabrında İtaliya Türkiyəyə ultimatum
göndərmişdir. O, Tripoli və Kerenankunu əldə etmək üçün
müharibəyə başlamışdır. İtaliya donanması Türkiyə sahillərinə
yaxınlaşaraq bəzi limanları bombalamışdır. Rusiya bu
müharibədən istifadə edərək öz səfiri Çarıkov vasitəsilə vəzir Səid
paşaya müqavilə üçün layihə təqdim etmişdir. Rusiya hərbi
gəmilərinin boğazlardan sərbəst hərəkəti üçün razılıq əldə etmək
istəyirdi. Burada Fransa və İngiltərə Rusiyanı dəstəkləməmişdi.
Beləliklə, Rusiyanın niyyəti baş tutmamışdır.
İngiltərə-Almaniya danışıqları. Avropada uzun müddət
İngiltərə ilə Almaniya arasında qarşıdurma mövcud olmuşdur.
Buna baxmayaraq, 1912-ci ilin fevral ayında İngiltərənin hərbi
naziri XoJden Berlinə gəlmişdir. Bu hadisə bir çox dövlətlər üçün,
xüsusilə, Fransa və Rusiya üçün gözlənilməz olmuşdur. Burada
əsas məqsəd guya müharibə barədə olan gərginliyi azaltmaqdan
ibarət idi.
İngiltərənin nümayəndəsi əvvəlcədən Parisə bildirmişdi
ki, bu səfər onlann xarici siyasətində heç bir dəyişiklik
238
Dostları ilə paylaş: |