77
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin lüğət tərkibində aktiv mövqedə
olan sözlərlə yanaşı, müasir dilimizdə ədəbi səviyyədə fəaliyyətdən qalmış arxaikləşmə prosesi keçirən
bir çox sözlər hal-hazırda dialekt və şivələrdə fəallığını qoruyur. Hazırda Naxçıvan qrupu dialekt və
şivələrində öz işlək durumu ilə diqqəti cəlb edən və müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş bu
tip sözlər E.Sultanovun əsərlərinin dilinin əsas bazasını təşkil edir. Elə buna görə də E.Sultanovun
əsərlərinin dilinin dialektal qatı leksik və qrammatik cəhətdən bir neçə istiqamətdə tədqiqata cəlb oluna
bilər:
I.
Leksik xüsusiyyətlərinə görə:
Frazeoloji birləşmələr: İstər semantikasına,
istər forma zənginliyinə, istərsə də daşıdığı
üslubi
çalarlara görə həm ədəbi, həm də dialekt və şivələrin lüğət tərkibində seçilən söz qruplarından biri
də lüğət tərkibinin əsas hissəsini təşkil edən frazeoloji vahidlərdir. Müasir dilimizin leksik qatının
müəyyən bir hissəsini təşkil edən frazeoloji vahidlər müasir Azərbaycan ədəbi dilində sadəcə
məcazi anlam ifadə etməklə kifayətlənmir, bu vahidlər həm də xalqımızın dilinin tarixi üslub
zənginliyini və semantik spesfikasını öyrənmək baxımından orijinallığı ilə diqqəti cəlb edir. Dilin
tarixi inkişafında frazeoloji vahidlərin rolunu çox düzgün müəyyənləşdirən Q.Mahmudova yazır:
“Frazeoloji vahidlərə tarixi yanaşma, onları etimoloji cəhətdən araşdırma təkcə frazeoloji vahidlərin
mənsub olduğu xalqın tarixini deyil, həm də o xalqın dilinin tarixini öyrənməyə imkan yaradır. Bu
da frazeoloji vahidlərin fərdi xarakterini göstərir”(1, s. 55). Türk dillərinin tarixi üslubi
funksiyasının müəyyənləşməsində frazeoloji vahidlərin tədqiqinə xüsusi əhəmiyyət verən
A.A.Koklyanova yazır: “Türkologiyanın qarşısında duran ən mühüm problem frazeoloji vahidlərin
həm ümumi cəhətlərini, həm də ayrı-ayrı türk dillərində spesfik xüsusiyyətlərini öyrənməkdir” (2, s.
104).
Dialektoloji tədqiqatlardan və klassik ədəbi əsərlərin dilindən aydın olur ki, frazeoloji
vahidlər uzun tarixi inkişaf yolu keçərək sonradan müstəqil mənalı sözlərə çevrilmişdir. Müasir
dövrdə Naxçıvan dialekt qatının müəyyən hissəsini təşkil edən frazeoloji vahidlər bu gün sadəcə
Azərbaycan türkcəsində deyil, bütün türk xalqlarının dilində öz tarixi ciddiyyətini qoruyur. Çağdaş
türk dillərinin qədim abidələr üzrə tarixi dialektal qatını nəzərdən keçirdikdə burada yer alan
frazeologizimlərdə həm qədim, həm də son dövrlərin linqvistik xüsusiyyətləri çox aydın görünür.
Müasir Naxçıvan qrupu dialekt və şivələrində aktivliyini qoruyan
saman altından su yeritmək,
evini yıxmaq, gözü qıpıq, başı yerə batmaq, yerə girsin, dişi bağırsağını kəsmək, ürək – dirək
vermək, hirsini yemək, boğma basmaq, ucun alıb ucuzluğa getmək, başına daş düşmək, qanısoyuq
kimi frazeoloji vahidlərin E.Sultanovun əsərlərinin dilində yerli yerində işlənməsi onun canlı
danışıq dilinə əsaslandığını təsdiq edir:
Bu hərif Nikolay zamanı küçə vəkili idi, saman altından su
yeridən idi, canına can basıb, hökümət məmurlarına gizlin böhtan ərizələri yazdırdı və özünə iş
tapşıran tərəfeynin hər ikisini aldadıb, xalqın evini yıxırdı (3, s.51).
Mirzə Mustafa nə qədər
binamus olsa da, yenə az qaldı ki, yerə girsin (3, s. 65).
Onu görəndə dişim bağırsağımı kəsir (3, s.
65).
Öz-özünə ürək – dirək vermək üçün ahəstə və lətif səslə başladı oxumağa. Püstəxanım hirsini
yeyə bilməyib, Sənəmin üzünə iki boğma basıb dedi (3, s. 131).
Püstəxanım ucun alıb, ucuzluğa
getdi, olmayan sözləri Sənəmə dedi (3, s. 130).
Forma və məzmunca söz qrupları: Müasir Azərbaycan xalq danışıq dilində omonim, antonim və
sinonim kimi daşlaşıb qalmış mürəkkəb sözlər E.Sultanovun da əsərlərinin dilində üslubi çalarlarını
mühafizə edərək yerli – yerində işlənmişdir:
artıq-əskik, olar-olmaz, alış-veriş, alıb-satmaq,
ənlik-
kirişan, görüm-baxım, ağıllı-kamallı, yaxşı-yaman, dinməz-söyləməz, olar-olmaz, ağca-tərcə, yerli-
yataqlı, fəqir-füqəra, cəza-fəza, doğru-yalan. İyirmi yaşı olar-olmaz, ağca-tərcə, yerli-yataqlı bir
cavanəzən idi
(
3, s. 60).
Ev arvadlarının bəzəyi ibarətdir ocağın külündən, nəinki ənlik-kirşandan (3,
s.133).
Amma yenə də oğlanlarının öz analarına görüm-baxımları olur (3, s.133).
Əli bəyin arvadı
Sənəm yaxşı arvadların birsi idi: ağıllı-kamallı, dünyagörmüş, yaxşı-yamanı seçən, çox təcrübəli (3, s.
133).
Sənəm dinməz-söyləməz durmuşdu (3, s. 132). Çoxları da zənginləri soyub
fəqir-füqəraya yardım
edirdi (3, s. 91).
Tarixi informasiya yükü daşıyan leksik vahidlər.
Azərbaycan dilinin tarixi leksik qatında yer alan qədim etnoqrafik mədəniyyətimizlə bağlı söz
və ifadələrin E.Sultanovun əsərlərinin dilində aktivliyi Azərbaycan xalqının sosial-məişət həyatı
haqqında ən dəqiq tarixi informasiya verir.
lapçın-ayaqqabı növü, çul, dolaq, marfac, arxalıq,
çuxa, börk, gərdanbağı, əmmamə, ab, hasa; Gəlin oldum qul oldum, Ayaqlara çul oldum (3, s.
131).
Bu hində çöldən gələn iki nəfər seyid başlarında əmmamə, çiyinlərində aba, əllərində hasa,
ayaqlarında uzunboğaz lapçın qapıda hazır oldular (3, s.12). Böyük marfacdan təzə qılıncı,