- 189 -
Müasir dizayn insan münasibətlərinin yeni əmtəə-şeylərin təsiri ilə, sosial təşkilin yeni
vasitələrinin daxilində şəxsiyyət – mədəni yaradıcılıq subyekti təsiri ilə təşəkkül tapmışdır. İstehsal
prosesinin bilavasitə təsirindən azad olaraq sənaye layihələndirilməsi elə bir kanal oldu ki, bunun
vasitəsilə dizayn özünün bütün potensial ilə, plastik ifadəli mədəni mənaları ilə predmet aləminə
nüfuz etmək imkanı əldə etmişdir. İstehsalın özü yenidən incəsənət olmadı. Lakin texniki
sivilizasiyasının predmet aləmi, görünməmiş gözəlliyi üzə çıxardaraq özünəməsus bədii
mədəniyyətlərin tarixi sırasında öz yerini tutdu, çünki dizayn-üslublar sırasında öz maşın
texnikasının estetik prinsiplərini aşkarlayaraq dizayn bununla yanaşı predmet yaradıcılığının
mədəni varisliyini bərpa etdi.
Adama elə gəlirdi ki, meydana gəldiyi vaxt texnika insanı həmişəlik olaraq artıq yaradılmış
bütün dəyərlərdən asılılığını azaldacaqdır. İndi isə texnika dizaynerin əlində elə itaətkar alətə
çevrilib ki, vaxtilə mövcud olmuş bədii cərəyanları, istiqamətləri, üslubları azad şəkildə geri
qaytarmağa, unudulmuşları canlandırmağa kömək edir, tarixi mədəni sintezə nail olur.
Beləliklə, qeyd etmək mümkündür ki, dizayn cəmiyyətin mədəniyyətindən tam asılıdır.
Elmi-texniki tərəqqinin yaratdığı mühitdə formalaşmış hər bir cəmiyyət həmin mühitə uyğun
formaları özündə ehtiva etməlidir. Bu potensial ilə dizayn müasir insanın estetik dünyagörüşünü
formalaşdırır.
Dizaynın formalaşdırıcı potensialının daha bir aspektini, bəlkə də daha maraqlı aspekti-
emosional dizaynın təsir potensialı üzrəində dayanaq. Bir qayda olaraq, dizayner məhsulun
istifadəsində ən müsbət tərəfləri göstərməyə çalışır. Bir qayda olaraq, bunun üçün neqativ
elementlər, ya minimuma endirilir, ya da tamamilə aradan qaldırır ki, bunun da sayəsində istifadə
yaxşılaşdırılır. Lakin istifadəçidə heç də həmişə müsbət təəssürat yaranmır. İnsana həzz vermək
üçün dizayn məhsulları faydalı, praktiki, gözəl olmalıdır, insanlara həzz verməli, fiziki və mənəvi
zövq aşılamalıdır. Deməli, məqsəd predmet mühitini, həmçinin rahatlığı və gözəlliyi duymaq
qabiliyyətini formalaşdırmaqdır. Bu isə istifadəçinin emosiyalarına təsir bağışlamalı, onun
emosional təbiətini oyatmalıdır. İnsana zövqü dərk etmək üçün emosional dizayn lazımdır.
Donald Norman özünün “Emosional dizayn” əsərində izah edir ki, nə üçün cəlbedicilik daha
yaxşı işləyir. Müəllifin fikrincə, gözəl predmetlərə baxmaq insanda yaradıcı başlanğıcı oyadır və
ətraf mühiti qavrama diapozonunu genişləndirir, bununla da həmin predmetlərdəki xırda qüsurların
təsirini minimuma endirir. (8) Beləliklə, cəlbedici məhsullar problemlərin həllini sadələşdirir ki, bu
da onalrın estetik cəlbediciliyini uğurun zəruri şərti edir. Bu elə bir dizayn növüdür ki, istehlakçıda
müsbət emosiyalar, sevinc, razılıq hissi oyadır.
Aaron Uolter özünün “Emosiyanı layihələndirərək” kitabında emosiyaları “bəşəriyyətin
ümumi dili” adlandırır, bu elə bir hissdir ki, hər bir kəsə dünyaya göz açdığı gündən məlumdur.
Uolter emosional həyacanların istifadəçinin təcrübəsində niyə əhəmiyyətlidir məsələsini açıqlayır:
emosiyalar yaddaşda uzunmüddətli dərin iz buraxır, məhz bunlar insana hiss etdirir ki, qlobal
şəbəkədə interaksiyanın ikinci tərəfi maşın deyil, insanın özüdür. (9)
Norman və Uolter belə bir yekdil mövqedən çıxış edirlər ki, müasir veb-dizaynın
potensialının tam reallaşması üçün açardır. Təsadüf deyildir ki, dizaynın emosional tərkib hissələri
layihələndirmə üçün mühüm əhəmiyyət kəsb edir. Bu, indormasiya sistemlərinin daha çox kütləvi
və kommersiya xarakteri alması ilə bağlıdır. Kütləvilik o deməkdir ki, istifadəçi daha çox sadəlövh,
hazırlıqsızdır və predmet sahəsinin rasional başa düşmək onun üçün çətindir, emosional qavrama
isə çox dərəcədə anadangəlmə keyfiyyətdir, onu o qədər də tərbiyə etmək olmur.
Araşdırmaların kommersiya xarakteri isə məhsulun cəlbediciliyinin əhəmiyyətini artırır
(yenə də emosiya). Yaxşı dizayn potensial imkanlarını effektiv həyata keçirmək sayəsində
istifadəçinin zövqünü oxşayır, onu yeni-yeni estetik zövqü oxşayan dizayn məhsullarını almağa
həvəsləndirir. Dizayn biznesi o zaman komfort şəraitində fəaliyyət göstərir ki, burada işin nəticələri
və effektliyini ölçmək mümkün olsun. Çətin ölçüləri və mürəkkəb idarə olunan predmetləri idarə
edəndə ortaya problemlər çıxır, beləki, emosional faktorlar üstünlük təşkil etməyə başlayır.
Effektli dizayn praktik əməliyyat tələblərinə cavab verməli, həmçinin istifadəçilərin və
auditoriyanın emosional tələbatlarını və istəklərini təmin etməlidir. Doğrudur, əgər praktiki
meyarları ölçmək mümkündürsə, keyfiyyəti ölçmək o qədər də asan iş deyil. Qavrama həmşə
- 190 -
subyektvi mahiyyət daşıyır: biri üçün gözəl görünən məhsul başqasının xoşuna gəlmir. Brend
obrazla və nüfuzla yaratmaq və idarə etməkdir, fərqi yoxdur, niyə rasional meyarlar niyə bir brendin
digərindən üstündür məsələsində müəyyən edici qüvvələr olduğunu təsir etmək ehtiyacı üzə çıxanda
istifadə olunur. Məsələn, məhsul vəd edilmiş baza funksiyasını yerinə yetirməlidir, lakin bəzi
hallarda bu və ya digər məhsulun ilk növbədə seçiləcəyini məhz emosional qavrama müəyyən edir.
Deməli, psixoloji faktorlar nəzərə alınmalıdır.
Bu sahədə emosional münasibət daha çox avtomobil seçilərkən üzə çıxır, başqa sözlə,
istehlakçının düşüncəsində obyektin dizayn dəyəri əsas götürülür. Hamıya bəllidir ki, hər hansı
brendin yüksək dəyəri, deməli onun bazar qiyməti, daha çox dərəcədə effektli dizaynın yaratdığı
emosional dəyərə əsaslanır.
Bütün bu qəbildən olan nümunələrə baxmayaraq bir çox kampaniyaların menecerləri
mühüm əhəmiyyət kəsb edən emosional faktorlara olduqca biganə yanaşırlar. Memarların məqsədi
alıcılar və əməkdaşlar üçün onların təkcə zövqünü oxçamaq deyil, həm də onların gözlədiklərindən
daha yaxşı məhsul təqdim etməkdir. “Forma funksiyadan sonra gəlir” devizinə inanmaq lazım gəlir.
Əvvəllər bu bulavasitə öz funksiyasını göstərişlərin praktik istifadə olunması planında xalis dizayn
qərarların həyata keçirilməsini bildirirdi.
Bu gün isə funksiyalar anlayışı altında rasional ölçülən faktorlar kompleksi (dəyər, fəaliyyət,
istifadə, çeviklik, davamlılıq və s.) kimi, xüsusilə müstəsna emosional faktorlar (estetika, əhval-
ruhiyyə və hisslər kimi) başa düşülür. Təcrübə göstərir ki, binanın iqtisadi effektinə baxmayaraq,
ekoloji meyarlar daha ciddi şəkildə nəzərə alınır, çünki çox zaman istifadəçilərin emosional
tələbatını ödəyə bilmir. Belə vəziyyətdə insani, fiziki və funksional qarşılıqlı təsir vacibdir. Bu o
deməkdir ki, təşkilatın hər bir üzvü məqsədli auditoriya üçün yaradılan pozitiv, emosional və
rasional təcrübəyə qoşulmalıdır. Dizaynerin başlıca məqsədi buna nail olmaqdır.
Bizə elə gəlir ki, yaxşı, emosional dizayn insanların qəlbini sevinclə dolduran, onları
samballı malların alınmasına həvəsini artırmağa çalışan dizayndır. Burada emosional intellekt
məsələsi ilə də üzləşməli oluruq. Həyat belədir ki, insan nəsə bir cəlbedici, estetik cəhətdən xoş bir
fenomenlə üzləşəndə o, yaradıcı düşünmə aləminə qatılır, neqativ hallara az diqqət yetirir. Vizual
qavramanın üz səviyyəsi arasında harmonik balansa riayət etdikdə emosional dizayn adi istifadəçini
brendin – “pərəstişkarına” çevirmək qabiliyyətini nümayiş etdirmiş olur, belə halda həmin istifadəçi
özünün müsbət təcrübəsini hökmən başqaları ilə bölüşdürmək niyyətində bulunur. Bu kontekstdə
emosional intellekt problemi öz aktuallığını nəzərə çarpdırır. Ədəbiyyatda göstərildiyi kimi intellekt
yalnız informasiyanın işlənməsi mexanizmi deyil, o hər şeydən əvvəl, psixiki və davranış fəallığının
mexanizmidir. Bu konseptual fikir ilk dəfə 1924-cü ildə L.L.Ferstoun tərəfindən “İntellektin
təbiəti” əsərində irəli sürülmüşdür. (10)
Emosional intellekt anlayışı isə ənənəvi intellekt testlərinin insanın karyerasında və həyatda
uğurunu irəlicədən bildirə bilməməsi zəifliyinə reaksiya kimi yaranmışdır. Bunu onunla izah etmək
olar ki, uğurlu insanlar başqa insanlarla effektli qarşılıqlı əlaqəyə yalnız effektli emosional əlaqələr,
öz emosiyalarını effektiv idarə etmək qabiliyyətinə malik olduqları təqdirdə nail olurlar, ikinci bir-
tərəfdən qəbul olunmuş intellekt anlayışı özündə bu testləri ehtiva etməmiş və intellektin testləri bu
qabiliyyətləri dəyərləndirə bilməmişlər.
Psixoloqlar Stiven Stayn və Qovard Buk hesab edirlər ki, bizə məlum olan intellektdən
fərqli olaraq emosional intellekt şəraiti düzgün şərh etmək və ona təsir göstərmək, başqalarının nə
istədiyini və nəyə ehtiyacı olduğunu intuitiv tutmaq, onların güclü və zəif tərəflərini bilmək, stressə
qapılmamaq və lətafətli olmaq bacarığıdır. (11) Beləliklə, emosional intellekt başqalarının
emosiyalarını dərk etmək, niyyətlərini, motivasiyasını və istəklərini və öz istəklərini başa düşmək
qabiliyyətidir. Və həmçinin praktiki məsələləri həll etmək üçün öz emosiyalarını və başqalarının
emosiyalarını idarə etmək qabiliyyətidir. (12)
Dizayn yaradıcılığının formalaşdırıcı potensialının ən mühüm elementi geniş auditoriya ilə
təmasda olmasıdır. Məqsədli auditoriya qarşısında canlı çıxış dizaynerin özü üçün çox maraqlı
təcrübədir. Auditoriyaya daxil olan dizayner, bütün hallarda optimal ünsiyyət vasitəsini seçməli, öz
yaradıcılıq kredosunun mahiyyətini, estetik idealının prinsiplərini çatdırmağı bacarmalıdır.
Birincisi, o, ünsiyyətin əsas məqsədini və motivlərini bilməlidir. İkincisi, auditoriyanın spesifikası
- 191 -
barədə onda tam təsəvvür olmalıdır. (13) Canlı auditoriya ilə canlı iş görmək – dizaynerlə
dinləyicilərin ikitərəfli əlaqəsi deməkdir.
Deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, dizayn cəmiyyətdə sosiomədəni hadisə
və estetik fenomen kimi böyük formalaşdıra potensialına malik olmaqla insanlara, humanist
ideallara xidmət edən bədii-estetik yaradıcılıq formasıdır.
ƏDƏBİYYAT
1.
Р.П.Валькова, Ю.Ф.Грабовенко. Дизайн: очерки теории системного проектирования.
Л., ЛГУ, 1983, 183 с.
2.
Блауберг И.В., Садовский В.Н., Юдин Э.Г. Системный подход в современной науке.
//Проблемы методологии системных исследований. М., «Мысль», 1970, с.7-48.
3.
Дижур А.Л. Ульмская школа художественного конструктирования. //Техническая
эстетика, 1964, № с.14-17
4.
Ибрагимова Н.И. Дизайн как средство гуманизации техногенной среды современного
города. // Desigq-revirev, №1, 2011, с.27-31
5.
Глухова Т.С. Архитектура как вид эстетической деятельности и особый способ
проектного мышления. // www.tabu.27 ru
6.
Bax: Двоскин И.Л. Художественный язык дизайна. Б., 2006, 152 с. Həmçinin, Бублик
Н.В. Язык дизайна как организующий элемент проектной деятельности.
(Электронный ресурс) //Архитетон: известия вузов. №42 (Приложение). – Режим
доступа: http:// archvuz.ru/numbers/2013_22/75
7.
Карл Канютр. Дизайн в противоречиях культуры и природы.
http://rosdesign.com/design_materials3/design_k.htm
8.
downloadfreetan.bitballoon.com/emocionaljnij-dizajn-donaljd-norman-pdf.html
9.
zapstroy.ru/wp-content/uploads/.../Aaron-U.-Emotsionalnyj-veb-dizajn-2012-.pdf
10.
М.А.Холодная. Психология интеллекта. СПБ, «Питер», 2001, с.68 (272 с.)
11.
Стивен Дж Стейн, Говагд И.Бук. Преимущества Е.Г. Эмоциональный интеллект и
ваши успехи. Баланс Бизнес Букс, 2007, 384 с. http://lib.ru/DPEOPLE/eq.txt
12.
Андреева И.Н. Эмоциальный интеллект: исследование феномена. //Вопросы
психологии, 2006, №3, с.78-86.
13.
Захаров Г.В. Цели и мотивы общения. Samilib/ru/z/zaxarov-g-w-tech-pril.shtml
ABSTRACT
Elfana Gasimova
DESIGN AND HUMAN SPATIAL ENVIRONMENT
The given article investigates the result, process and art-engineering method, directed on a
more full-fledged conformity of demand, and both utilitarian and esthetic human, environment and
object possibilities created by complexes and systems of industrial design products from the point
of view human taste development.
Influence of design on human from socio-cultural area is continuously rising. Thus,
harmonic design stands as a condition of indisputable competitive advantage under condition of
modern relations of market economy. The given phenomena forms picture of values in the world,
enhances and artfully uses positive traditions. Designer work, in cooperation with design and
preparation, does not only create comfort and convenience, but it also influences person’s emotional
state, enhancing his/her esthetic outlook with products and professionalism.
- 192 -
РЕЗЮМЕ
Эльфана Гасымова
ДИЗАЙН И ПРЕДМЕТНО-ПРОСТРАНСТВЕННАЯ СРЕДА ЧЕЛОВЕКА
В статье исследуются результат, процесс и художественно-технический метод,
направленный на более полноценное соответствие спроса и как утилитарных, так и
эстетических возможностей человека, среды и объектов, созданных комплексами и
системами промышленных продуктов дизайна с точки зрения развития вкуса у человека.
Влияние дизайна на человека из социокультурной области постоянно растет. Таким
образом, гармонический дизайн, в условиях современных отношений рыночной экономики,
выступает как условие неоспоримого конкурентного преимущества. Данный феномен
формирует картину ценности в мире, обогащает, творчески пользуется позитивными
традициями. Дизайнерский труд, активно участвовавший в разработке и подготовке новых
тенденций, создает для людей не только комфорт и удобства, приносит в жизнь гармонию и
стабильность, но в то же время влияет на эмоциональную природу человека, обогащая его
эстетическое мировоззрение своей продукцией и профессионализмом.
NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 06).
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
- 193 -
MÜNDƏRİCAT
PEDAQOGİKA
1.
Mehriban Cəfərova. Musiqi məşğələlərində muğamların öyrədilməsi zamanı
məktəblilərə mənəvi keyfiyyətlərin aşılanması işinin psixoloji əsasları................................ 3
2.
Lalə Allahverdiyeva, Günay Şirəliyeva. Azuşaqlı və çoxuşaqlı ailələrin tərbiyə imkanları.. 7
3.
Şərəbanı Məmmədova. Uşaq və gənclərin mütaliəsində kitabxana rəhbərliyinin vəzifələri……… 11
4.
Mehdi Səma. Xarici dillərin tədrisi prosesində tələbələrin özünütəhsil hazırlığı................ 15
5.
Fuada Allahverdiyeva. İnformasiya cəmiyyətində sosiallaşma prosesinin
psixoloji aspektləri.............................................................................................................
19
6.
Çapay Quliyev. Yeniyetmələrin milli mənlik şüurunun formalaşmasında təlabat və
maraqların nəzərə alınması imkanları................................................................................
23
7.
Gülmira Hacıyeva. Əliqulu Qəmküsarın yaradıcılığında ideya-siyasi tərbiyə məsələləri
və pedaqoji fikir tarixi üçün onların əhəmiyyəti................................................................
28
8.
Tükəzban Rüstəmova. İmtahan stresinin təsiri altında tələbələrdə psixoloji
göstəricilərin tədqiqi.........................................................................................................
32
9.
Nigar Zeynalova. Tələbələrdə kreativliyin inkişafinin əsas şərtləri................................... 36
10.
Aydın Şiriyev, Səyavuş Gözəlov. Sülh və hərbi münaqişə dövründə yaranan
fövqəladə hallar zamanı psixoloji davamlılığın formalaşması............................................ 42
11.
Sevda Kərimova. Pedaqoji prosesin qiymətləndirilməsi.................................................... 46
METODİKA
12.
İbrahim Rüstəmov. İbtidai siniflərdə şagirdlərin ədəd anlayışı və hesab əməlləri
ilə tanış edilməsi metodikasında əsas istiqamətlər.................................................................. 50
13.
Shahla Shiraliyeva. Innovative methods of students training……………………………. 55
14.
Elza Aşurova. Ali məktəblərdə ingilis dilinin tədrisində gənc kadrların peşəkarlığının
inkişaf etdirilməsi problemləri…………………………………………………………… 59
15.
Fariz Əhmədov.
Naxçıvan Dövlət Universitetində distant
təhsilin perspektivləri və
elektron
kitabxananın bu təhsil sisteminə inteqrasiyası........................................................ 63
16.
Vidadi Salmanov, Könül Salmanova. Ekologiya və mənəviyyat..........................................66
17.
Əli Həsənov, Ülviyyə İsgəndərova, Həsən Həsənov, Röya Məmmədova. Kurikulum
islahatında motivasiyanın aparılmasının metodikası............................................................. 71
18.
Məmmədəli Rəhimov, Heyrat Qulamov. Zorxanalardan güləş arenalarına ...................... 75
19.
Valeh Əlixanov. İnsanın artıq çəkisinin aradan qaldırılmasının vasitə və metodları.......... 82
20.
Əvəz Tağıyev. Мяктябдя бядян тярбийяси дярси физики тярбийя сисtеминин ясасыдыр.........
86
21.
Oktay Rzayev, Nərminə Həsənova. Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi...... 89
22.
Aygün Rüstəmova. Kiçikyaşlı məktəblilərin təlim fəaliyyətinə adaptasiyasında
hafizənin rolu........................................................................................................................... 93
SƏNƏTŞÜNASLIQ
23.
İsmayıl Zeynalov. XX əsrin birinci yarısında Naxçıvan bölməsində bəzi ənənəvi
sənət və peşə növləri haqqında etnoqrafik araşdırmalar........................................................ 97
24.
Qadir Əliyev. Ordubad rayonu köhnə Kotam kəndinin memarlıq nümunələrinin tədqiqi. 101
25.
Məmməd Əliyev, Nazəndə Məcidli. Bəhruz Kəngərlinin bədii irsi xalqımızın
milli sərvətidir...................................................................................................................
107
26.
Səyyarə Sadıxova, Günay Həsənova. Azərbaycanın müxtəlif sənət nümunələrinin
dekor sistemində bəzi həndəsi ornamentlərin yaradılma prinsipləri və mənası .................. 114
27.
Amil Əsgərov. Naxçıvan “Dədə Qorqud” qəhrəmanlarının əsas yaşayış məskənidir.......... 117
- 194 -
28.
Mahir Xəlilov. Şamil Qazıyevin yaradıcılığında milli motivlər..............................................121
29.
Həbibə Allahverdiyeva, Gülbani Əliyeva. Azərbaycanda VII -XIII əsrlərdə daş
üzərində oyma sənəti............................................................................................................ 124
30.
Bəsirət Zeynalov. XX-əsrin birinci yarısında taxılçılıq təsərrüfatında biçim,
döyüm və taxılın saxlanması qaydaları................................................................................... 130
31.
Zenfira Seyidova. Klassik Azərbaycan qadın şairləri muzey ekspozisiyasında................. 134
32.
Sanam Pashayeva. Nakhchıvan State Flag museum and State Flag square………………. 138
33.
Ляман Мамедова. Реализм в искусстве............................................................................ 141
34.
Fatma Şahbazova. Hüseynqulu Əliyevin yaradıcılıq fəaliyyəti......................................... 145
35.
Akay Məmmədova. Rembrandt Van Reyn yaradıcılığında portret janrı………………… 149
36.
Vidadi Heydərov. Alətlərin şahı............................................................................................. 152
37.
Şəbnəm Şirinova. Simli alətlərin yaranması və orkestrdə rolu............................................. 157
38.
Sevda Hüseynova. Solfecio tədrisində musiqini eşitmə qabiliyyəti..................................... 161
39.
Zemfira Babayeva. Bəstəkar ömrü......................................................................................... 167
40.
Fizzə Quliyeva. Şamil Qazıyevin əsərlərində köhnə Naxçıvanın təsviri .............................. 170
41.
Aynur Səfərova. Azərbaycan bəstəkarlarının fortepiano və orkestr üçün
konsertlərinin səciyyəvi xüsusiyyətləri.................................................................................... 175
42.
Cəlaləddin Əliyev. Tərbiyə prosesində xalq musiqisindən istifadə etməklə yeniyetmələrin
əməyə və vətənə məhəbbət ruhunda tərbiyəsinin birgə imkanları.......................................... 179
43.
Nisə Əliyarova. Naxçıvanda musiqi-ifaçılıq sənətinin sistemləşdirilməsi və təsnifatı........... 182
44.
Elfanə Qasımova. Dizayn və insanın predmet-məkan mühiti................................................ 186
Dostları ilə paylaş: |