3
Giriş
Mövzunun aktuallı
ğ
ı.
Müasir zamanda təşkilatın strategiyasının işlənib
hazırlanmasına münasibət dəyişilmişdir. Strategiyaya əvvəlki şəraitdə rəqabət
mübarizəsində təşkilata üstünlük verən vasitə olaraq baxılırdısa və o təşkilatın
məhdud rəhbərlər
səviyyəsində məlum idisə, indi açıq şəkildə ifadə olunmuş
strategiyaya üstünlük verilir. Strategiya yalnızca rəhbərlərin işi deyil,
elmi-tədqiqat
və istehsal işlərində, layihə-konstruktor və satış sahəsində çalışanların da işidir. Bu o
deməkdir ki, icraçılar həm strategiyanın hazırlanmasında, həm də həyata
keçirilməsində yaxından iştirak edirlər.
Bütün dünyada getdikcə artan rəqabət qarşısında strateji idarəetmə mühüm
əhəmiyyət qazanmağa başlamışdır. Yalnız
özəl sektorda deyil, ictimai və üçüncü
sektorda da fəaliyyət göstərən bütün təşkilatlar qloballaşma və bunun gətirdiyi
rəqabət qarşısında daha strateji düşünməyə, strateji planlamağa, strateji qərar almağa
əvvəlkindən daha çox vacib sayılmışdır.
Strateji idarəetmə, bir təşkilatda gələcəyə
istiqamətli qərarlar alınmasından istifadə bir rəhbərlik texnikasıdır.
Faktiki olaraq idarəetmə strategiya planı olmaqla yanaşı, istehlakçıların
tələbatlarının səmərəli və vaxtında yerinə yetirilməsinə,
müəssisənin bazarda
mövqeyinin dayanıqlı olmasına xidmət edir. Buna görə də rəhbərin strategiyanı
işləyib hazırlaması, şirkətin öz biznesinin təşkil etməsi və rəhbərliyi üçün vacib
şərtdir.
Strateji təhlil peşəkar fəaliyyət sahəsi kimi idarəetmə sistemində
məqsəditəyinetmə və planlaşdırma funksiyası ilə əlaqəli şəkildə meydana gəlmişdir.
Onun yaranma zərurəti təşkilatın inkişafı, dəyişən mühitə uyğunlaşması və bu
səbəbdən idarəetmənin səmərəliliyinin artırılması təlabatı olmuşdur.
Inkişaf
prosesində təşkilat böyüdükcə onun fəaliyyəti daha çox istiqamətləri əhatə etməyə
başlayır. Onun əlaqədə olduğu kənar obyektlərin sayı və tərkibi daha müxtəlif olur,
əlaqələrin məzmunu isə, daha da mürəkkəbləşir. Bu səbəbdən strateji təhlil daha da
geniş və ətraflı xarakter daşımağa başlayır. Təşkilat bir növ daha geniş çeşiddə və
fərqli informasiyalarla işləməyə məcbur olur. Əgər
əvvəllər mövcud vəziyyət
4
haqqında yalnız ilkin informasiya kifayət edirdisə sonradan təşkilat inkişaf etdikcə
bunların qiymətləndirilməsinə ehtiyac yaranır və nəhayət son dövrlərdə
qiymətləndirmə ilə kifayətlənməyərək yeni biliklərin yaradılmasına təlabatlar
formalaşır.
Dostları ilə paylaş: