Elmi redaktor: Azərbaycan Dövlət İqtisad



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

Sığortanın funksiyaları 
 
108 


15.2. Sığorta işinin təşkili 
Sığorta  işi-iqtisadi  fəaliyyətin  xüsusi  növü  olub, 
ixtisaslaşmış təşkilatlar tərəfindən (sığortaçı) sığorta iştirakçıla- 
nnın (sığorta olunanlar) iqtisadi maraqlanna dəyə biləcək zərərlər 
üzrə risklərin yenidən bölgüsünü xarakterizə edir. 
Sığorta 
münasibətlərinin 
əsas 
iştirakçılan 
aşağıdakılardır: sığortaçılar, sığorta olunanlar, sığorta agentləri, 
sığorta brokerləri. 
Sığorta  fəaliyyətinin  mühüm  sahələrindən  biri  sığorta 
bazandır.  Bazar  iqtisadiyyatı  şəraitində  sığorta  bazan  iqtisadi 
sistemin  əsas  elementlərindən  biridir.  Sığorta  bazan  əsas 
alqı-satqı  obyekti,  xüsusi  xidmət,  sığorta  müdafiəsi  olan  və 
tələb-təklif  əsasmda  formalaşan  xüsusi  pul  münasibətləri 
sahəsidir.  Sığorta  bazannın  inkişafimn  obyektiv  əsası  təkrar 
istehsal prosesində yaranan fasiləsizliyin təmin edilməsidir ki, bu 
da  mənfi  hallar  nəticəsində  zərər  çəkənlərə  pul  yardımı 
göstərilməsində  özünü  göstərir.  Sığorta  bazannda  cəmiyyətin 
sığorta  müdafiəsini  təmin  etmək  üçün  sığorta  fondunun 
yaradılması və bölüşdürülməsi həyata keçirilir. Sığorta bazanmn 
subyektləri  sığorta  xidməti  göstərilməsində  iştirak  edən  sığorta 
təşkilatlandır. Sığorta bazannda sığortaçılar və sığorta xidmətinin 
istehlakçılan  xidmətin  təklifində  və  sığorta  xidmətinin 
alınmasında  tam  sərbəstdirlər.  Sığorta  xidmətlərinə  təlabat  və 
təklifin  miqyasma  görə  sığorta  bazannı  daxili,  xarici  və 
beynəlxalq sığorta bazanna ayrmaq olar. 
Daxili  sığorta  bazan  -  öz  fəaliyyətini  müəyyən  ərazidə 
həyata  keçirən  konkret  sığortaçılar  tərəfindən  sığorta 
xidmətlərinə  olan  təlabatın  ödəndiyi  hər  hansı  bir  ərazidə 
meydana çıxır. 
Xarici  sığorta  bazan-müəyyən  ərazidə  sığortaçılarla  və 
sığortalılarla  qarşılıqlı  əlaqədə  olan  və  daxili  bazann  hü- 
dudlarmdan kənarda yerləşən bazardır. 
Beynəlxalq  dünya  sığorta  bazan  dünya  təsərrüfatı 
miqyasında sığorta və təkrar sığorta fəaliyyətini əks etdirir. 
109 


15.3. Azərbaycan Respublikasının sığorta sistemi 
 
110 


XVI
 
FƏSİL. SIĞORTANIN FORMALARI
SAHƏLƏRİ VƏ NÖVLƏRİ 
16.1.
 
Sığortanın forma, növlər və sahələr üzrə həyata 
keçirilməsinin əhəmiyyəti 
Sığorta  cəmiyyətin  ictimai-iqtisadi  həyatının  bütün 
tərəflərini əhatə etməklə əhalinin maddi rifahının və sahibkarlıq 
riskinin  zəmanətçisi  kimi  çıxış  edir,  gözlənilməz  ve  fövqəladə 
hadisələr  zamanı  əmlak  mənafelərinin  qorunmasına,  dövlətin 
maliyyə  sisteminin  möhkəmləndirilməsinə  təsir  göstərir.  ö, 
nəinki  sığorta  hadisələri  zamanı  büdcəni  dəyən  zərərlərin 
ödənilməsindən azad edir, hətta uzunmüddətli investisi- yalann 
mənbəyinə çevrilir. 
Sığorta  münasibətləri  məcburi  və  könüllü  formalarda 
həyata keçirilir. Məcburi sığorta dövlət tərəfindən qanunvericilik 
əsasında  həyata  keçirilməklə  cəmiyyətin  maraqlannm  təmin 
edilməsi  üçün  hüquqi  və  fiziki  şəxslərin  sığorta  edilməsidir. 
Sığortanın  bu  formasının  həyata  keçirilməsinə  səlahiyyəti  olan 
orqanlar qanunvericilik əsasında müəyyən edilir. 
Məcburi  sığortadan  fərqli  olaraq  sığortamn  könüllü 
formasında  sığortaçılarla  sığorta  olunanlar  arasında  müqavilə 
könüllü olaraq bağlamlır. Qanunvericiliyə uyğun olaraq könüllü 
sığortanın hər bir növü  üzrə qaydalar müəyyənləşdirilir, dövlət 
sığorta nəzarəti orqanlan tərəfindən lisenziya verilir. Bir qayda 
olaraq könüllü sığorta müqaviləsi əvvəlcədən müəyyən edilmiş 
sığorta müddəti üçün bağlanılır. 
«Sığorta haqqmda» AR Qanununa əsasən sığorta iki əsas 
sahədən:  həyat  və  qeyri-həyat  sığortası  sahələrindən  ibarətdir. 
Sığortaçılar  bu  sahələrdən  biri  və  ya  hər  ikisi  üzrə  fəaliyyət 
göstərə bilərlər. 
Həyat  sığortası-sığortalınm  ölümü,  sağlamlığınm,'  iş 
qabiliyyətinin  qocalığa  yaxud  əlilliyə  görə  təmamilə,  və  ya 
qismən itirilməsi hallan üçün apanlan sığortadır. Həyat sığortası 
üzrə  müqavilə  müddəti  bitdikdə  və  ya  sığorta  hadisəsi  baş 
verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş 
111 


qaydada  və  şərtlərlə  sığortaçıya  və  ya  onun  varisinə  ödənilir. 
Həyat  sığortası  müqavilələri  uzun  müddətə  bağlanılır  və  bu 
müddətdə yaranrmş inflyasiya sığortalıya təminatın verilməsinə 
maneçilik  yarada  bilər.  Bu  baxımdan  sığorta  şirkəti  öz 
fəaliyyətini  elə  qurmalıdır  ki,  sığorta  müqavilələri  üzrə  qəbul 
etdiyi  öhdəlikləri  müqavilə  ilə  müəyyən  olunmuş  şərtlər 
çərçivəsində həyata keçirə bilsin. 
Qeyri-həyat sığortası-sığorta hadisəsi baş verdiyi zaman 
sığortaçıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı 
və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır. 
Sığorta münasibətləri əsasən beş növə aynlır: 
-
 
əmlak sığortası; 
-
 
sosial sığorta; 
-
 
şəxsi sığorta; 
-
 
məsuliyyət sığortası; 
-
 
sahibkarlıq risklərinin sığortası. 
Əmlak  sığortasında  sığorta  obyektləri  kimi  hüquqi  və 
fiziki  şəxslərin  əmlakı  nəzərdə  tutulur.  Bu  zaman  təsərrüfat 
subyektləri  üzrə  təsnifləşmə  apanlır:  sənaye  müəssisələrinin 
əmlakı, kənd təsərrüfatı müəssisələrinin əmlakı və ev əmlakının 
sığortası. 
Sosial  sığorta  sosial  sahədə  dövlət  siyasətinin  mühüm 
tərkib  hissəsi  olmaqla  vətəndaşlann  konstitusiya  hüquqlannm 
reallaşdırılmasında öz əksini tapır. 
Şəxsi  sığorta  sığortanın  mühüm  fəaliyyət  növlərindən 
biri  olub,  könüllü  qaydada  həyata  keçirilir.  Şəxsi  sığorta 
müqavilələri  tərəflərin  razılığına  əsasən  istənilən  məbləğ  üzrə 
bağlana  bilər.  Şəxsi  sığortaya  uşaqlann  sığortasını,  nigahın 
sığortası və s. aid etmək olar. 
Məsuliyyət  sığortası  zamam  sığarta  təşkilatlan  mal 
göndərilməsi  üzrə  müqavilə  şərtlərinin  yerinə  yetirilməsinə, 
borclara və dəyən ziyanın  ödənilməsinə  görə öhdəlikləri  həyata 
keçirməyə borcludurlar. 
Sahibkarlıq  riskinin  sığorta  edilməsi  obyekti  mənfəətin 
kifayət  qədər  əldə  edilməməsi  və  müəssisənin  ziyaqla 
işləməsidir. 
112 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə