Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   2   3   4   5   6   7   8   9   10   ...   27

VI
 FƏSIL
,
 MÜƏSSISƏLƏRIN 
MALİYYƏSİ 
6.1.
 
Məssisələrin maliyyəsinin mahiyyəti 
Bazar  iqtisadiyyatı  şəraitində  mülkiyyətin  müxtəlif 
formaları  yaranır.  Ona  görə  də  maliyyə  münasibətləri  yalnız 
dövlət  səviyyəsində  deyil,  müxtəlif  mülkiyyət  formalı 
müəssisələr səviyyəsində də baş verir. Maliyyə sisteminin tərkib 
hissəsi olmaqla, müəssisələrin maliyyəsi ümumi daxili məhsulun 
yaradılması, bölgüsü və istifadəsi proseslərinin dəyər formasm- 
dakı ifadəsini əks etdirir. Maliyyə münasibətləri əsasən məcmu 
ictimai  məhsulun  və  milli  gəlirin  yarandığı  maddi  istehsal 
sahələrində  baş  verir.  Müəssisələrin  maliyyəsi  müəssisədə 
gəlirlərin  və  yığımın  yaradılması,  bölüşdürülməsi  və  istifadəsi 
proseslərində  meydana  çıxan  pul  münasibətlərinin  məcmusunu 
ifadə  edir  və  o,  geniş  təkrar  istehsalın  fasiləsizliyinin  təmin 
edilməsinin mühüm şərtidir. 
Müəssisələrin  maliyyəsi-təsərrüfat  subyektlərində  pul 
fondlarının və yığımlarının formalaşdırılması, bölüşdürülməsi və 
geniş 
təkrar 
istehsal 
xərclərinin 
maliyyələşdirilməsi, 
maliyyə-bank sistemi qarşısında öhdəliklərin  yerinə yetirilməsi, 
işçilərin  maddi  stimullaşdırılması  və  sosial  təminatı  üzrə 
istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir. 
İqtisadi  məzmununa  görə  müəssisələrin  maliyyə 
münasibətlərini aşağıdakı istiqamətlər üzrə sistemləşdirmək olar: 

 
Müəssisənin təsisçiləri arasında - nizamnamə kapitalının 
yaradılması ilə əlaqədar olan maliyyə münasibətləri. 

 
Müəssisə və təşkilatlar arasında - məhsulun istehsalı və 
satışı ilə əlaqədar yaranan malİ5^ə münasibətləri. 

 
Müəssisə və onun ayrı-ayrı bölmələri - filialları, sexləri, 
şöbələri  arasında  xərclərin  maliyyələşdirilməsi,  mənfəətin 
bölgüsü və istifadəsi zamanı yaranan maliyyə münasibətləri. 

 
Müəssisə  və  işçilər  arasında  -  gəlirlərin  bölgüsü  və 
istifadəsi,  müəssisənin  səhm  və  istiqrazlannm  buraxılışı  və 
yerləşdirilməsi, istiqrazlar üzrə faizlərin və dividendlərin ödənişi. 
42 


fiziki şəxslərdən gəlir vergisi tutulan zaman yaranan maliyyə 
münasibətləri. 

 
Müəssislər  və  yuxarı  təşkilatlar,  müəssisələr  və  onların 
üzv  olduqları  ittifaq  assosasiyaları  arasında  yaranan  maliyyə 
münasibətləri. 
Maliyyə  münasibətləri  mərkəzləşdirilmiş  məqsədli  pul 
fondlarının  yaradılması,  bölüşdürülməsi  və  istifadəsi,  məqsədli 
proqramların  maliyyələşdirilməsi,  elmi  tədqiqat  işlərinin 
aparılması,  qaytarılmaq  şərti  ilə  verilən  maliyyə  yardımları 
zamanı təzahür edir. 

 
Kommersiya müəssisə və təşkilatları arasında - qiymətli 
kağızların yerləşdirilməsi və emissiyası qarşılıqlı kreditləşdirmə, 
birgə  müəssisələrin  yaradılmasındakı  pay  iştirakı  ilə  əlaqədar 
yaranan maliyyə münasibətləri. 

 
Müəssisələr və dövlət maliyyə sistemi arasında vergilərin 
ödənilməsi və büdcəyə digər ödənişlərin həyata keçirilməsində, 
büdcədənkənar fondların yaradılmasında, vergi güzəştləri, cərimə 
sanksiyaları tətbiq edilərkən yaranan maliyyə münasibətləri. 

 
Müəssisə  və  bank  sistemi  arasında  -  kommersiya 
banklarında  pulların  saxlanması,  ssuda  alınması  və  ödənilməsi 
zamanı  bank  kreditlərinə  görə  faizlərin  ödənilməsi,  digər  bank 
xidmətləri zamanı yaranan maliyyə münasibətiləri. 

 
Müəssisələr  və  sığorta  təşkilatları  arasında  -  əmlakın 
sığortalanması  zamanı  ayrı-ayrı  işçi  kateqoriyalarının, 
kommersiya  sahibkarlıq  risklərinin  sığortalanması  zamanı 
yaranan maliyyə münasibətləri. 

 
Müəssisələr və investisiyalar arasında - özəlləşdirmə və 
investisiya  fəaliyyəti  həyata  keçirilən  zaman  yaranan  maliyyə 
münasibətləri. 
43 


6.2. Müəssisələrin maliyyəsinin funksiyaları 
Müəssisə  və  təşkilatların  funksiyalarına  ümümdövlət 
maliyyəsinə  xarakterik  olan  funksiyalar  aid  edilir:  bölüşdürücü 
və nəzarət funksiyası. 
Bölgü funksiyası vasitəsilə təsisçilərin payları hesabına 
ilkin  kapital  formalaşır,  gəlirlərin  və  maliyyə  ehtiyatlannın 
bölgüsündə  əsas  proporsiyalar  müəyyənləşir,  ayrı-ayrı 
istehsalçılar,  təsərrüfat  subyektləri  və  dövlətin  mənafeləri 
optimal surətdə əlaqələndirilir. Daxil olan gəlirlərin bölgüsü və 
yenidən  bölgüsü  vasitəsilə  müəssisə  və  təşkilatlann  pul  vəsaiti 
fondunun  yaradılması  bölgü  funksiyası  ilə  bağlıdır.  Bunlara 
nizamnamə  kapitalı,  yaxud  nizamnamə  fondu,  ehtiyat  fondu, 
yığım fondu, istehlak fondu, valyuta fondu və s. aiddir. 
Bölgü  münasibətləri  həm  bütövlükdə  cəmiyyətin,  həm 
də  ayn-ayrı  təsərrüfat  subyektlərinin,  onlann  işçilərinin,  aksio- 
nerlərin,  kredit  və  sığorta  institutlarının  maraqlarını  təmin 
etməlidir. Buna görə də bu münasibətlərin səmərəli təşkili ilkin 
vəzifə  kimi  qiymətləndirilməlidir.  Bu  vəzifənin  həyata 
keçirilməsində  maliyyənin  nəzarət  funksiyası  mühüm  rol 
oynayır. 
Nəzarət  funksiyasının  obyektiv  əsası  -  əmtəələrin 
istehsalına  və  reallaşdınlmasma  çəkilən  xərclərin  uçotundan, 
gəlirlərin  və  pul  fondlarının  yaradılması  prosesinə  nəzarətdən 
ibarətdir. 
Təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarəti aşağıdakı 
orqanlar  həyata  keçirir:  təsərrüfat  subyektinin  özü,  vergi 
orqanları,  kommersiya  bankları,  səhmdarlar  və  nəzarət  səhm 
paketlərinin sahibləri, sərbəst auditorlar. 
44 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə