Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   2   3   4   5   6   7   8   9   ...   27

masından ibarətdir. 
-
 
Həyata  keçirilmə  vaxtına  görə:  ilkin  nəzarət,  cari  nəzarət, 
sonradan nəzarət; 
İlkin  nəzarət  maliyyə  əməliyyatları  yerinə  yetirilənə 
qədər həyata keçirilir. Bu proses maliyyə planlarının, smetaların, 
bütün  səviyyələrdə  büdcələrin  və  büdcədənkənar  fondların 
maliyyə  planlarının  tərtibindən  əvvəl  baş  verir.  Bu  isə 
vəsaitlərdən  daha  səmərəli  və  qənaətlə  istifadə  etməyə  zəmin 
yaradır.Cari maliyyə nəzarəti əməliyyat yerinə yetirilərkən, vəsait 
bölüşdürülərkən,  xərclənərkən,  bu  və  ya  digər  tədbirin  həyata 
keçirilməsi üçün büdcədən vəsait aynlarkən və s. hallarda tətbiq 
olunur.  Sonradan  nəzarət  maliyyə  əməliyyatları  başa  çatdıqdan 
sonra  aparılmaqla  maliyyə  hesabat  və  mühasibat  sənədlərinin 
düzgün tərtib edilməsini müəyyən edir. 
-
 
Maliyyə  fəaliyyəti  sahələrinə  gÖrə:  büdcə,  vergi,  valyuta, 
kredit, sığorta, investisiya və pulun tədavülü nəzarəti; 
Büdcə  vəsaitinin  səfərbər  edilməsi  və  istifadə  olunması 
üzərində  nəzarət  əsasən  maliyyə  orqanları  tərəfindən  həyata 
keçirilir. Ona görə də maliyyə nəzarətinin bu növü büdcə nəzarəti 
adlanır.  Büdcə  nəzarəti  iqtisadiyyatın  inkişafına  və  dövlət 
büdcəsinə daxil olan vəsaitin maksimum artırılmasına və optimal 
maliyyə-büdcə siyasətinin işlənib hazırlanmasına şərait yaradır. 
Vergi  nəzarəti  vergilərin  bütün  səviyyəli  büdcələrə  tam 
və  vaxtında  yığılması,  vergitutma  obyektlərinin  uçotu,  habelə 
vergi  qanunvericiliyinə  riayət  olunması  üzərində  nəzarətdən 
ibarətdir. 
Valyuta nəzarəti xarici iqtisadi fəaliyyətlə bağlı maliyyə 
əməliyyatlarını  əhatə  edir.  Bu  nəzarət  forması  gömrük  or- 
qanlannm iştirakı ilə həyata keçirilir. 
Kredit  nəzarəti  kommersiya  banklarının  kredit 
əməliyyatlarını: müştərilərə kreditin verilməsi, kreditin vaxtında 
qaytarılması, kreditə görə faizlərin ödənilməsi və s. əhatə edir. 
Sığorta  nəzarəti  -  sığortaçının  maliyyə  vəziyyətinin 
tədqiq olunmasında və onun sığorta etdirən şəxs qarşısındakı 
36 


müqavilə  öhdəliyini  qəbul  etməsi  üçün  ödəniş  qabiliyyətinə 
malik olmasında öz əksini tapır. 
-
 
Apanima  metoduna  görə:  yoxlama,  müayinə  aparma, 
nəzarət etmə, təhlil, müşahidə, təftiş; 
Yoxlama  -  hesabat  sənədləri  əsasında  maliyyə 
fəaliyyətinin ayn-ayrı mərhələləri üzrə aparılır və aşkar edilmiş 
nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. 
Tədqiqat  aparma  -  yoxlamadan  fərqli  olaraq  tədqiqat 
aparılan müəssisə və təşkilatın maliyyə vəziyyətini və mümkün 
perspektiv  imkanlarını  müəyyən  etmək  üçün  onun  maliy- 
yə-iqtisadi göstəricilərini daha geniş sferada əhatə edir. 
Təftiş  -  müəssisə  və  təşkilatlann  maliyyə-təsərrüfat 
fəaliyyətinin  hesabat  ili  ərzində  təhlilini  nəzərdə  tutur. 
Obyektdən asılı olaraq təftiş tam, qismən, kompleks və tematik 
kimi fərqləndirilir. 
Təhlil  -  dövrü  və  illik  hesabatlara  əsasən  apanimaqla 
planın  yerinə  yetirilməsi  səviyyəsinin,  maliyyə  vəsaitlərinin 
səmərəli istifadəsinin təhlilini əks etdirir. 
-
 
Tətbiqi  formasına  görə:  məcburi  nəzarət  və  təşəbbüs 
əsasında aparılan nəzarət. 
37 


Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifləşdirilməsi 
 
38 


Maliyyə nəzarətinin həyata keçirilmə vaxtına görə təsnifləşdirilməsi 
 
 
39 


 


5.5. Maliyyə nəzarətini həyata keçiriən orqanlar 
Maliyyə 
nəzarəti 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasına  əsasən  apanlır.  Maliyyə  nəzarətinin  mühüm 
tərkib hissəsi olmaqla dövlət maliyyə nəzarəti: icra hakimiyyəti 
orqanlannın  nəzarəti  (AR  Maliyyə  Nazirliyi,  AR  Vergirlər 
Nəzirliyi,  AR  Milli  Bankı,  AR  Hesablama  Palatası  və  s.), 
qanunverici  orqanların  nəzarəti  (Prezidentin  İcra  Aparatının 
Dövlət  Nəzarəti  şöbəsi.  Milli  Məclis),  məhkəmə  hakimiyyəti 
nəzarətindən ibarətdir. 
Qeyri-dövlət  maliyyə  nəzarəti  auditor  nəzarətini  və 
ictimai nəzarəti, müəssisədaxili nəzarəti əhatə edir. 
Auditor  nəzarətinin  başlıca  məqsədi  mühasibat  və 
maliyyə  hesabatlannın  doğruluğunu,  maliyyə  və  təsərrüfat 
əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etmək, 
hesablaşma  sənədlərinin,  vergi  bəyannamələrinin  və  iqtisadi 
subyektlər  tərəfindən  yoxlanılan  digər  maliyyə  öhdəliklərinin 
təftişindən ibarətdir. 
Təsərrüfatdaxili  maliyyə  nəzarəti  müəssisə  və 
təşkilatların özlərinin mühasibat və maliyyə şöbələri, menecment 
xidməti və s. tərəfindən aparılır. 
5.6. Maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətləri 
Maliyyə  nəzarətinin  təşkili  zamanı  ölkənin  potensial 
imkanları nəzərə alınmalıdır. Bu baxımdan maliyyə nəzarətinin 
təkmilləşdirilməsi 
istiqamətlərini 
aşağıdakı 
kimi 
qiymətləndirmək olar: 

 
Maliyyə nəzarətinin səmərəliliyinin artıniması üçün 
müvafiq mütəxəssislərin hazırlanması; 

 
Operativ maliyyə nəzarətinin təmin edilməsi

 
Maliyyə nəzarətinin bütün istiqamətləri iqtisadi sistemə 
uyğunlaşdırılmalıdır. 
41 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə