qrupu yaradılmışdır. Bu qrupa Amerikada Çikaqo banklarından
birinin direktoru Ç. Daues' rəhbərlik etmişdir.
«Morqan» bank qrupu ilə sıx bağlı olan «Daues planı»
1924-cü il sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Cərimə
öhtəliklərini həyata keçirmək üçün «Daues planı»nda üç əsas
mənbə nəzərdə tutulurdu. 1) Kütləvi istehlak malları üzrə daxil
olan rüsumlar və dolayı vergilər, xüsusi istiqrazlar buraxılması;
2)
Almaniya dəmir yollarının istifadəsindən olan gəlirlər;
3)
Sənayenin vergiyə cəlb edilməsi.
Onu da qeyd etməliyik ki, «Daues planı» işə düşəndən
sonra Amerika kreditorları Almaniyaya 800 mln.marka borc
vermişlər, təkcə Amerikadan və İngiltərədən 21 mlrd, marka
kredit almışlar. 1920-ci illərin axırlarına alman maqnatları
itirilmiş beynəlxalq mövqelərini qaytara bilmişlər. «Daues planı»
dövründə (1924-1932-ci illər) Almaniya öz ağır sənayesini və
hərbi sənayesini təzələmiş və inkişaf etdirə bilmişdir. Bir az
əvvələ keçərək qeyd edək ki, 1929-cu ildə dünya iqtisadi
böhranının gərginləşdiyi bir şəraitdə «Daues planı» «Yunq
planı» ilə əvəz edilmişdir. O, «Yunq Daues planı»nın
iştirakçılanndan biri idi. Morqanın elektrotexniki trestinin
prezidenti idi. Cərimə problemi üzrə ekspertlər komitəsinin sədri
idi. Yunq cərimənin cəmi məbləğini 113,9 mlrd, markaya
endirmiş, ödəniş müddətini 37 ilə nəzərdə tutmuşdur. Digər
dəyişikliklər də edilmişdir.
Almaniyanın inkişafına hərtərəfli köməklik göstərilməsi
ilə yanaşı hər halda «Lokaro konfransı»nm (5-16.10.1925)
iştirakçılan
Almaniyanın
gələcək
silahlanmasından
ehtiyatlanırdılar. Həmin konfrans «Reyn təminat paktı» adlanır.
Burada Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya
öhtəçilik götürmüşlər ki, ərazi toxunulmazlığına təminat verilsin.
Bu təminat müqaviləsinə əsasən Polşa və Çexoslovakiya
sərhədlərinin pozulması baş verərsə köməklik barədə Fransa
öhdəçilik götürmüşdür. 1 dekabr 1925-ci ildə Londonda
' Daues Çariz (1865-1951) bankir, ABŞ -1925-1929 vitse prezident
275
imzalanan Almaniya, Fransa, Belçika, İngiltərə və İtaliya
arasındakı müqavilə də öz ilk başlanğıcını «Lokam müqavi-
ləsi»ndən götürmüşdür. Adları çəkilən ölkələr bir tərəfdən
Almaniya digər tərəfdən isə Fransa və Belçika ilə sərhədlərin
toxunulmazlığına təminat vermişlər.
«Lokam konfransı»ndan sonra Avropada vəziyyət daha
da gərginləşmişdir. Avropa dövlətlərinin qruplaşması artmışdır.
İngiltərənin mövqeyi daha da artmış, Fransanın mövqeyi nisbətən
zəifləmişdir. Almaniyanın qərb sərhədləri müəyyənləşdirildiyi
halda, şərq sərhədləri açıq qalmışdır. Yenə də «Lokam
konfransı»mn qərarına əsasən 1926-cı ilin sentyabr aymda
Almaniyanı Millətlər Birliyinə qəbul etmişlər. İngiltərə
diplomatiyası Şərqi Avropaya Fransamn təsirini artırmağa və
Sovetlər əleyhinə qruplaşma yaradılmasına özü rəhbərlik etmək
fikrində idi. O, Baltikyanı respublikaları Finlandiya və Polşam da
bura qoşmaq istəyirdi (Baltikyanı «Lokarn» yaratmaq istəyirdi).
Öz növbəsində Sovetlər tərəfi də Baltikyanı dövlətlərlə
müqavilə bağlamağa səy göstərirdi. İngiltərənin əks təsirinə
baxmayaraq 1926-cı ilin sentyabr ayında Sovet İttifaqı ilə Litva
arasında müqavilə bağlanmışdır. Bu, ticarət müqaviləsi idi,
1927-ci ildə qüvvəyə minmişdir. Bundan sonra İngiltərə yeni bir
blok (Sovetlər əleyhinə) yaratmağa əl atırdı. Finlinadiya,
Baltikyanı dövlətlər və Polşadan başqa Almaniyanı da bura
qoşmaq istəyirdi. Ancaq Polşa bu layihəni dəstəkləyirdi.
Almaniya burada iştirak etmək istəmədiyini bildirmişdir. 1926- cı
ilin aprel aymda Sovet İttifaqı ilə dostluq və neytrallıq barədə
müqavilə imzalamışlar (hər iki tərəfə aid siyasi və iqtisadi
məsələlərin bütün tərəfləri üzrə razılaşma müqaviləsi). Bu
müqavilə Sovetlər əleyhinə qruplaşmaya qarşı bir əksdurma idi.
İngiltərə hökuməti açıq-aşkar Sovetlər əleyhinə təbliğat
aparırdı. Bunların başında Baş Nazir S.Bolduin və xarici işlər
Naziri O.Çemberlen dumrdu. S.Bolduin 1927-ci ilin fevral
276
ayında İngiltərə-Sovet münasibətlərinin kəsiləcəyini də
bildirmişdir. Beləliklə, 1927-ci il may ayının 27-də İngiltərə
(1921-ci ildə yaradılmış)ticarət üzrə müqaviləni ləğv etmiş və
diplomatik münasibətləri də pozmuşdur. Sonra ardıcıl olaraq bir
çox araqızışdıncı hərəkətlər törətmişdir.
1927-ci il iyun ayının 7-də Polşada SSRİ-nin səlahiyyətli
nümayəndəsi P.L. Voykov öldürülmüşdür. 1926-1927-ci illərdəki
Sovetlər əleyhinə olan hərəkətlərə Çini də qoşa bilmişlər. Aprel
ayının 6-da bir neçə əsgər və milis işçisi Sovet İttifaqının Çindəki
səfirliyinə girərək müəyyən dağınıqlıq etmişlər, Şanxayda ingilis
əsgərləri Sovet səfirliyinə soxulmuş və dağınıqlıq yaratmışlar.
Lakin İngiltərənin planları özünü doğrulda bilməmişdir. Onlar
belə hesab edirdi ki, Sovetlər əleyhinə təbliğatda başqa dövlətlər
də onlara qoşulacaqlar. Belə olmadı. SSRİ ilə ticarət əlaqələri
kəsildiyinə görə İngiltərənin ticarəti xeyli azalmışdır. Qeyd
etməliyik ki, yalnız iki ildə (1927-1928) Almaniya SSRİ-yə
İngiltərədən 700 mln. manat artıq məhsul satmışdır.
Beynəlxalq vəziyyətin qarışıqlığından istifadə edən
Almaniya öz hərbi sənayesini artırırdı («Versal sülh müqa-
viləsi»nin qərarlarımn əksinə). Bunu görən Fransa və onun
müttəfiqləri olan Rumıniya, Polşa, Yuqoslaviya və Çexoslovakiya
da hərbiləşməni artırırdılar. 1925-ci ilin sentyabr ayında Millətlər
Birliyinin sessiyasında konfrans çağrılması qərara alınmışdır.
Konfransda silahlanmanın məhdudlaşdırılması məsələlərinin
müzakirə edilməsi nəzərdə tutulmuşdur.
Konfransa hazırlıq üçün komissiya da yaradılmışdır. ABŞ
və SSRİ də dəvət edilmişdir (onlar bu təşkilatın üzvü deyildilər).
Bir neçə layihə hazırlanmışdır. Fransa layihəsində beynəlmiləl
ordu yaradılması təklif edilirdi. İngiltərə, əsasən, aviasiyanın və
sualtı flotun azaldılmasına üstünlük verirdi. Konfrans İsveçrədə
keçdiyi üçün Sovet İttmfaqı ora getməmişdi. Çünki o vaxt V.V.
Vorovskinin öldürülməsindən sonra İsveçrə ilə bütün əlaqələr
kəsilmişdir. Sonra 1927-ci ilin aprel
277
Dostları ilə paylaş: |