Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   2   3   4   5   6   7   8   9   ...   27

I
 
FƏSİL. MALİYYƏNİN MAHİYYƏTİ VƏ FUNKSİYALARI 
1.1.
 
Maliyyənin mahiyyəti və zəruriliyi 
Maliyyə-geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, 
dövlətin vəzifə və funksiyalarının yerinə yetirilməsi məqsədilə 
mərkəzləşdirilmiş  və  qeyri-mərkəzləşdirilmiş  pul  vəsaiti 
fondlarının  yaradılması,  bölüşdürülməsi  və  istifadəsi  ilə 
əlaqədar olan iqtisadi münasibətlərdir. 
Maliyyə - pul münasi- 
 
Maddi məzmununa görə 
 
Maliyyə münasibətləri 
bətlərinin ayrılmaz his- 
 
maliyyə ölkənin maliyyə 
 
pul münasibətlərinin 
səsidir. 
 
resurslarının 
 
tərkib hissəsidir və 
Maliyyə - bölüşdürücü 
 
məcmusunu təşkil edən 
 
imperativ xarakter 
kateqoriyadır. 
 
məqsədli pul vəsaitləri 
 
daşıyır, yəni dövlətlə 
 
 
fondudur. 
 
əlaqədardır. 


1.2. «Maliyyə» anlayışı ilə müəyyən edilən pul münasibətlərinin məcmusu 
 


1.3. Maliyyənin funksiyaları 
Maliyyənin mahiyyəti onun funksiyalarında ifadə olunur. 
Maliyyənin funksiyaları real pul dövriyyəsinin tənzimlənməsi ilə 
əlaqədardır. 
Maliyyənin 
funksiyaları 
özündə 
maliyyə 
planlaşdırılması  metodlarını,  maliyyə  sisteminin  idarəetmə 
formalarını,  maliyyə  qanunvericiliyini,  mərkəzləşdirilmiş  və 
qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və 
istifadəsi  qaydalarını  cəmləşdirən  maliyyə  mexanizmləri 
vasitəsilə reallaşır. 
Maliyyənin əsasən iki funksiyası vardır: 

 
Bölüşdürücü funksiya 

 
Nəzarət funksiyası 
Bölüşdürücü  funksiya  ilkin  gəlirlərin  formalaşması  prosesi  ilə 
əlaqədar  olub,  milli  gəlirin  bölgüsü  zamanı  yaranan 
münasibətlərdir. 
Milli gəlirin maddi istehsal iştirakçıları arasında bölgüsü zamanı 
xalis gəlir formalaşır: 

 
Maddi istehsal sferasında çalışan işçilərin əmək haqqı və 
gəlirləri. 

 
Maddi istehsal müəssisələrinin gəlirləri. 
Maliyyənin  yenidən  bölgü  münasibətlərinin  əsas 
istiqamətləri aşağıdakılardır: 
-
 
Sahələrarası yenidən bölgü; 
-
 
Ərazilərarası yenidən bölgü; 
-
 
Təsərrüfatlararası yenidən bölgü; 
-
 
Dövlətlərarası yenidən bölgü. 
Maliyyənin  nəzarət  funksiyası  ümumi  daxili  məhsulun 
müvafiq fondlara bölgüsü və onlann məqsədli istifadəsi zamanı 
yaranan  münasibətlərdir.  Maliyyə  nəzarəti  maddi  istehsal, 
qeyri-istehsal  sahələrinin  pul  vəsaitlərinin  və  dövlət  büdcəsinin 
yaradılmasını  və  istifadəsini  əhatə  edir.  Bu  funksiyanın  həyata 
keçirilməsində  əsas  məqsəd  maliyyə  məsələləri  üzrə 
qanunvericilik aktlanna əməl olunması, gəlirlərin qanunamüvafıq 
yığılması  və  xərclərin  öz  məqsədlərinə  istifadəsinə  nəzarət 
edilməsindən ibarətdir. 
Maliyyənin  bölgü  funksiyası  nəzarət  funksiyası  üçün 
şərtdir, ona görə də maliyyə nəzarəti ümumdövlət nəzarətindən, 
təsərrüfat-  daxili  nəzarətdən,  ictimai  maliyyə  nəzarətindən  və 
müstəqil  auditor  nəzarətindən  ibarətdir.  Bu  funksiya  maliyyə 
nəzarətinin həyata keçirilməsinin elmi və nəzəri əsaslarmı təşkil 
edir. 


Maliyyənin funksiyalan 
 


1.4. Maliyyə resurslarının mənbələri 
 


1.5. Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi 
Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqədə öyrənilir. 
Onun  həm  humanitar,  həm  də  iqtisadi  elmlərlə  qarşılıqlı 
əlaqəsinə nəzər salaq: 
Maliyyə elmi ilə hüquq arasında əlaqə. Maliyyə  elmi dövlət 
hüququ və xüsusi hüquqla sıx əlaqəlidir. Dövlət hüququnun əsas 
sahəsi  Konstitusiya  hüququdur.  Belə  ki,  vətəndaş-  lann  vergi 
ödəmələri ilə bağlı hüquq və vəzifələri, büdcə hüququ, büdcənin 
Milli  Məclisdə  təsdiqi  və  s.  məsələlər  Konstitusiya  ilə 
tənzimlənir.  Xüsusi  hüquq  sahələrinə  maliyyə  hüququ,  əmlak 
hüququ, bank hüququ, vergi hüququ və s. aiddir. 
Maliyyə elmi ilə iqtisad elmi arasında əlaqə. İqtisad elmi bütün 
elmlər  kimHqtisad  elmi  maliyyə  elmi  üçün  də  bazis  rolunu 
oynayır. 
Maliyyə ilə statistika elmi arasında əlaqə. Dövlət  büdcəsinin 
gəlir və xərclərini proqnozlaşdırarkən, biznes-plan hazırlanarkən, 
ixrac  və  idxal  əməliyyatlan  təhlil  edilərkən,  əhalinin  sosial 
vəziyyəti öyrənilərkən və s. proseslərdə statistik göstəricilərdən 
istifadə edilir. 
Maliyyə  ilə  sosiologiya  arasında  əlaqə.  Sosiologiya  elminin 
məqsədi  sosial  hadisələrin  öyrənilməsindən  ibarətdir.  Sosial 
davranış, sosial təbəqələşmə, sosial sinifləşmə həmin hadisələrə 
aiddir.  Bu  proseslərin  tənzimlənməsi  isə  bilavasitə  maliyyə 
münasibətləri vasitəsi ilə həyata keçirilir. 
Maliyyə  elminin  menecmentlə  qarşılıqlı  əlaqəsi.  Menecment 
iqtisadiyyatın  idarə  edilməsini  əhatə  edir,  maliyyə  isə 
menecmentin obyekti kimi çıxış edir, həm də ona təsir edir. 
Maliyyə  ilə  beynəlxalq  iqtisadi  münasibətlər  arasında  əlaqə. 
Bazar  iqtisadiyyatının  mühüm  atributlanndan  biri  biznes 
fəaliyyətinin  inkişafıdır.  Beynəlxalq  iqtisadi  əlaqələr  biznes 
əsasında  inkişaf  edir.  Biznesin  reallaşdıniması  isə  xarici  ticarət 
vasitəsilə həyata keçirilir. 
10 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə