7
I FƏSİL. Uzunmüddətli öhdəliklərin iqtisadi mahiyyəti və onun
uçotunun qarşısında duran vəzifələr
1.1 Uzunmüddətli öhdəliklərin mahiyyəti qiymətləndirilməsi üsulları və
uçotunun qarşısında duran vəzifələr
Uzun müddətli öhdəliklərin müddəti bir ildən yuxarı olur, uzunmüddətli
öhdəliklər və onlara hesablanılan faizlər həm borc verənin, həm də borcu olanın
mühasibat hesablarında bərabər məbləğdə əks etdirilir. Beynəlxalq uçot
prinsiplərinə uyğun olaraq həmin öhdəliklərin məbləği aşağıdakı amillərdən asılı
olaraq müəyyənləşdirilir.
1.
Uzun müddətli öhdəliklərin məbləği həmin öhdəliklərin əvəzinə əldə
olunan kapitalın, malların və xidmətlərin bazar dəyərinə bərabərdir.
Güman edilir ki, borclar üzrə sövdələşmələrin və yerləşmələtin əsasın
faiz stavkalarını bazar dəyəri təşkil edir. Bu dəyərin köməyilə borcun
əvəzinə əldə olunan kapitalın və yaxud iş və xidmətlərin bazar dəyərini
tarazlaşdırmaq mümkündür.
2.
Uzun müddətli öhdəliklər üzrə faizlərin müntəzəm ödənilməsi faizi bazar
stavkaları əsasında müəyyənləşdirilir.
3.
Uzun müddətli öhdəliklərin balans məbləği onun yerdə qalan nəğd
məbləğinin indiki dəyərinə bərabərdir. Uzun müddətli borcların balans
dəyərini hesablamaq üçün istifadə olunan faiz stavkaları həmin borcun
yerləşdirdiyi müddətdə dəyişilmir.
Beynəlxalq standartlara uyğun olaraq müəssisənin balans hesabatına
uzunmüddətli öhədliklər uzunmüddətli kreditlər ayrıca rubrikada əks etdirilir. Bu
rubrika isə özlüyündə ayrıca subrubrikalarda bölüşdürülür. Hər bir subrubrikada
konkret müəssisənin uzunmüddətli borclarının strukturu əks etdirir.
Beynəlxalq standartlar səviyyəsində hazırlanılan “uzunmüddətli öhdəliklər”
rubrikası respublikada qüvvədə olan hesablar planının aşağıdakı hesablarına uyğun
gəlir:
8
92 “Uzunmüddətli bank kreditləri” hesabının saldosu;
95 “Uzunmüddətli borclar” hesabının saldosu;
97 “İcarə öhdəlikləri” hesabının saldosu.
ABŞ-da və bir sıra qərb ölkələrində uzunmüddətli borcların verilməsi
özlüyündə şirkətlər tərəfindən həyata keçirilən kapital qoyuluşların əsas mənbəyi
hesab olunur. Qiymətli kağızlar satın alınan zaman (borc öhdəlikləri) kreditorlar
səhmlərin sahibkarların əleyhinə səs vermək hüququ qazanmışlar. Başqa sözlə
səhmləri satan müəssisə həm investisiya cəlb edir, həm də özlüyündə mühüm
təsərrüfat qərarlarının çıxarılmasında nəzarəti öz əlində saxlayır. Bundan başqa
dividentlərdən fərqli olaraq uzunmüddətli borclar üzrə faizlərin ödənməsi şirkətin
xərclərinə aid edilir. Həmin məbləğ onun vergiyə cəlb olunan mənfəətindən çıxılır.
Uzunmüddətli öhdəliklər səmərəli yerləşdirildikdə, cari mənfəət həmin
öhdəliklər üzrə ödənilməsi faizlərin məbləğin üstələyir. Eyni zamanda müəssisənin
gəlirliyi aşağı düşdükdə, mənfəət və uzunmüddətli borclar üzrə ödənişlər
arasındakı azalır və bəzən zərərli kəmiyyətə çevrilir. Belə hallarda müəssisə həmin
ödəncləri dividendlərin aşağı salınması və yaxud bəzi aktivlərin imtina etməsi
hesabına həyata keçirilməlidir.
Uzunmüddətli öhdəliklər istiqrazlar (istiqraz sertifikatları), borc öhdəlikləri,
borc intizamı formasında yerləşdirilir. Bu sənədlər hüquqi qüvvəyə malikdir, onu
buraxan təşkilatın öhdəliklərin əks etdirir.
İstiqrazlar üçün uzunmüddətli borcların yerləşdirilməsi sənədlərindən başqa
istiqraz kontraktları da tərtib olunur. Kontraktda bu sövdələşmələrin konkret
şərtləri, habelə borclunun və kreditorun hüquq və vəzifələri müəyyənləşdirilir.
Eyni zamanda kontraktda borcun məbləği, ona görə faizlər, onların ödənmə
dövrləri, ödənmə müddəti habelə borcların vaxtından əvvəl ödənilməsi tələbləri
göstərilir.
Öhdəliklərin yerləşdirilməsi haqda kontraktda həmçinin həm kreditorun, həm
də borclunun maraqlarını təmin edən şərtlər öz əksin tapır.
Uzunmüddətli öhdəliklərin yerləşdirilməsi haqda sazişı borclu müəssisənin
ödəmə qabiliyyəti riskinin aşağı salınmasına yönəldilən məhdudiyyətlər də daxil
9
edilə bilər. Belə məhdudiyyətlərə aiddir: aksioner cəmiyyət tərəfindən ödəniləsi
dividendlərin yuxarı həddinin müəyyənləşdirilməsi; likvidlik və yaxud gəlirliliyin
müəyyən səviyyəsinin gözlənilməsi; borcların və faizlərin ödənilməsini təmin edən
ödəniş fondunun saxlanılması (mühasibat uçotunda belə fond müəssisənin
investisiya kimi təsnifləşdirilir). Sadalanan şərtlərin gözlənilməməsi o deməkdir ki,
borclu təşkilat borcları üzrə öhdəlikləri yerinə yetirilir və kreditorun ixtiyarı var ki,
ona çatası məbləğini və faizi istəniləndən tələb etsin.
Uzunmüddətli öhdəliklər kapital bazarına bir neçə üsulla yerləşdirilə bilər.
Xarici ölkələrdə ən geniş yayılan metodlardan birisi anderraytinq adlanır. Həmin
metodun mahiyyəti ondadır ki, buraxılan səhmlərin bütün həcmi bank və şirkət
arasındakı saziş əsasında investisiya bankına satılır. Bank kommersiya riskinin tam
və yaxud bir qismini öz üzərinə götürür və istiqrazları fond bazarında daha yüksək
qiymətə satır. Bank tərəfindən satın alınan istiqrazların qiyməti ilə onların fond
bazarına satılan qiyməti arasındakı fərq anderraytinq əməliyyatlarına görə bankın
gəlirləri sayılır.
Bəzi hallarda istiqrazların buraxılışı prospekt sənədin köməyilə yerləşdirilir. Bu
prospektdə şirkətin auditor yoxlamasından keçən maliyyə hesabatının məzmunu,
satışın şərtləri və habelə şirkətin kommersiya fəaliyyətinin xarakteri göstərilir.
İnvestorları cəlb etmək üçün maliyyə xarakterli mətbuatda anderrayterin siyahısı
ilə birlikdə istiqrazların buraxılması haqda elanlar dərc etdirilməlidir.
İstiqrazların bilavasitə investisiya firmalarına və müxtəlif şəxslərə satılması
anderraytinqin alternativi kimi çıxış edir.
Fond bazarında yerləşdirilən istiqrazlar investorla arasındakı alqı-satqı obyekti
sayılır. Eyni zamanda onların arasındakı sövdələşmələr uçotunda əks olunmur.
Qeyd etmək lazımdır ki, şirkətin uzunmüddətli öhdəliklərinin balans dəyəri
qaydaya görə onların bazar dəyərləri ilə üst-üstə düşmür. Uzunmüddətli borcların
balans dəyərinin qiymətləndirilməsi istiqrazda göstərilən bir sıra göstəricilər
əsasında qurulur.
Bunlara aiddir:
a) istiqrazların nominal dəyəri;
Dostları ilə paylaş: |