Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

dövlətin  sosial  siyasətinin  apanlmasmm  maliyyə  vəsaitləri  ilə 
təmin olunması, məqsədli pul vəsaiti fondlannııj yaradılması və 
istifadəsi üzərində nəzarətin həyata keçirilməsi. 
Dövlət  maliyyəsinin  bölgü  funksiyası  yeni  yaranmış 
dəyərin bölgüsü və yenidən bölgüsü vasitəsilə ümumdövlət tə> 
ləbatlannm  təmin  edilməsi,  iqtisadiyyatın  ictimai  bölümünün 
maliyyələşdirilməsi mənbələrinin formalaşdıniması, vahid büdcə 
sistemi  dairəsində  büdcələr  və  büdcədənkərar  fondlann 
balanslaşdınimasında təzahür edir. 
Dövlət  maliyyəsinin  iqtisadiyyatın  dövlət  tənzimlənməsi 
və stimullaşdırılması funksiyası dövlət gəlirlərinin iqtisadiyyatın 
prioritet  sahələrinin  inkişafının  maliyyələşdirilməsi  və 
investisiya qoyuluşlannm həyata keçirilməsində təzahür edir. 
Bildiyimiz  kimi,  cəmiyyətin  inkişafı  bilavasitə  həyata 
keçirilən  sosial  siyasətlə  bağlıdır.  Dövlət  maliyyəsinin  qeyri 
istehsal  sahələrinin  və  dövlətin  sosial  siyasətinin  apanlmasmm 
maliyyə  vəsaitləri  ilə  təmin  olunması  fiınksiyası  vasitəsilə 
infrastruktur  sahələrin  inkişafı  və  sosial-mədəni  tədbirlərin 
maliyyələşdirilməsi həyata keçirilir. 
Məqsədli  pul  vəsaiti  fondlanmn  yaradılması  və  istifadəsi 
üzərində  nəzarət  fiınksiyası  aşağıdakı  əsas  istiqamətlər  üzrə 
həyata keçirilir: 

 
Vəsaitlərin vaxtında və düzgün olaraq mərkəzləşdirilmiş 
fondlara köçürülməsi üzərində nəzarət

 
İstelsal  və  sosial  inkişaf  tələbatlannı  nəzərə  almaqla 
mərkəzləşdirilmiş pul vəsaiti fondlanmn həcmi üzərində nəzarət; 

 
Maliyyə  vəsaitlərindən  məqsədəuyğun  və  səmərəli 
istifadə edilməsi üzərində nəzarət. 
66 



7.3. Dövlət gəlirləri və xərcləri 
Dövlət  maliyyəsinin  fəaliyyəti  zamanı  bir-birilə 
qarşılıqlı əlaqədə yaranan proseslər aşağıdakılardır: 
-
 
Maliyyə resurslannm dövlət strukturlannm sərəncamına 
səfərbərliyə alınması (dövlət gəlirləri); 
-
 
Toplanan  vəsaitlərin  dövlətin  müxtəlif  tələbatlarının 
ödənilməsi üçün istifadə edilməsi (dövlət xərcləri). 
Dövlət gəlirləri- maliyyə resurslarının dövlətin və dövlət 
müəssisələrinin  sərəncamında  toplanılması  ilə  əlaqədar  olan 
maliyyə  münasibətlərində  ifadə  olunur.  Dövlət  gəlirləri 
mərkəzləşdirilmiş  və  qeyri  mərkəzləşdirilmiş  gəlirlərə  bölünür. 
Mərkəzləşdirilmiş  gəlirlərə  büdcə  gəlirləri,  xarici  iqtisadi 
əlaqələrdən  daxil  olan  gəlirlər  və  s.  daxildir.  Qeyri 
mərkəzləşdirilmiş gəlirlərə isə müəssisə və təşkilatların gəlirləri 
daxildir. Büdcə gəlirlərindən ümumdövlət ehtiyacları, müəssisə 
və təşkilatların gəlirlərindən isə özlərinin daxili ehtiyacları üçün 
istifadə  olunur.  Bazar  iqtisadiyyatı  şəraitində  dövlət  gəlirlərin 
səfərbərliyə alınmasının əsas metodlan vergilər, istiqrazlar və pul 
emissiyasıdır.  Müxtəlif  tarixi  dövrlərdə  bu  metodlar  arasında 
nisbətlər eyni olmur və bir sıra amillərlə müəyyən edilir: maliyyə 
siyasətinin  məzmunu,  təsərrüfat  kon-  yukturası,  konkret 
sosial-iqtisadi vəziyyət və sosial ziddiyyətlərin gərginlik dərəcəsi 
və s. 
Dövlət  xərcləri  -  dövlətin  mərkəzləşdirilmiş  və  qeyri- 
mərkəzləşdirilmiş  gəlirlərinin  istifadəsi  ilə  şərtlənən  maliyyə 
münasibətləridir.  Dövlət  xərcləri  bilavasitə  məhsuldar  xarakter 
daşımaqla  iqtisadiyyatın  inkişaf  etdirilməsi,  xalqın  maddi  və 
mənəvi  təlabatınm  ödənilməsinə  xidmət  edir.  Dövlət  xərcləri 
büdcə  sistemi  və  büdcədənkənar  fondlar  vasitəsilə  həyata 
keçirilən birbaşa xərclərdən və dövlət müəssisə və təşkilatlarının 
xərclərindən  ibarətdir.  Hər  iki  istiqamətdə  həyata  keçirilən 
xərclər  istehsalın  genişləndirilməsi,  digər  dövlət  tələbatlarının 
ödənilməsi məqsədi daşıyır. 
68 


VIII
 FƏSIL
,
 DÖVLƏT 
BÜDCƏSİ 
8.1.
 
Dövlət büdcəsinin mahiyyəti 
İqtisadi kateqoriya kimi büdcə - ictimai təkrar istehsalın 
tələbatlanmn  inkişafi  mərhələsində  ümumdövlət  pul  vəsaiti 
fondlannın yaradılması zamanı ictimai məhsulun dəyərinin (milli 
gəlirin) bir hissəsinin yenidən bölgüsü ilə əlaqədar olaraq dövlət 
və  təkrar  istehsalın  digər  subyektləri  arasmda  yaranan  pul 
münasibətləri sistemini xarakterizə edir. 
Büdcə-cəmiyyətin sosial-iqtisadi inkişafını təmin etmək 
və  dövlətin  fonksiyalanm  yerinə  yetirmək  məqsədilə 
mərkəzləşdirilmiş 
pul 
vəsaiti 
fondlannın 
yaradılması, 
bölüşdürülməsi  və  istifadəsi  ilə  bağlı  əsas  maliyyə  planıdır. 
Maddi  məzmununa  görə  büdcə-dövlətin  mərkəzləşdirilmiş  pul 
vəsaiti  fondlannın  yaradılması  və  istifadəsi  formasıdır.  Sosial- 
iqtisadi  mahiyyətinə  görə  büdcə-milli  gəlirin  yenidən  bölgüsü 
alətidir. 
Makroiqtisadi 
tənzimləmədə 
büdcənin 
praktiki 
reallaşdırılması  özünü  sosial  zəmanətlərin  təmin  edilməsinə 
imkan 
verən 
milli 
gəlirin 
müvafiq 
nisbətlərinin 
formalaşdıniması,  ictimai  əmtəə  və  xidmətlərə  olan  tələbatlann 
ödənilməsi,  büdcə  vəsaitlərinin  sahələrarası  və  ərazilərarası 
yenidən  bölgüsünün  məqsədli  təsirində  birüzə  verir.  Büdcə 
mexanizmi  dövlətin  büdcə  siyasətinin  həyata  keçirilməsinin 
mühüm  vasitəsi  kimi  çıxış  etməklə  dövlətin  sərəncamına  daxil 
olan vəsaitlərin səmərəli manevr etməsini tənzimləyir. 
Büdcə  sisteminin  əsasını  dövlət  büdcəsi  təşkil  edir. 
Dövlət  büdcəsi-maliyyə  sisteminin  apancı  həlqəsi  və  əsas 
maliyyə  kateqoriyasıdır.  Dövlət  büdcəsi  dövlətin  əsas  maliyyə 
planıdır.  Dövlət  ilə  müəssisələr,  təşkilatlar  və  əhali  arasında 
yaranan  münasibətlər  büdcə  münasibətləri  adlamr.  Dövlət 
büdcəsinin  məqsədi-ölkənin  iqtisadi,  sosial  və  digər  strateji 
proqramlanmn və problemlərinin həlli, dövlətin funksi- yalannın 
həyata  keçirilməsi  üçün  qanunvericiliklə  maliyyə  vəsaitinin 
toplanması və istifadəsini təmin etməkdir. 
69 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə