masından ibarətdir.
-
Həyata keçirilmə vaxtına görə: ilkin nəzarət, cari nəzarət,
sonradan nəzarət;
İlkin nəzarət maliyyə əməliyyatları yerinə yetirilənə
qədər həyata keçirilir. Bu proses maliyyə planlarının, smetaların,
bütün səviyyələrdə büdcələrin və büdcədənkənar fondların
maliyyə planlarının tərtibindən əvvəl baş verir. Bu isə
vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin
yaradır.Cari maliyyə nəzarəti əməliyyat yerinə yetirilərkən, vəsait
bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata
keçirilməsi üçün büdcədən vəsait aynlarkən və s. hallarda tətbiq
olunur. Sonradan nəzarət maliyyə əməliyyatları başa çatdıqdan
sonra aparılmaqla maliyyə hesabat və mühasibat sənədlərinin
düzgün tərtib edilməsini müəyyən edir.
-
Maliyyə fəaliyyəti sahələrinə gÖrə: büdcə, vergi, valyuta,
kredit, sığorta, investisiya və pulun tədavülü nəzarəti;
Büdcə vəsaitinin səfərbər edilməsi və istifadə olunması
üzərində nəzarət əsasən maliyyə orqanları tərəfindən həyata
keçirilir. Ona görə də maliyyə nəzarətinin bu növü büdcə nəzarəti
adlanır. Büdcə nəzarəti iqtisadiyyatın inkişafına və dövlət
büdcəsinə daxil olan vəsaitin maksimum artırılmasına
və optimal
maliyyə-büdcə siyasətinin işlənib hazırlanmasına şərait yaradır.
Vergi nəzarəti vergilərin bütün səviyyəli büdcələrə tam
və vaxtında yığılması, vergitutma obyektlərinin uçotu, habelə
vergi qanunvericiliyinə riayət olunması üzərində nəzarətdən
ibarətdir.
Valyuta nəzarəti xarici iqtisadi fəaliyyətlə bağlı maliyyə
əməliyyatlarını əhatə edir. Bu nəzarət forması gömrük or-
qanlannm iştirakı ilə həyata keçirilir.
Kredit nəzarəti kommersiya banklarının kredit
əməliyyatlarını: müştərilərə kreditin verilməsi, kreditin vaxtında
qaytarılması, kreditə görə faizlərin ödənilməsi və s. əhatə edir.
Sığorta nəzarəti - sığortaçının maliyyə vəziyyətinin
tədqiq olunmasında və onun sığorta etdirən şəxs qarşısındakı
36
5.5. Maliyyə nəzarətini həyata keçiriən orqanlar
Maliyyə
nəzarəti
Azərbaycan
Respublikasının
Konstitusiyasına əsasən apanlır. Maliyyə nəzarətinin mühüm
tərkib hissəsi olmaqla dövlət maliyyə nəzarəti: icra hakimiyyəti
orqanlannın nəzarəti (AR Maliyyə Nazirliyi, AR Vergirlər
Nəzirliyi, AR Milli Bankı, AR Hesablama Palatası və s.),
qanunverici orqanların nəzarəti (Prezidentin İcra Aparatının
Dövlət Nəzarəti şöbəsi. Milli Məclis), məhkəmə hakimiyyəti
nəzarətindən ibarətdir.
Qeyri-dövlət maliyyə nəzarəti auditor nəzarətini və
ictimai
nəzarəti, müəssisədaxili nəzarəti əhatə edir.
Auditor nəzarətinin başlıca məqsədi mühasibat və
maliyyə hesabatlannın doğruluğunu, maliyyə və təsərrüfat
əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etmək,
hesablaşma sənədlərinin, vergi bəyannamələrinin və iqtisadi
subyektlər tərəfindən yoxlanılan digər maliyyə öhdəliklərinin
təftişindən ibarətdir.
Təsərrüfatdaxili maliyyə nəzarəti müəssisə və
təşkilatların özlərinin mühasibat və maliyyə şöbələri, menecment
xidməti və s. tərəfindən aparılır.
5.6. Maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətləri
Maliyyə nəzarətinin təşkili zamanı ölkənin potensial
imkanları nəzərə alınmalıdır. Bu baxımdan maliyyə nəzarətinin
təkmilləşdirilməsi
istiqamətlərini
aşağıdakı
kimi
qiymətləndirmək olar:
•
Maliyyə nəzarətinin səmərəliliyinin artıniması üçün
müvafiq mütəxəssislərin hazırlanması;
•
Operativ maliyyə nəzarətinin
təmin edilməsi;
•
Maliyyə nəzarətinin bütün istiqamətləri
iqtisadi sistemə
uyğunlaşdırılmalıdır.
41