Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

sisələrin və vətəndaşlann maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət 
həyata keçirilir. 

 
tənzimləyici funksiya vasitəsilə vergilər, təkrar istehsal 
prosesinə onun sürətini stimullaşdırmaq və ya ləngitməklə  təsir 
göstərir, kapital yığımını gücləndirir. 
Hər  bir  ölkədə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
tutulan vergi, yığım, rüsum və digər ödənişlərin məcmuu həmin 
ölkənin  vergi  sistemini  təşkil  edir.  Səmərəli  vergi  sistemi  bir 
tərəfdən  dövlətin  maliyyə  ehtiyatlanna  olan  tələbatını  ödəməli, 
digər  tərəfdən  isə  vergi  ödəyicilərinin  sahibkarlıq  fəaliyyətinə 
olan maraqlannı stimullaşdırmalıdır. 
Azərbaycan  Respublikasında  qəbul  edilmiş  Vergi 
Məcəlləsinə əsasən aşağıdakı növ vergilər tətbiq edilir: 

 
Gəlir vergisi 

 
Hüquqi şəxslərin mənfəət vergisi 

 
Əlavə dəyər vergisi 

 
Aksiz vergisi 

 
Əmlak vergisi 

 
Torpaq vergisi 

 
Yol vergisi 

 
Mədən vergisi 

 
Sadələşdirilmiş vergilər 
Vergi  sistemi  aşağıdakılan  əhatə  edir:  vergiyə 
cəlbetmə subyekti - vergi ödəyicisi; vergiyə cəlbetmə obyel^ - 
vergiyə  nə  cəlb  edilir;  vergi  məzənnələri-vergi  məbləğinin 
hesablanma faizi. 
Vergilərin iki əsas tipi mövcuddur: 
1  .Birbaşa  vergilər-vergi  ödəyicilərinin  bilavasitə 
gəlirlərindən  və  əmlaklanndan  müvafiq  dərəcələrlə  dövlət 
tərəfindən alınan vergilərdir. 
2.
 
Vasitəli  vergilər  -  məhsullann  qiymətinə, 
məhsul satışı dövriyyəsinə, iş və xidmətlərə əlavə İdmi tətbiq 
edilir. 
Vergi  məzənnəsinin  müəyyən  edilməsindən  asılı 
olaraq  vergiyə  cəlbetmənin  üç  tipi  vardır:  proporsional, 
proqressiv və reqressiv. 
87 


-
 
Proporsional  vergi  -  gəlirlərin  səivyyəsindən  asılı 
olmayaraq orta vergi məzənnəsi dəyişilməzliyini nəzərdə tutur. 
-
 
Proqressiv  vergi  -  vergi  məzənnəsi  gəlirlərin 
səviyyəsinin artıb-azalmasından asılı olaraq dəyişilir. 
-
 
Reqressiv  vergi  -  vergi  məzənnələri  gəlirlərin 
səviyyəsi  ilə  tərs  mütənasiblik  təşkil  edir.  Yəni,  gəlirlərin 
səviyyəsi  yüksəldikcə  vergi  məzənnələri  azalır  və  əksinə, 
gəlirlərin səviyyəsi azaldıqda vergi məzənnələri artır. 
Vergitutma  prosesi  həyata  keçirilərkən  aşağıdakı 
prinsiplər nəzərə alınmalıdır; 
1  .Ədalətlilik  prinsipinə  əsasən  ölkədə  hər  bir  vergi 
ödəyicisi dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlirlərinə 
və imkanlanna uyğun olaraq iştirak etməlidirlər. 
2.
 
Tarazlıq prinsipi. Bu prinsipin əsas məqsədi dövlətin 
və  vergi  ödəyicilərinin  maraqlannin  tarazlaşdınimasından 
ibarətdir. Vergi dərəcəsinin artıniması büdcə gəlirlərinin artımına 
səbəb olur. Lakin nəzərə almaq lazımidir ki, bu yüksəliş elə bir 
həddə  çata  bilər  ki,  istehsalçının  xalis  gəlirinin  əsas  hissəsi 
tamamilə  vergilərin  ödənilməsinə  sərf  edilər.  Bu  isə  iqtisadi 
fəallığın  azalmasına,  vergidən  yayınma  hallannm  kütləvi 
xarakter almasına səbəb ola bilər. 
3.
 
Vergi  ödəyicilərinin  maraq  və  imkanlannın  nəzərə 
alınması  prinsipinə  əsasən  verginin  məbləği,  onun  ödənilmə 
müddəti vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır. O, vergi 
qanunvericiliyindəki  bütün  dəyişikliklər  barədə  qabaqcadan 
xəbərdar edilməlidir. 
4.
 
Səmərəlilik  prinsipinə  əsasən  yığılmış  verginin 
məbləği  onun  yığılmasına  çəkilən  xərclərin  cəmindən  çox 
olmalıdır. 
88 


11.6. Azərbaycan Respublikasının vergi sistemi 
1
=
 
VERGI SISTEMI
 
 
89 


XII FƏSİL. DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ 
12.1.Dövlət büdcəsi xərclərinin iqtisadi mahiyyəti 
Dövlət  büdcəsi  xərcləri-dövlətin  pul  vəsaiti  fondlarının 
bölgüsü və onun məqsədli, sahəvi və ərazi təyinatı üzrə istifadəsi 
ilə əlaqədar olaraq yaranan iqtisadi münasibətlərdir. 
Dövlət büdcəsi xərcləri-dövlət və yerli özünü idarəetmə 
orqanlanmn sosial ehtiyaclan təmin etmək və ya iqtisadi və sosial 
həyata müdaxilə etmək məqsədi ilə müəyyən üsullardan istifadə 
edərək həyata keçirdikləri pul xərcləridir. 
Büdcə  xərcləri  -  dövlətin  öz  vəzifə  və  funksiyalarını 
yerinə  yetirməsi  ilə  əlaqədar  olaraq  yaranan  məsrəflərdir. 
Xərclərin  hər  bir  maddəsi  keyfiyyət  və  kəmiyyət  baxımından 
xarakterizə  edilə  bilər.  Keyfiyyət  xarakteristikası  hər  bir  xərc 
növünün  iqtisadi  təbiətini  və  ictimai  təyinatını,  kəmiyyət 
xarakteristikası isə onun həcmini müəyyən etməyə imkan verir. 
12.2.
 
Büdcə maliyyələşdirilməsi 
Büdcə  xərcləri-büdcə  maliyyələşdirilməsi  vasitəsilə 
büdcədə  nəzərdə  tutulmuş  tədbirlərin  həyata  keçirilməsi  üçün 
müəssisə və təşkilatlara pul vəsaitlərinin verilməsi sistemidir. 
Büdcə  maliyyələşdirilməsi  vəsaitlərin  verilməsinin 
müəyyən  prinsiplərinə  əsaslanır,  spesifik  forma  və  metodlar 
vasitəsilə xarakterizə edilir: 

 
büdcə maliyyələşdirilməsinin prinsipləri; 

 
büdcəmaliyyələşdirilməsinin üsul və formalan

 
büdcə normalan; 

 
büdcə krediti; 

 
büdcə xərcləri ilə bağlı vəzifələr. 
90 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə