|
Əməli və daimi yaddaş Əməli yaddaş nədir?
|
tarix | 16.05.2023 | ölçüsü | 364,34 Kb. | | #110556 |
| Əməli və daimi yaddaş 0 1675248084 Əməli yaddaş nədir? - Əməli yaddaş – cari iş seansında prosessor tərəfindən emal edilən proqramların və verilənlərin saxlanması üçün qurğudur. Əməli yaddaş yan tərəflərində BİS yaddaşlarının yerləşdirildiyi elektrik birləşmələrin olduğu yastı plastik lövhələr olan yaddaş modulları şəklində hazırlanır. Yaddaş modulları kompüterin sistem platasında xüsusi yuvalara quraşdırılır. Müasir yaddaş modulları, adətən, 128, 256 və 512 Mbayt informasiya tutumuna malikdir.
- Yalnız kompüter elektrik enerjisi ilə təchiz olunduqda işləyir.
- Söndürdükdən sonra əməli yaddaşın məzmunu silinir, belə ki, mikrosxemlər enerjidən asılı cihazlardır.
Yaddaş modulları - Yaddaş modulları – BİS yaddaşının yerləşdirildiyi birləşmə sıraları olan plastin lövhələrdir.
Yaddaş modulları aşağıdakı göstəricilərə görə fərqlənirlər: - Ölçü
- Birləşmələrin sayı (DIMM, RIMM, DDR, DDR2)
- Cəldlik
- İnformasiya tutumu
Xarici (daimi) yaddaş - Daimi yaddaş – informasiyanın uzun müddət saxlanması üçün istifadə olunur. İnformasiyanın yazılmasını və oxunmasını təmin edən qurğu disksürən adlanır, informasiya isə informasiya daşıyıcılarında ikilik kompüter kodunda, yəni sıfırlar və birlərin ardıcıllığı şəklində saxlanılır.
Xarici yaddaşın əsas funksiyası: - Böyük həcmdə informasiyanı (proqramlar, sənədlər, audio və video kliplər və s.) uzun müddət saxlamaq bacarığı
SƏRT DISK - Sərt maqnit disk – bir oxda çox sürətlə fırlanan və metal korpusa salınan bir neçə nazik metal diskdir. Həddindən artıq miniatür maqnit başlıq yüz minlərlə konsentrik zolağa informasiyanı qeyd edə və ya oradan oxuya bilər. Sərt disklərin informasiya tutumu çox böyükdür və 1 Tbaytdan çox ola bilər.
- Birbaşa (ixtiyari) giriş qurğuları (yerləşdiyi yerdən asılı deyil)
- Ardıcıl giriş qurğuları (asılılıq mövcuddur)
Dostları ilə paylaş: |
|
|