169
(məsələn, iqtisadi və maliyyə anlayışlarından, müəssisə və təşkilatlar barədə biliklərdən) gedir.
İnformasiya mənbələri haqqında biliklər. Söhbət kütləvi
informasiya vasitələrinin,
xüsusən
də İnternetin insan üçün açdığı informasiya və kommunikasiya imkanlarından, habelə
informasiyanı təklif edən insan və təşkilatlardan gedir.
Başqa mədəniyyətlərdə qərar qəbuletmə situasiyalarında davranış haqqında biliklər.
Söhbət başqa mədəniyyətlərin nümayəndələrinin risk və qərar qəbuletmə situasiyalarında necə
davranması barədə biliklərdən gedir.
Qərar qəbuletmə strategiyaları haqqında biliklər. Bu zaman çıxış situasiyası baxımından
diqqətin hərəkət alternativləri üzərindəmi yoxsa nəticənin dəyərliliyi üzərindəmi fokuslanmasından
asılı olaraq iki strategiyanı fərqləndirmək lazımdır. Birinci strategiyada alternativlər verilmiş olur,
ikincidə isə onları işləmək lazım gəlir.
Texniki və koqnitiv səriştəlilik. Burada da söhbət tamamilə yeni və ya mürəkkəb məsələlərin
həlli üçün lazım olan qabiliyyətlərdən fərqli bir şeydən getmir. Qloballaşmanın gedişində fərd tez-
tez belə situasiyalarla qarşılaşır. Fərdin bu situasiyaların öhdəsindən uğurla gəlməsi üçün aşağıdakı
səriştəliklər təhsil prosesində mümkün qədər erkən vaxtlarda aşılanmalıdır:
Qeyri-səlis düşüncə qabiliyyəti. Bu zaman bir sıra düşüncə tərzləri başa düşülür. Bunların
üzərində ətraflı dayanmayıb sadəcə misal üçün, tutalım, “mental modellər” (D.O.Konnorun və
İ.Makdermotun tərifinə görə, mental modellər tərbiyə və təhsilin, gedişində bizə aşılanan və ömür
boyu müstəqil olaraq qazandığımız ideya, konsepsiya və təsəvvürlərdir ki, onlar bizim hərəkətlərimizi
istiqamətləndirir və onlardan səbəb və nəticələri anlayıb izah etmək, habelə həyat təcrübəmizə məna
vermək üçün istifadə edirik [2]) üzrə düşüncə tərzini, xarici reallığın və mümkün hərəkətlərin və onların
nəticələrinin inikasını göstərə bilərik. Fikri modellər hipotetik ardıcıllıqları imitasiya etmək, eyni
zamanda ssenarilər də qurmaq imkanı verir. Mental modellər üzrə düşüncə bütün mümkün şərtləri və
nəticələri daxil etməyi, habelə bütün elementləri bir-biri ilə əlaqələndirmək qabiliyyətini tələb edir.
İnformasiyanı axtarıb tapıb emal etmək qabiliyyəti. Fərd relevant informasiyanı axtarıb tapmağı,
bu zaman relevant informasiya mənbələrini seçib onların əhəmiyyətini və mötəbərliyini qiymətləndirməyi
bacarmalıdır. Bundan başqa, o, informasiyanın axtarış dairəsini məhdudlaşdırmaq və ya axtarışı
dayandırmaq iqtidarında da olmalıdır, əks halda qərar qəbuletmə məsələsi yenə də sual altında qalmış
olacaqdır. Bunun üçün qərar verən şəxs informasiyanı “filtrdən” keçirməli, yəni böyük həcmdə
informasiyanı aydın meyarlar üzrə reduksiya etməli, başqa sözlə, onun sayını azaltmalıdır. Təbii ki, o,
kompüterdən informasiyanın emalı aləti, habelə qərara dəstək sistemi kimi istifadə etməyi də bacarmalıdır.
Məqsədi təyin etmək və strukturlaşdırmaq qabiliyyəti. Fərd öz məqsədlərini təyin edib, onları
strukturlaşdırmağı və qiymətləndirməyi bacarmalıdır. Bu, hər bir rasional qərarın əhəmiyyətli ilkin şərtidir.
Situasiyanı təhlil etmək qabiliyyəti. Fərd qərar qəbuletmə məsələsinin xarakteristikalarını
düzgün təhlil edib qiymətləndirməlidir ki, münasib strategiyanı seçə bilsin. Bu, məsələn,
mürəkkəblik, qeyri-müəyyənlik, risk və resurslarla bağlı mühakimələrin irəli sürülməsini və buna
uyğun qərar vermə strategiyasının seçilməsini nəzərdə tutur.
Nəzarət və qiymətləndirmə qabiliyyəti. Fərd, xüsusən də kontekstin sürətlə dəyişdiyi bir
şəraitdə uzun müddət üçün əhəmiyyətli qərarlar verərkən, öz qərarvermə davranışını və qərarının
uğurluluğunu-uğursuzluğunu tənqidi izləməlidir.
Risklər və strategiyalarla bağlı kommunikasiya qabiliyyəti. Fərd başqaları ilə, xüsusən də
başqa mədəniyyətlərə mənsub olan insanlarla idarəetmə qərarları ilə bağlı ünsiyyət qurmağı
bacarmalıdır. Səmərəli mədəniyyətlərarası kommunikasiya insanın özünün mənsub olduğu
mədəniyyətdə qərar qəbuletmə məsələsinin şübhə altına alına bilməsini nəzərdə tutur.
Avropa Şurasının və Avropa İttifaqının materiallarının təhlilindən “ideal” avropalının simasını
yaratmaq olar. Qloballaşmanın pespektivlərində inkişaf etmiş şəxsiyyət idealı olaraq dünya miqyasında
gedən dəyişikliklərə baxmayaraq təkrarsız fərdiyyət kimi inkişaf etmiş və “bütün dünyaya açıq olan
vətəndaş” nəzərdən keçirilir. O, inkişaf etmiş mənlik şüuruna, vətəndaşlıq keyfiyyətlərinə, tənqidi
təfəkkürə, Avropa və milli identikliyi bir araya gətirən “Mən”obrazına malik, mühakimələrində sərbəst
olan, özünütəkmilləşdirməyə, özinkişafa can atan, fasiləsiz təhsildə iştirak edən,ümumi mədəniyyətə
maraq bəsləyən, demokratik və mənəvi dəyərləri (tolerantlıq, həmrəylik) bölüşdürən, dəyişikliklərə
adaptasiya edən, situasiyanı adekvat qiymətləndirməyi, qərar qəbul etməyi, komandada işləməyi bacaran,
170
fəal şəxsiyyətdir. Bu idealın mərkəzi elementini intermədəni səriştəliyin inkişaf etdirilməsi təşkil edir. Bu,
həyat tərzi kimi başa düşülən çoxdillilik, dil-mədəniyyət baxımından çeviklik, başqa mədəniyyətlərə
açıqlıq, stereotiplərə və ayrıseçkiliyiə qarşı həssaslıq kimi müxtəlif ölçüləri əhatə edir [7, s. 156].
Qloballaşma proseslərinə hazırlıqda mərkəzi rolu başqa dillərdə danışmaq bacarığı oy-nayır. Son
illər xarici dili mümkün qədər erkən vaxtda öyrənilməsi məsələsi gündəmə gəlmişdir. 2000-ci ildə
Lissabonda Avropa Şurası strateji məqsəd kimi Avropa vətəndaşlarının dil səriştəliliyinin
yaxşılaşdırılması məsələsini qaldırmışdı. 2002-ci ilin mart ayında isə Barselonada Avropa ölkələrinin
dövlət və hökumət başçıları erkən yaşlar-dan ən azı iki xarici dilin öyrənilməsini və dil səriştəliyi
infikatorunun (Avropa Birliyi ölkələri üçün dil səriştəliliyinin vahid qiymətləndirmə meyarları)
[6]
yaradılması məsə-ləsini gündəmə gətirdilər.Bilik cəmiyyətinin təsiri təkcə səriştəlilik modellərinin
dəyiş-məsində təzahür etmir. Bir tərəfdən biliyi “ehityat üçün saxlamaq” dövrü arxada qaldı. Gələcək
tələbləri bu gün proqnozlaşdırmaq mümkün olmadığından, “ömür boyu təlim” (“davam etməkdə olan”,
“sonrakı”,“permanent”,“fasiləsiz”) haqqında təsəvvürlər for-malaşmışdır. Özünütəhsil, özünütəşkil,
öninkişafda öz ifadəsini tapan və tipik bilik və bacarıqlar üzərində bir növ üstqurum olan,digər
səriştəliklərin əldə edilməsi prosesini asanlaşdıran meta-səriştəliklər böyük əhəmiyyət əldə edir.
Avropa Birliyi 2000-ci ildə qloballaşma proseslərininn tələblərinə uyğun olaraq Birliyi dünyada
rəqabətə qabil, biliyə köklənən iqtisadi məkan etmək iddiası ilə çıxış etdi. O zamandan həmin təklif
şübhə və tənqidlərə səbəb oldusa da, Polşa sosioloqu Марек Kwiekin haqlı olaraq qeyd etdiyi kimi,
əmək bazarlarında akademik dərəcələ-rin tanınması artıq reallıqdır [4, s. 760].
Lakin təkcə uğurlar deyil, gərginlik sahələri də vardır. Sosial, iqtisadi, texniki və si-yasi
dəyişikliklər bu gün qloballaşmış dünyada daha sürətlə baş verir, lakin cəmiyyətin həmin
dəyişikliklərə tab gətirmək üçün institusional dayaqları azdır. İnam və etibar strukturları risk
strukturları ilə əvəz olunur [1, s.128].
Lissabon sammitinin gündəliyində qeyd olunan məqsədlərə nail olma məsələsi də mü-
bahisəlidir. Mütəxəssislər Boloniya prosesinin ikiliyinə, ambivalentliynə diqqəti çəkir-lər onun
əsasında ekspansivlikmi durur yoxsa müdafiəçilik? Xüsusən də, Avropanın müxtəlif bölgələrinə
nəzərə yetirdikdə, aydın olur ki, hər iki nöqteyi-nəzərə bəraət qaz-andırmaq mümkündür.Avropanın
hüdudlarındakı sınıq xətləri,ilk növbədə onun inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları
arasındakı fərqlər Boloniya prosesi çərçivəsində ayrıca bir mövzudur. Bu zaman əsas çağırışlardan
biri zəif iqtisadiyyatın ali məktəblərdə sırf elitar təhsildən geniş təhsilə keçid edilməsidir. Əslində
qeyd edilən və “kütləviləşmə” adlanan dəyişiklik Qərbi Avropada və ABŞ-da hələ 30 il bundan
öncə baş vermişdir.İndi həmin proses sürətlə Şərqi və Orta Şərqi Avropaya da yayılacaqdır.
Sırf neqativ münasibətdən uzaq olmaq lazımdır, çünki belə yanaşma qlobal proses-lərin
müsbət effektlərini və verdiyi şansları dərk etmək imkanı vermir. Qlobal qaydalar təsis olunduqca,
risklər azala bilər və həmrəylik effekti ilə bağlı olan əmək bölgüsü mexanizmləri təsis edilə bilər
[5, s.159]. Hökumətlər və ayrı-ayrı ali məktəblərin rektorları səviyyəsində Boloniya prosesinə qarşı
cüzi müqavimət izlənilir. Bu prosesin əleyhinə olanlar ayrı-ayrı alimlərdir ki, onları da qane
etməyən dəyişikliklərin ənənəvi müəllim anlamından imtina edilməsi və prosesin
məqsədlərinin tam
aydın olmamasıdır. Lakin heç kim baş vermiş dəyişikliklə-rin radikallığına və müsbət effektə malik
olmasına şübhə etmir. Bunu ali məktəblərin, o cümlədən Azərbaycan ali məktəblərinin tədris
proqramlarında fasiləsiz olaraq aparılan mütərəqqi islahatların miqyası göstərir. Siyasi səviyyədə də
yeni modelin tətbiqi istiqamətində fəal işlər aparılır. Praktiki olaraq bütün ölkələr milli təhsil
sistemlərində müvafiq islahatlar aparır.Təhsil islahatları dövlət siyasəti statusunu almışdır.
Ölkəmizdə də təhsil sahəsində aparılan islahatlar təhsilin mühüm sosial dəyər, strateji resurs
olduğunu, dövlətin gələcək nəsillərə yaşamaq üçün daha yaxşı şanslar vermək qayğısına qaldığını bir
daha təsdiqləyir. Dual təhsil sisteminə keçid Azərbaycanın təhsil sistemini bu qloballaşma proseslərinin
çağırışlarına adekvat cavab verməsi üçün müvafiq təşkilati mexanizmlərə malik olan uğurlu modelə
çevirəcəkdir. Qeyd edək ki, nəzəri təhsil ilə iş yerlərində praktiki təlimin kombinasiyasına əsaslanan
dual peşə təhsili sistemi Almaniyada tətbiq olunur və bütün dünyada peşə hazırlığının əmək qüvvəsi
bazarına keçidinin strukturunun müəyyənləşdirilməsinin uğurlu modeli hesab olunur. Almaniyada tətbiq
olunan bu modellə müqayisədə sırf məktəb yönümlü sistemlər (məsələn, Fransadakı kimi) və ya sırf
konkret iş yerində təlimə əsaslanan təhsil modelləri (məsələn, ABŞ-da tətbiq olunan „
Training on the