Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

büdcəi  büdcədənkənar  fondlar  və  digər  məqsədli  istiqrazlara 
yönəldilirsə,  xəzinə  öhdəliklərindən  əldə  edilən  gəlir  yalnız 
büdcənin vəsaitlərinin tamamlanmasına yönəldilir. 
Dövlət  daxili  istiqrazlan  aşağıdakı  əlamətlərə  görə 
təsnifləşdirilir: 

 
İstiqraz vərəqələrinin dövriyyəyə buraxılması hüququna 
görə:  mərkəzi  hökumət  tərəfindən  və  yerli  idarəetmə  orqanlan 
tərəfindən buraxılan istiqrazlar. 

 
Ödəmə  müddətinə  görə  istiqrazlar  qısamüddətli  (1  ilə 
qədər),  ortamüddətli  (1  ildən  5  ilə  qədər)  və  uzunmüddətli  (5 
ildən yuxan) ola bilər. 
Qiymətli kağızların əldə edilməsi baxımından: 
-
 
əhaliyə satılan istiqrazlar; 
-
 
hüquqi şəxslər üçün nəzərdə tutulan istiqrazlar
-
 
universal (həm hüquqi şəxslər və həm də əhali) 
istiqrazlar. 

 
Yerləşdirmə  üsuluna  görə  -  könüllü,  abunə  ilə 
yerləşdirilən və məcburi istiqrazlara bölünür. 

 
Bazarda  dövriyyəsinə  görə  bazar  və  qeyri-bazar 
istiqrazlan. 

 
Borc öhdəliklərinin təminatlılığı baxımından: girovlu və 
girovsuz istiqrazlar. 
Xarici  dövlət  krediti  (beynəlxalq  kredit)  -  xarici 
dövlətlərlə  və  onlann  hüquqi  və  fiziki  şəxsləri  ilə,  habelə 
beynəlxalq təşkilatlarla apanlan kredit münasibətləridir. 
Xarici  dövlət  borc  öhdəliklərinə  xarici  dövlət 
hökumətinin, beynəlxalq təşkilatlann, xarici ölkələrin hüquqi və 
fiziki  şəxslərinin  verdikləri  kreditlər,  habelə  dövlətin  təminatçı 
kimi  çıxış  etdiyi  xarici  borclar  aiddir.  Bu  borclar  investisiya 
kreditləri,  tədiyə  balansının  tənzimlənməsi  üçün  kreditlər  və 
islahat-  lann  dəstəklənməsi  üçün  aynlan  kreditlər  formasında 
olur. 
102 


Dövlət kreditin təsnifatı 
 
103 


14.3. Dövlət krediti (sxem) 
 
104 


14.4. Dövlət kreditinin formaları 
 
105 


14.5. Dövlət kreditinin idarə olunması 
Dövlət  kreditinin  idarə  olunması  dedikdə  maliyyə 
siyasətinin  mühüm  istiqamətlərindən  biri  kimi  formalaşdınlan 
dövlətin  borclu,  kreditor  və  zəmanətçi  kimi  fəaliyyətilə  bağlı 
münasibətləri  nəzərdə  tutulur.  Dövlət  kreditinin  idarə  olun- 
ması.bilavasitə hakimiyyət orqanlarının üxərinə düşfh vəzifədir. 
Məhz bu orqanlar tərəfindən büdcə kəsirinin ümumi həcmi, onun 
maliyyələşdirilməsi üçün borcun məbləği, maliyyələşmənin əsas 
istiqamətləri,  pul  tədavülünə  təsirin  məqsədi,  kredit,  istehsal, 
məşğulluq və kiçik və orta biznesin  dəstəklənməsi  üçün dövlət 
proqramlannm  həyata  keçirilməsinin  məqsədə  uyğunluğu-və 
digər  amillər  müəyyən  edilir.  Dövlət  kreditinin  idarə  olunması 
dövlətin  borc  öhdəliklərinin  buraxılması  və  yerləşdirilməsi, 
dövlət  qiymətli  kağızlar  bazannm  tənzimlənməsi,  borcun 
ödənilməsi,  kreditlərin  və  zəmanətin  təqdim  edilməsi  prosesini 
ifadə  edir.  Dövlət  kreditinin  idarə  edilməsi  idarəetmə  maliyyə 
orqanlan və kredit institutlan tərəfindən həyata keçirilir. Operativ 
idarəetməni  isə  Maliyyə  Nazirliyinin  Xəzinədarlıq  orqanlan  və 
Mərkəzi  Bank  yerinə  yetirir.  Dövlət  kreditinin  idarə  olunması 
prosesində aşağıdakı məsələlər həll edilir: 

 
borclu üçün borc dəyərinin azaldılması; 

 
bazanh dövlətin istiqraz öhdəlikləri ilə doldurulmasının 
və onlann kursunun sərt dəşiyməsinin qarşısının alınması; 

 
səfərbərliyə almımş vəsaitlərin səmərəli istifadəsi və 
aynimış kreditlərin məqsədli istifadəsi üzərində nəzarət

 
kreditlərin vaxtında qaytanimasmın təmin edilməsi

 
maliyyə siyasəti ilə müəyyənləşdirilən vəzifələrin 
maksimal həlli. 
Dövlət  kreditinin  idarə  edilməsinin  ən  mühüm  sahəsi 
dövlət  borclannm  idarə  edilməsidir.  Dövlət  borcunun  idarə  - 
edilməsi  mövcud  borclar  üzrə  kreditorlara  gəlirin  ödənilməsi, 
borclann  ödənilməsi,  onlann  şərtlərinin  dəyişilməsi  və  yeni 
dövlət  qiymətli  kağızlanmn  Waxılması  və  yerləşdirilməsi  üzrə 
fəaliyyəti əhatə edir. 
106 


XV
 
FƏSİL. SIĞORTA İŞİNİN TƏŞKİLİ 
15.1.
 
Sığortanın mahiyyəti və funksiyaları 
Maliyyə sisteminin tərkib hissəsi olmaqla sığorta iqtisadi 
kateqoriya  kimi  müxtəlif  fövqəladə  hallar  baş  verdikdə  dəyən 
ziyanın  ödənilməsi  və  vətəndaşlann  şəxsi  həyatlan  ilə  bağlı 
hadisələr zamanı onlara maliyyə yardımı göstərilməsi ilə əlaqədar 
məqsədli  pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi 
prosesidir. 
Sığorta  prosesi  zamanı  sığorta  hadisəsinin  baş  verməsi 
nəticəsində  maddi  və  ya  digər  itkilərin  aradan  qaldı-  nİmasına 
yönəldilən  pul  vəsaitlərinin  bölgüsü  üzrə  münasibətləri 
formalaşır.  Sığorta  münasibətlərini  digər  maliyyə-kredit 
münasibətlərindən  fərqləndirən  xüsusi)Ayətlər  aşağıdakılardır: 
sığorta ödənişləri ehtimal xarakter daşıyır, sığorta münasibətləri 
qapalı yenidən bölgü xarakterinə malikdir, sığorta dəyən ziyanın 
həm  ərazi  vahidləri,  həm  də  vaxta  görə  yenidən  bölgüsünü 
nəzərdə tutur. 
Sığorta 
münasibətlərinin 
məzmununu 
aşağıdakı 
funksiyalar daha dolğun ifadə edir: risk, xəbərdaredici, əmanət və 
ya qoruyucu və nəzarət. Risk funksiyasının məzmununu sığorta 
hadisələrinin  neqativ  nəticələri  ilə  əlaqədar  olaraq  zərər  təşkil 
edir,  Xəbərdaredici  funksiya  qarşısıalınma  tədbirlərinin  həyata 
keçirilməsi yolu ilə mümkün ola biləcək zərərin ləğv edilməsi və 
ya  azaldılması  üçün  sığorta  fondunun  bir  hissəsinin  istifadə 
olunması üzrə münasibətləri əks etdirir. 
Əmanət və ya qoruyucu funksiya həyatın uzunmüddətli 
sığortası  növlərinə  xasdır.  Burada  müqavilə  şərtlərinə  görə 
sığorta  məbləği  yığılır  və  sığorta  müddətinin  başa  çatması  ilə 
sığortalıya  ödənir.  Lakin  inflyasiya  şəraitində  bu  funksiya  öz 
əhəmiyyətini itirir. 
Sığortanın  nəzarət  funksiyası  sığorta  fondlanmn  və 
ehtiyatlarının  formalaşmasında  və  istifadəsində  ciddi  məqsədli 
istiqamətlə şərtlənir. 
107 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə