Elmi redaktor: Azərbaycan Dövlət İqtisad


Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   2   3   4   5   6   7   8   9   ...   27

Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi 
 
11 


II
 
FƏSIL
,
 MALIYYƏ 
SİYASƏTİ 
2.1.
 
Maliyyə siyasətinin məzmunu və əhəmiyyəti 
İqtisadi.  inkişafa  nail  olmuş  dövlətlər  öz  siyasətlərini 
əsasən beş istiqamət üzrə qruplaşdırır: iqtisadi və sosial sahələr 
üzrə,  milli  maraqlar  baxımından,  hərbi  potensialın  inkişafı  və 
geosiyasi istiqamətdə. 
Maliyyə  siyasəti  -  iqtisadi  və  sosial  siyasətin  tərkib 
hissəsi  olmaqla,  dövlətin  maliyyə  sistemi  vasitəsilə  həyata 
keçirdiyi  iqtisadi  "tədbirlər  sistemindən  ibarətdir.  Dövlət 
makroiqtisadi  məqsədlərə  nail  olmaq  üçün  dövlət  gəlirlərinin 
artırılması,  büdcə  tarazlığının  təmin  edilməsi,  maliyyə 
ehtiyatlarının  istifadəsinin  səmərəliliyinin  yüksəldilməsi  kimi 
maliyyə  vasitələrindən  istifadə  edir.  Maliyyə  siyasətinin 
istiqamətlərinin  düzgün  müəyyənləşdirilməsi  cəmiyyətin 
inkişafında böyük əhəmiyyətə malikdir. 
2.2.
 
Maliyyə siyasətinin məqsəd və vəzifələri. 
Maliyyə  siyasətinin  məqsədi-cəmiyyətin  inkişafı  üçün 
zəruri  olan  maliyyə  ehtiyatlarının  tam  səfərbərliyə  alınmasıdır. 
Buna  uyğun  olaraq  maliyyə  siyasətinin  həyata  keçirilməsi 
sahibkarlıq  fəaliyyətinin  stimullaşdırılması  üçün  lazımi  şəraitin 
təşkil edilməsini təmin etməlidir. 
Qarşıya  qoyulan  məqsədlərin  xarakterindən  və  həlli 
metodlarından  asılı  olaraq  maliyyə  siyasəti  iki  hissəyə  aynlır: 
maliyyə strategiyası və maliyyə taktikası. 
Maliyyə strategiyasının hazırlanması gedişində maliyyənin 
inkişafının  əsas  meylləri  proqnozlaşdırılır,  onlardan  istifadə 
konsepsiyaları  yaradılır,  maliyyə  münasibətlərinin  təşkili 
prinsipləri  müəyyən  edilir.  Maliyyə  strategiyası  və  taktikası 
qarşılıqlı  əlaqəlidir.  Strategiya  taktiki  vəzifələrin  yerinə 
yetirilməsi üçün əlverişli şərait yaradır. Düzgün maliyyə taktikası 
maliyyə  əlaqələrinin  təşkili  formalarının  vaxtında  və  qısa 
müddətə dəyişməklə ən az məsrəflə maliyyə strategiyasının 
12 


qarşıya qoyduğu məqsədlərə nail olunmasına imkan yaradır. 
Maliyyə  siyasətinin  əsas  vəzifələri  dövlət  gəlirlərinin 
artınlması,  büdcə  tarazlığının  və  iqtisadi  sabitliyin  təmin 
edilməsidir. 
Maliyyə  siyasətinin  vəzifələrinin  yerinə  yetirilməsi 
zamanı aşağıdakılar nəzərə alınmalıdır: 

 
Maliyyə  siyasətinin  təşkili  zamanı  müəyyən  məkan  və 
zaman daxilində hər bir ölkənin spesifik xüsusiyyətləri: mövxud 
tarixi  şərait,  ölkənin  yerüstü  və  yeraltı  sərvətləri,  regional, 
demoqrafik, milli-psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Bu 
baxımdan  respublikamızın  bazar  iqtisadiyyatına  keçdiyi  bir 
dövrdə  maliyyə  siyasəti  elə  qurulmalıdır  ki,  bu,  xalqın  həyat 
səviyyəsinin yüksəldilməsinə xidmət etsin. 

 
Maliyyə  ehtiyatlarının  səmərəli  istifadə  istiqamətləri 
müəyyən edilməlidir. 

 
Maliyyə  münasibətlərinin  təşkilinin  metod  və  üsulları 
müəyyənləşdirilməlidir. Bu vəzifəyə vergilərin və digər maliyyə 
tənzimləyicilərinin təşkili qaydaları, dövlət maliyyə orqanlarının 
işinin təşkili metodları və s. aiddir. 
2.3.
 
Maliyyə siyasətinin təşkili prinsipləri 
Maliyyə  siyasəti  formalaşdınlarkən  ölkədə  idarəetmənin 
xüsusiyyətləri,  cəmiyyətin  inkişaf  səviyyəsi,  daha  doğrusu,  bir 
sıra prinsiplər nəzərə alınmalıdır. 
Maliyyə siyasətinin təşkili prinsipləri aşağıdakılardır: 
1.
 
Maliyyə  siyasətinin  həyata  keçirilməsində  və  idarə 
edilməsində demolo'atik prinsiplərə əməl edilməlidir
2.
 
Ümumdövlət  maliyyə  fondlanndan  istifadə  edərkən 
həm dövlətin, həm də ayn-ayn iqtisadi regionlann sosial- iqtisadi 
inkişaf mənafeyi nəzərə alınmalıdır; 
3.
 
Dövlət  maliyyəsi  ilə  təsərrüfat  subyektlərinin 
maliyyəsinin qarşılıqlı əlaqəsi təmin edilməlidir
4.
 
Maliyyə  sisteminin  bütün  həlqələrinin,  xüsusilə 
büdcənin gəlir və xərclərinin tarazlaşdınlması təmin edilməlidir
5.
 
Ölkənin maliyyə resurslan üzərində dövlət nəzar»^’ 
13 


təmin edilməlidir; 
6.
 
Fövqəladə xərclərin ödənilməsi üçün dövlətin maliyyə 
ehtiyatlan yaradılmalıdır; 
7.
 
Ümumdövlət 
vəzifələrinin 
vaxtında 
maliyyələşdirilməsi  məqsədilə  dövlətin  sərəncamında  zəruri 
miqdarda maliyyə resursları cəmlənməlidir. 
2.4.
 
Maliyyə siyasətinin əsas istiqamətləri 
Maliyyə siyasətinin əsas istiqamətləri fiskal (büdcə- vergi) 
siyasət,  pul-kredit  siyasəti,  gömrük  siyasəti,  qiymət  siyasəti, 
valyuta siyasəti, beynəlxalq maliyyə siyasətidir 
Fiskal siyasət - hökumətin makroiqtisadi məqsədlərə nail 
olunması  üçün  dövlətin  vergilər  və  xərclər  üzrə  məqsədyönlü 
fəaliyyətidir. 
Büdcə-vergi  siyasəti  büdcə  gəlirlərinin  və  xərclərinin 
formalaşmasımn kəmiyyət parametrlərinin və əsas vəzifələrinin 
müəyyənləşdirilməsi,  dövlət  borcunun  idarə  edilməsi  üzrə 
dövlətin  məqsədyönlü  fəaliyyəti  kimi  iqtisadi  siyasətin  əsas 
alətlərindən biridir. 
• Büdcə gəlirlərinin toplanması, büdcə öhdəliklərinin yerinə 
yetirilməsi, büdcə kəsirinin və dövlət borclarının idarə olunması 
büdcə-vergi  siyasətinin  mühüm  istiqamətləri  olduğu  üçün  bu 
siyasətin  səmərəliliyi  göstərilən  istiqamətlər  üzrə  icraedici 
hakimiyyət 
orqanlarının 
fəaliyyət 
nəticələri 
kimi 
qiymətləndirilməlidir.  Həyata  keçirilən  vergi-büdcə  siyasəti 
inflyasiyanın  aşağı  tempinin,  kredit  bazannda  aşağı  faiz 
dərəcələrinin  saxlanılmasını  təmin  edən,  özəl  bölmənin 
maliyyələşdirilməsini 
artıran 
dövlət 
xərclərinin 
məhdudlaşdınimasına əsaslanmalıdır. 
PuFkıedit siyasəti Qmıssıyzrim idarə edilməsi vasitəsilə pul 
dövriyyəsinin  sabitliyinin  təmin  edilməsini,  inflyasiyanın  və 
milli valyutanın kursunun tənzimlənməsini, bank fəaliyyətinin və 
digər  maliyyə  qurumlanmn  işinin  təşkilini,  maliyyə  bazannm 
idarə edilməsini əhatə edir. 
Gömrük siyasəti - ölkənin iqtisadi təhlükəsizliyinin və 
14 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə