126
Qəflətən vurulan zərbəni ən çoxu zərbə istiqamətiylə təyin
etmək məqsədəuyğundur. Ona görə də mən bu məktubu
özümə aid olan bir həcviyyə kimi deyil səbirlə, qəzəbsiz,
kənar bir oxucu kimi diqqətlə oxuyub müəyyən bir nəticə
çıxarmalıyam. Belə olan zaman çox ehtimal ki, izə düşə
bilərəm. Unutmamalıyam ki, qəzəb və ağılsız coşqunluq-
la sərf olunan güc heç də həmişə müvəffəqiyyət qazana
bilməz (O, məktubu bir daha öz qəzəbini boğa-boğa oxu-
du və bir qədər düşündükdən sonra). Demək belə, zərbə
mövqeyi məlum oldu. ”Mənim ürəyimə tuşlanan, ilk odlu
zərbəsi sərrast olmayan, lakin ikinci zərbəsinin dəqiq ola-
cağına inanan və bundan sonra məni namussuz kimi öldü-
rücü bir adla təhqir etməyə çalışan şəxs yalnız Dantes ola
bilər. Natalinin rədd cavabı verməsi onun birinci zərbəsinin
sərrast olmamasının işarəsidir. Yox... mən buna artıq heç
vaxt dözə bilmərəm. O vicdansız Danteslə hökmən dueldə
qarşılaşmalıyam. Bu mənim bir ər kimi borcum, təhqirə
qarşı ən ciddi qəzəbimdir.
(Sonra o, məktub yazmağa başlayır). Hər hansı bir kə-
sin haqsızlığa qarşı heç olmazsa müəyyən qədər etiraz
etməyə cəsarəti yoxsa, o, kimlərisə mübarizəyə səsləyə
bilməz. Özü də qeyd etmək lazımdır ki, cəsarətsizlik heç də
qorxaqlıq demək deyildir. Hətta nisbi götürdükdə qorxaq-
lıq cəsarətsizlikdən bir qədər üstün mövqeyə malikdir. Mi-
sal üçün həyata gəlmiş hər bir canlı əvvəl axır həyatı tərk
etməlidir. Müəyyən bir şeydən, məsələn təbii fəlakətdən
qorxursan ona görə ki, ölümünü bir qədər də yaxınlaşdır-
maq istəmirsən. Cəsarətsiz olarsan o zaman ki, əvvəl axır
öləcəyini bilə-bilə müəyyən bir səni təhqir edən şeyə qarşı
öz etirazını bildirməyib ən uzağı haçansa öləcəyini hazır-
kı vaxt qədər tamamlamırsan və əcəl səni haqlayana qədər
127
alçaqlıqla yaşayırsan. Demək, qorxu anı ancaq heyvan-
lar və təbiət hadisələri baş verirsə, cəsarətsizlik ancaq öz
təhqiramizliyi ilə insanlar qarşısında ola bilər. Məhz bu
təhqiramizlik və ona dözməyin cəsarətsizliyi insanı qorxu-
dan aşağı pilləyə endirir, Ona görə də indi məndə özümü
kiminsə qarşısında nə qorxaq, nə də xüsusilə cəsarətsiz he-
sab etmək istəmirəm. Bunun üçün də mən Dantesi duelə ça-
ğırmağı vicdanım qarşısında ürəyimin tələbatından doğan
təbii bir hal hesab edirəm. İstəmirəm ki, amansız tale bir
vaxt məni haçansa etdiyim cəsarətsizliyim ucundan gülünc
vəziyyətdə də ölümə məhkum etsin. Dünyada hər şeydən
qiymətli insanın öz daxili saflığıdır. İnsan daxilən safdır-
sa, demək o, heç bir zaman kimsələrə qarşı pis niyyətli
olmamış və heç kəsin qarşısında cəsarətsizlik damğası ilə
dam ğalanmamışdır. (Açıq imza ilə Puşkin Dantesə belə bir
məktub göndərdi və öz-özünə dedi:) – Qoy o alçaq görsün
ki, mənə zərbə vuracaq hərəkət etmək üçün siçovul kimi
gizli-gizli torpağın altında eşələnmək hələ azdır, buna
onun cəsarəti çatmaz. Əks təqdirdə, o əclaf öz məktubunu
açıq imza ilə yazardı. Ulduza hürən köpəklər kötəkləndiyi
kimi, qoy o cəsarətsiz duel çağırışını bildikdən sonra, duelə
qədər ölüm təhlükəsi altında indiyə qədər etdiyi hərəkətlər
üçün acı bir həqiqət dərsi alsın. Qoy başa düşsün ki, insan
hisslərini təhqir etmək necə böyük cəza ilə qarşılaşa bilər.
Qoy başa düşsün ki, rəzalətə, cinayətə, nifrətə qarşı həmişə
müqavimət göstərə biləcək həqiqət adlı bir dayaq nöqtəsi
var.
(Sonra Puşkin bir qədər xəyala dalır. O öz-özünə)
Duel qayda-qanunlarına görə mən özümə sekundant təyin
etməliyəm. Görəsən, bu işi mən kimə həvalə edim. Dost-
128
larım çoxdur. Mən isə onlardan yalnız birini seçməliyəm.
Duel məsələsi çox ciddi məsələdir. Burada necə deyərlər,
ölüm lap qaşla göz arasındadır. Hər halda öz sadiq dost-
larımdan biri yanımda olsa, mən özümü daha sərbəst hiss
edərəm. Bu sərbəstliyi isə mən dostum Danzas daha çox hiss
edərəm. Qoy, Danzas mənim bu təkbətək döyüşdə canlı şa-
hidim olsun. Aman Allah, insan nə qədər yırtıcı və qaniçən
məxluqdur. Duel baş tutarsa Danteslə mən bir-birimizi vəhşi
kimi didməyə hazır olacağıq. Bu təkbətək döyüşüsə haqla
haqsızlıq arasında gedən mübarizə adlandırmaq olar. Bax
elə dünyanın qəribəliyi də bundadır. Bu tərəflərdən birinin
qalib gəlməsi üçün nişana tuşlanan sərrast atılan bir güllə
kifayətdir. Bu zaman, qələbənin kimin tərəfində olacağı
taleyin ixtiyarındadır. Ona görə də zaman keçdikcə haqlı
və haqsız olacaqdır və onların mübarizəsi də bu tərəflərdən
gah birinin, gah da digərinin üstünlüyü ilə keçəcəkdir.
(Bütün bu fikirlər aləmindən ayrılan Puşkin
Danzasın dalınca adam göndərdi, Aradan bir müddət
keçir, Danzas gəlir).
Danzas: Salam, Aleksandr.
A.S.Puşkin: Salam. Buyurun əyləşin (onlar masanın ar-
xasında əyləşirlər).
Danzas: Aleksandr Sergeyeviç, bu gün nə yaman fikir-
li görünürsən. Nə olub, xəstə deyilsənmi? Yoxsa ciddi bir
əhvalat baş verib.
Puşkin: Xəstə deyiləm, Danzas, lakin bir məsələ mənə
daxilən rahatlıq vermir. Ona görə də bir dost kimi sənə
müraciət etməyi özümə borc bildim.
129
Danzas (bir qədər həyəcanla): Buyurun Aleksandr, mən
sizi dinləməyə hazıram. Unutmayın ki, bacara biləcəyim
yardımı sizdən əsirgəmərəm.
Puşkin: Çox sağ olun, Danzas, mən buna əminəm. Ta-
le yimə çox minnətdaram ki, sizin kimi bir şəxslə yaxın
təmasdayam. Bir dost kimi sənə ürəyimi açıram. Bu yaxın-
larda mənə imzasız bir həcviyyə gəlmişdir. Sizi çağırtdır-
maqda məqsədim isə bu təkbətək döyüşdə mənə sekundant-
lıq etməyinizdir.
Danzas: Cənab Aleksandr Sergeyeviç, bir halda ki, siz
həcviyyənin imzasız yazıldığını qeyd edirsiniz, belə olan
təqdirdə siz həcviyyə sahibinin kim olduğunu hardan bilir-
siniz və kiminlə təkbətək döyüşə çıxmağa hazırlaşırsınız.
Puşkin: Danzas, mən həcviyyəni çox diqqətlə oxudum
və belə bir əsaslı qənaətə gəldim ki, bu cəsarət edib adını
yazmayan həcviyyə sahibi ancaq Dantes ola bilər. Bundan
sonra ona bir məktub da göndərib duel barədə işarə vur-
dum. O isə susur. Əgər bu işdə o, günahkar olmasaydı çox
ehtimal ki, susmazdı. Bir də ki, hər kəs öz bostanına hara-
dan daş atıldığını yaxşı bilir. Mən Danteslə duelə çıxmağa
hazırlaşıram. Bu döyüşdə mənə sekundant olmağa razılıq
verirsənmi, Danzas?
Danzas (bir qədər düşünüb): Aleksand Sergeyeviç, sizin
bu sualınıza cavab verməzdən əvvəl bir məsələni sizə xatır-
latmaq istərdim. Səhv etmirəmsə, siz bir dəfə çar Nikolaya
bir daha duelə çıxmayacağınız barədə söz vermişdiniz. Bu
sizin yaddaşınızdan silinməyib ki?
Puşkin: Bəli, belə bir əhvalat olub, mən bunu xatırlayı-
ram. Siz bununla məni qorxutmaqmı istəyirsiniz?
Danzas: Dostum, mən sizi heç də qorxutmaq fikrində
deyiləm. Lakin mən sizə xatırlatmaq istəyirəm ki, belə bir
Dostları ilə paylaş: |