öz məqsədləri üçün məharətlə istifadə edirlər. Məsələn, əgər cinayətkara 3-5 il
arasında həbs cəzası vermək mümkündürsə, səlahiyyətli şəxs 3 il həbs cəzasım
rüşvət almaqla müəyyən edə bilir.
İdarəetmə orqanlannda çalışan həmvətənlərimiz qanuni yolla əldə etdikləri
gəlirlə kifayətlənmirlər. Belə orqanlarda işləyənlər rüşvət almaq üçün tələb olunan
situasiya yaratmağa nail ola bilirlər. Məmurlar arasında korrupsiyanın yayılmasının
bir səbəbi də onlann əksəriyyətinin dolayı yolla bizneslə məşğul olmalandır. Bəziləri
kənar adamlan (menencerləri) cəlb etməklə öz bizneslərini qurur, digərləri biznes
sahələrinə himayədarlıq edirlər, normativ hüquqi aktlarda bilə-bilə boşluqlar
yaradırlar, iqtisadi fəaliyyət sahələrini inhisarlaşdmrlar. Bu gün ölkəmizdə
korrupsiya və rüşvətxorluğu doğuran səbəblər az deyil... Problemin həlli yalnız
vətəndaşlann və dövlətin birgə səyləri nəicəsində mümkündür. Vətəndaşlarımız öz
psixologiyasını dəyişdirməli, rüşvət təklif etmək və ya təklifi qəbul etmək
vərdişindən əl çəkməli, səviyyəsiz, bacanqsız, savadsız övladım vəzifəyə qoymaq,
institut tələbəsi etmək, aspiranturaya düzəltmək, ordu sıralanna göndərməmək,
cinayətlərini ört-basdır etdirmək, dövlət əmalkım özəlləşdirmək və sair şəxsi
məqsədlərə çatmaq üçün rüşvət təklif etmək psixologiyasından birdəfəilk əl
çəkməlidirlər.
Bəs dövlət səviyyəsində nə etməli?
Korrupsiya və rüşvətxorluqla mübarizənin ciddi müsbət nəticələrinə nail
olunması təşkilati - idarəetmə mexanizmlərinin də təkmilləşdirlməsini və normativ
hüquqi bazanı əhatə edən institusional təyinatlı tədbirlərin həyata keçirilməsini tələb
edir. Bu məqsədlə aşağıdakı istiqamətdə təkliflərə baxılmasını məqsədəuyğun hesab
edirik:
-idarəetmə sistemində dövlət hakimiyyət qollan arasında səlahiyyətlərin və
vəzifələrin bölgüsünün təkmilləşdirilməsi, onlarm müstəqilliliyinin təmin edilməsi,
icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan
orqanın müəyyən edilməsi;
-digər ölkələrin təcrübəsini nəzərə almaqla, Azərbaycan Respublikasının
Konstitusiyasının 119-cu maddəsində nəzərdə tutulan səlahi)^ətləri icra etmək
qabiliyyətində olan tam səlahiyyətli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin hüquq və vəzifələrini əks etdirən konstitusiya qanununun işlənib
hazırlanması və qəbul edilməsi;
-Azərbaycan Respublikasının indiyə qədər qəbul edilmiş normativ hüquqi
aktlanmn korrupsiya və rüşvətxorluq baxımmdan ekspertizasımn həyata keçirilməsi.
Bu məqsədlə alim və mütəxəssilərdən, mərkəzi və yerli icra hakimiyyəti
orqanlannm, qeyri - hökumət təşkilatlannm nümayəndələrindən ibarət daimi
fəaliyyət göstərən xüsusi komissiyamn yaradılması;
-Respublikanın özəl kütləvi informasiya vasitələrində korrupsiya və
rüşvətxorluq faktlan barədə dərc edilmiş materiallann hüquq mühafizə və
14
məhkəmə orqanlan tərəfindən ətraflı araşdırılması və onun yekunlan haqqında həmin
kütləvi informasiya vasitələrində ictimaiyyətə ətraflı məlumatın verilməsi;
-Azərbaycan Respublikası qanunlannm aliliyinin təmin edilməsi;elə bir şərait
yaratmaq ki, korrupsiya ilə mübarizə aparmağa borclu olan dövlət orqanlan
korrupsioner olmasınlar;
-Gəlir mənbəinin açıqlanmamasına icazə verən və doxsamncı illərdə qəbul
edilmiş qanunun fəaliyyətinin dayandırılması;
-“Dövlət qulluqçulannm əxlaq etik davramş qaydalan haqqında” AR
qanununun hər yerdə və hər zaman icrasının təmin edilməsi, onlara nəzarətin həyata
keçirilməsi üçün müəyyən qurumun yaradılması, tənqid və özünütənqid idarəetmə
prinsipinin həyata keçirilməsi. Mərkəzi idarəetmə və digər orqanlarda və
təşldlatlarda geniş yayılmış paket vasitəsilə pul paylanmasına son qoyulması;
-maliyyə-statistik uçotda və hesabatlıqda şəffaflığm və düzgünlüyün təmin
edilməsi, kölgəli iqtisadiyyatla amansızcasına mübarizə apaniması;
-Mərkəzi, yerli və özünüidarəetmə orqanlannm fəaliyyətinə ictimai nəzarətin
həyata keçirilməsi üçün yeni strukturun yaradılması, nəzarət metodunun və
mexanizmlərinin işlənib hazırlanması;
-sahibkarlann halal işləməsini təmin etmək və maliyyə hesabatlannda uçotdan
gizlətmə hallarının qarşısını almaq məqsədilə vergi və digər orqan- lann
sahibkarlardan haqq yığmalarına son qoyulması; məmurlann bu hərəkətləri
sahibkarlann qeyri-qanuni fəaliyyətini stimullaşdırır, qanunsuz hərəkətləri
əbədiləşdirir.
-gəlirlərin deklarasiyası haqqında qanunun praktikada həyata keçiril- məinin
təmin edilməsi.
15
“„.siyasətimizi düzgün şəkildə aparmalıyıq^ daxili
istehsalla daxili istehlakı və xarici bazarlara çı-
xışlarımızı uzlaşdırmalıyıq...İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti, “Azərbaycan” qəzeti,
25.10.2011
BÖLMƏ 1.
MİLLİ İQTİSADİ İNKİŞAF MODELİNİN
ÖYRƏNİLMƏSİNƏ METODOLOJİ YANAŞMALAR
I FƏSİL.
MİLLİ İQTİSADİ İNKİŞAF MODELİNİN
ELMİ-NƏZƏRİ ƏSASLARI
1.1.
Milli iqtisadi inkişaf modelinin mahiyyəti və xüsusiyyətləri
İqtisadi ədəbiyyatda müasir cəmiyyətin öyrənilməsinə 2 yanaşma
mövcuddur: formasiya və sivilizasiya əsasında yanaşma. Formasiya əsasında
cəmiyyətin öyrənilməsi onun ibtidai icma, quldarlıq, feodalizm, kapitalizm və
sosializm mərhələlərini əhatə edir. Sivilizasiya yanaşmasında cəmiyyətin tarixi
inkişafını alimlər üç mərhələyə bölürlər: industrial cəmiyyətə qədərki dövr (aqrar
cəmiyyət), industrial cəmiyyət və postindustrial cəmiyyət. Hər bir mərhələnin özünə
uyğun da iqtisadiyyatı formalaşır. Aqrar iqtisadiyyatdan industrial iqtisadiyyata,
industrial iqtisadiyyatdan postindustrial iqtisadiyyata keçid tarixi proses olmaqla,
iqtisadiyyatın modernləşdirilməsi ilə bilavasitə şərtlənir. Bu mərhələlərin uzun
müddətli olub-olmaması modernləşdirmənin tempindən asılı olaraq formalaşır.
İqtisadi artımın mərhələləri nəzəriyyəsini yaratmış Amerika sosioloqu
U.Rostounun fikrincə, mərhələlərin bir-birini əvəz etməsinin əsasını texnika və
istehsalm inkişafi prosesi təşkil edir. U.Rostou cəmiyyətin ənənəvi və industrial
mərhələlərini əsas mərhələ kimi qəbul etmişdir. Onun fikrincə, hər bir mərhələ
texniki-iqtisadi, ideoloji və psixoloji amillərin qarşılıqlı hərəkəti ilə müəyyən edilir.
Ümumiyyətlə alimlərin fikrincə, mərhələlərin bir-birini əvəzləməsi iqtisadiyyatm
apancı sahələrindəki və
3ağımm səviyyəsindəki dəyişikliklərlə əlaqədar olaraq baş
verir. XX əsrin 70-ci illərinin əvvəllərində Amerika sosioloqu D. Bell «Приход
постиндустриального общества» adlı əsərində göstərmişdir ki, sosial-iqtisadi
dəyişiklildər istehsaldakı və elmi-texniki biliklərin
16