Elmi redaktor: Azərbaycan Dövlət İqtisad


XI FƏSİL. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

XI FƏSİL. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ 
11.1.
 
Dövlət büdcəsi gəlirlərinin iqtisadi mahiyyəti 
Büdcə  gəlirləri  -  dövlətin  funksiyalannm  yerinə 
yetirilməsi  üçün  mərkəzləşdirilmiş  maliyyə  vəsaitləridir.  Onlar 
pul  vəsaitləri  fondlarının  formalaşması  prosesində  dövlətlə 
hüquqi və fiziki şəxslər arasında yaranmış iqtisadi münasibətləri 
əks  etdirir  və  müxtəlif  səviyyəli  hakimiyyət  orqanlanmn 
fəaliyyətinin həyata keçirilməsinə xidmət edir. 
Büdcə  gəlirlərinin  tərkibi,  pul  vəsaitlərinin  büdcəyə 
səfərbərliyə  alınma  formaları  təsərrüfatçılıq  sistemi  və  metod- 
lanndan,  habelə  dövlətin  qarşısında  duran  iqtisadi  vəzifələrdən 
asılı  olaraq  müəyyənləşdirilir.  Büdcə  gəlirləri  bir  tərəfdən 
ÜDM-un  dəyərinin  geniş  tərkrar  istehsal  prosesinin  müxtəlif 
iştirakçıları arasında bölgüsünün nəticəsi kimi, digər tərəfdən isə 
dövlətin  əlində  cəmləşdirilmiş  dəyərin  sonrakı  bölgüsünün 
obyekti kimi çıxış edir. Ölkənin dövlət quruluşundan asılı olaraq 
büdcə  gəlirləri  mərkəzi  (dövlət)  büdcənin  və  yerli  büdcələrin 
gəlirlərini təşkil edir. 
Büdcə gəlirləri dövlət gəlirlərindən fərqli olaraq daha dar 
məna  kəsb  edir.  Dövlət  gəlirlərinə  bütün  səviyyəli  büdcələrin 
maliyyə  vəsaitləri,  habelə  büdcədənkənar  fondlann  və  bütün 
dövlət  sektorunun  vəsaitləri  daxildir.  Büdcə  gəlirlərinin  əsas 
maddi mənbəyini milli gəlir təşkil edir. Əgər maliyyə tələbatının 
ödənilməsi  üçün  bu  vəsait  kifayət  etməzsə,  dövlət  milli  sərvəti 
maliyyələşdirməyə cəlb edir. Milli gəlirin bölüşdürülməsinin əsas 
hissəsi  vergilər  vasitəsilə  bölüşdürülür.  Dövlət  büdcəsi 
gəlirlərində  vergilərdən  daxilolmalar  onun  9/10  hissəsini  təşkil 
edir. Büdcə gəlirləri dedikdə - müvafiq qanunvericilik aktlan ilə 
müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan MR-mn 
büdcəsinə  və  yerli  (bələdiyyə)  büdcələrə  daxil  olan  vergilər, 
rüsumlar,  digər  ödənişlər  və  daxilolmalann  məcmusu  başa 
düşülür. 
82 


11.2. Büdcə gəlirlərinin təsnifatı 
Dövlət  büdcəsi  gəlirlərinin  təsnifatı  müxtəlif  səviyyəli 
büdcələrin  gəlirlərinin  qruplaşmasını  təşkil  edir  və  həmin 
səviyyəli  büdcələrin  gəlirlərinin  formalaşması  mənbəyini 
müəyyən  edən  qanunvericilik  aktlarına  əsaslanır.  Büdcənin 
gəlirlər  bölməsi  onlann  mənbələri  və  alınması  qruplarına  görə 
konkret gəlir növlərini birləşdirir. Büdcə gəlirlərini dörd bölmə 
üzrə təsnifləşdirmək olar: 
1  .Vergilərdən  daxilolmalara  Vergi  Məcəlləsinə  əsasən 
tətbiq edilən vergi növləri üzrə gəlirlər aiddir; 
2.
 
Vergi  olmayan  gəlirlərə  inzibati  tədiyyələr  və 
rüsumlar,  cərimə  və  sanksiyalar  və  vergi  olmayan  sair 
daxilolmalar aiddir; 
3.
 
Əsaslı  gəlirlərə  əsaslı  vəsaitlərin  özəlləşdirilməsin- 
dən,  dövlət  maddi  ehtiyatlarının  satışından  daxilolmalar, 
qeyri-maddi aktivlərin satışından daxilolmalar və s. daxildir
4.
 
Rəsmi  qaydada  alınan  vəsaitlərə  xaricdən,  digər 
səviyyəli büdcələrdən alınan kreditlər və tnasferlər aid edilir. 
 
83 


11.3. Dövlət büdcəsini gəlirləri 
/milrd. man./ 
Gəlirlər 
2000 
2001 
2002 
2003 
2004 
Gəlirlər  -  cəmi  0 
cümlədən: 
3573,2  3924,0  4551,2  6104,5 
7547,3 
Əlavə 
dəyər 
vergisi 
954,2 
1266,4  1674,4  2048,6 
2263,5 
Aksizlər 
112,2 
554,6 
433,3 
335,2 
362,2 
Mənfəətdən 
vergi 
629,6 
588,2 
739,1 
891,5 
1117,2 
Mədən vergisi 
251,8 
237,5 
250,1 
283,5 
489,2 
Əhalidən 
gəlir 
vergisi 
469,9 
473,6 
548,3 
752,1 
1107,9 
Əmlak vergisi 
59,2 
62,1 
99,8 
133,0 
160,9 
Xarici iqtisadi 
fəaliyyətdən 
vergi 
316,9 
299,6 
376,0 
463,5 
507,5 
Yerli  vergi  və 
yığımlar 
0,0 
0,0 
0,0 
0,0 
0,0 
Rüsumlar və 
qeyri-vergi 
ödənişləri 
589,6 
326,3 
316,9 
1048,7 
1386,3 
Torpaq vergisi 
33,4 
52,1 
44,0 
56,6 
70,7 
Xərclərin 
ödənilməsinə 
yönəldilmiş 
vəsaitlər 
0,0 
0,0 
0,0 
0,0 
0,0 
Sair gəlirlər 
156,4 
63,6 
69,3 
91,8 
81,9 
84 


11.4. Yerli büdcənin gəlirləri 
 
85 


11.5. Vergilərin mahiyyəti və funksiyaları 
Vergilər  dövlət  büdcəsi  gəlirlərinin  əsas  mənbəyidir. 
Vergilər  -  dövlətin  və  bələdiyyələrin  fəaliyyətinin  malij^^ə 
təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul 
vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və 
yerli  büdcələrə  köçürülən  məcburi  ödənişlərdir.  AR-nın  müasir 
vergi  sistemi  2001-ci  ildən  qüvvədə  olan  «Vergi  Məcəlləsi»  ilə 
müəyyən edilir və dövlət və yerli (bələdiyyə) vergilərin, onlann 
prinsiplərinin,  formalannm,  tətbiqi  üsul-  lannın  dəyişdirilməsi, 
ləğvi, ödənilməsinin təmin edilməsi üsullannm, vergi nəzarətinin 
həyata keçirilməsinin, vergi qanunvericiliyinə görə məsuliyyətə 
cəlb  edilməsi  yollannm  məcmuudur.  Bu  məcəlləyə  əsasən 
respublikamızda  aşağıdakı  vergilər  müəyyən  edilmişdir:  dövlət 
vergiləri,  Muxtar  Respublika  vergiləri,  yerli  vergilər  (fiziki 
şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə 
mülkiyyətində  olan  müəssisələrin  mənfəət  vergisi,  yerli 
əhəmiyyətli tikinti mate- riallan üzrə mədən vergisi). 
Vergilər  cəmiyyət  üzvləri  arasında  gəlirlərin  yenidən 
bölgüsü  vasitəsidir  və  gəlirlər  üzrə  bərabərsizliyin  azaldılması 
məqsədi  daşıyır.  Müasir  vergi  sistemi  sosial-iqtisadi  inkişaf 
perspektivləri  nəzərə  alınmaqla  bazar  münasibətləri  tələblərinə 
əsaslanır. Vergi sistemi büdcə gəlirlərinin yığılmasını təmin edir, 
əhalinin  müxtəlif  təbəqələrinin  gəlirlərinin  formalaşması  və 
yenidən bölgüsü xüsusiyyətləri nəzərə alınmaqla bütövlükdə və 
təsərrüfatın  ayn-ayn  sahələrində  istehsalın  və  istehlakın 
tənzimlənməsi üçün şərait yaradır. 
Vergilər aşağıdakı fiınksiyalan yerinə yetirir: 

 
fiskal ftınksiya-dövlət xərclərinin maliyyələşdirilməsini 
təmin etmək üçün ayn-ayn fiziki və hüquqi şəxslərin gəlirlərinin 
müəyyən hissəsinin dövlət büdcəsinə cəlb edilməsidir. 

 
bölgü  flınksiyası-gəlirin  əhalinin  ayrı-ayrı  kateqoriya- 
lan arasında yenidən bölgüsündən ibarətdir. 

 
nəzarət funksiyası vasitəsilə dövlət tərəfindən müəs 
86 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə