32
axşamçağı Naməlsəm məhəlləsinin adamı evdən çıxa
bilməzdi.
Getdikcə, bu məhəllənin halı fənalaşdı. Kəndxuda
isə N. məhəlləsinin hünərini görüb heç qorxmazdı və
bacardığı yerədək İ. camaatına kömək edərdi, sözlə-
rinə qulaq asardı, şikayətlərinə artıq dərəcədə diqqət
edib lazımınca sərəncam çəkərdi. Nə üçün də etmə-
yəydi? Kəndxuda dünyagörmüş, ağıllı bir adam idi….
Bilirdi ki, İ. camaatının şəhərdə yaxşı işbilən, oxumuş
adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda
şəhərə xəbər gedir, adam göndərirlər və nə ki, lazım-
dır işlərini düzəldirlər.
Bilirdi ki, bunlara yavıqlıq etsə, qulluq işləri də
yaxşı gedəcəkdir. Həqiqət kəndxuda olmayan işləri
N. məhəlləsinin başına gətirdi, bununla belə şəhərdə
naçalnik, qubernatorun yanında hörməti günbəgün
artırdı.
Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı.
Daşdəmir koxanı oraya təyin etdilər. Bu xəbər kəndə
çatdı. İ. camaatı nəhayət dərəcədə qəmgin oldu. N. ca-
maatı isə əhvalatı eşidib şadlıq etdilər: atıldılar, düş-
dülər. Kəndxudanın getməyindən bir gün müqəddəm
Əmi öz məhəlləsinin adamlarını yığıb gülə-gülə on-
ları təbrik edib dedi: Ay camaat, sizə məlumdur ki, bu
zalım balası başımıza nə oyunlar gətirdi. İndi biz
gərək öz koxamıza göstərək tainki bilsin ki, biz ondan
narazıyıq, ona görə də mən məsləhət edirəm: o yola
düşəndə heç kim onu ötürməyə çıxmasın. Onunla
33
salamlaşmasın. Fəqət bir mənim getməyim məslə-
hətdir. Tainki gedəndə bir neçə söz demək lazımdır:
bilsin, düşünsün ki, biz də varıq….
Camaat buna razı oldu.
Səhər İ. camaatı hamılıqla kəndin kənarına çıxıb
kəndxudanı ötürməyə hazırlaşdılar. N. məhəlləsin-
dən isə Əmidən başqa bir adam yox idi. İ. məhəllə-
sindən vəkillər bir-bir qabağa yeriyib kəndxudanı
alqışladılar, nitqlər söylədilər, hətta bir neçəsi ağladı.
Bu halda Əmi də qabağa yeriyib dedi:
– Sevgili, mehriban kəndxuda, sizi N. məhəlləsi-
nin tərəfindən səmimi qəlbdən təbrik edirəm. Biz çox
heyfsilənirik ki, sizi bizdən ayırdılar. Allah sizi bizə
çox görməsin. Sizi özümüzə ata bilirdik….
Hətta yalandan dodağını da büzdü ki, guya
ağlamaq istəyir….
Həqiqi halda isə N. camaatının bu yığıncaqda
olmamağını kəndxuda heç bilmədi və hiss etmədi.
Çünki o heç vaxt camaatı görməmişdi. Camaatın
əvəzinə həmişə Əmi söylərdi o da ki, burada.
Bəli, kəndxuda getdi. Kənddən ayrıldı. Ayrıldı,
amma ürəyində açılmaz düyün qaldı. Kəndxuda
gedə-gedə öz aləmində fikir edirdi: “N. məhəlləsinin
camaatı qəribə bir camaatdır. Bunlar ya çox yaxşı
adamlardır, ya da ki, çox axmaq.
34
ABBAS SƏHHƏT
(1874-1918)
Abbas Səhhət (Abbas
Əliabbas oğlu Mehdizadə, hə-
kim, şair, dramaturq, tərcüməçi)
1874-cü ildə Şamaxıda ruhani
ailəsində dünyaya gəlmiş, ilk
təhsilini elə burada almışdır.
1900-cü ildə Tehran Universi-
tetinin tibb fakültəsini bitirmiş və rus, ərəb, fars və
fransız dillərini mükəmməl öyrənmişdir. 1905-ci ildə
“Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha
sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın
səsi” şeirləri işıq üzü görür.
1912-ci ildə “Sınıq saz” (şeirlər) və Avropa şair-
lərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər
toplusu çap olunur. Bir qədər sonra “Əhmədin şü-
caəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şə-
hərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhət yaradıcılığına Şərqin Nizami, Ha-
fiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. Ən
gözəl əsərlərini 1908-ci ildə baş vermiş İran inqilabına
həsr etmişdir. O, uşaqlar üçün yazılmış “Yay”, “Ata
və oğul”, “Quşlar” və onlarla başqa şeir və mahnıların
müəllifidir.
Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat etmiş-
dir.
35
VƏTƏNİM
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə namü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz!
36
QANTƏMİR
(1888-1944)
Qantəmir (Əfəndiyev Qafur
Sədrəddin oğlu – həkim, nasir,
publisist, 1934-cü ildən Azərbay-
can Yazıçılar Birliyinin üzvü) 1888-
ci ildə Azərbaycanın Göyçay ma-
halının Potu kəndində doğulub.
Türkiyənin İstanbul Universite-
tinin tarix-filologiya (1911-1914), Bakıda ADU-nun
tibb fakültəsində təhsil alıb (1924-1929). Azərbaycan
sovet satirik nəsrinin təşəkkülünə müsbət təsir gös-
tərmişdir.
Müəllim, yazıçı olan Qantəmir diş həkimi kimi
də həmvətənlərinə xidmət göstərib.
Sonralar Bakıda Abdulla Şaiq adına ikinci dərə-
cəli nümunə məktəbində direktor vəzifəsində çalış-
mış, 1937-ci ildə Ağsu rayonuna köçüb diş həkimi iş-
ləmiş, 1939-cu ildə həbs olunaraq, Orta Asiyaya sür-
gün edilmişdir.
1944-cü ildə 56 yaşında dünyasını dəyişib.
Ağıl dəryası (hekayələr, 1930), Şarlatanlar (heka-
yələr, 1934), Kolxozsatan (1935), Seçilmiş əsərləri
(1964), Seçilmiş əsərləri (1972) və s. kitabları işıq üzü
görüb.
Dostları ilə paylaş: |