ġəriət risaləsi
29
Haram yolla cünub olmuĢ (özündən sperma xaric
etmiĢ) Ģəxsin təri
Məsələ 131: Zina, livat (homoseksualizm), istimna kimi haram yollarla
cünub olmuĢ Ģəxsin təri murdar deyil. Amma vacib ehtiyata əsasən belə bir
tərlə nəmlənmiĢ bədən və ya libasla namaz qılınmamalıdır.
Məsələ 132: Müstəhəb ehtiyata əsasən, haram yolla cünub olanın
tərindən çəkinmək lazımdır. Bu ehtiyata riayat üçün qüsl zamanı bədən
tərləməsin deyə ilıq su ilə qüsl vermək daha yaxĢıdır. Əlbəttə, az su ilə qüsl
verdikdə bu Ģərt nəzərə alınmalıdır. Amma kürr və kürr kimi sularla qüsl
verdikdə suyun isti olmasının eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, bu
halda qüslü bitirdikdən sonra bütün bədəni bir dəfə suya çəkmək yaxĢıdır.
Məsələ 133: AybaĢı günlərində və mübarək ramazan ayında gündüzlər
yaxınlıq etmək haramdır. Ġnsan belə bir yaxınlıq zamanı tərləyərsə vacib
ehtiyata əsasən bu təri haram yolla cənabət təri saymalıdır.
Məsələ 134: Haram yolla cənabət təri dedikdə yaxınlıq zamanı,
yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur.
Məsələ 135: Haram yolla cünub olmuĢ Ģəxs su olmadığından, vaxtın
azlığından və ya baĢqa bir səbəblə təyəmmüm edərsə, bədəninin təri pak
olar, belə bir vəziyyətdə namaz qıla bilər.
Murdarlığın sübuta yetmə yolları
Məsələ 136: Bir Ģeyin murdar olması üç yolla sübuta yetir:
1. Ġnsan buna əmin olmalıdır. Hətta ciddi bir güman bəs etmir. Bu əsasla,
insan murdar zənn etdiyi yeməkxanalarda xörək yeyə bilər. Orada
murdarlığa əminlik olarsa çəkinmək lazımdır.
2. Mal sahibi (ev sahibi, satıcı və ya xidmətçi) ixtiyarında olan Ģeyin
murdarlığını bildirərsə kifayatdir.
3. Ġki, hətta bir nəfər ədalətli Ģəxs Ģəhadət verərsə kifayatdir.
Məsələ 137: Öncə pak olmuĢ bir Ģeyin sonradan murdarlanmasına Ģəkk
edilərsə, həmin Ģey pakdır. Öncə murdar olmuĢ bir Ģeyin sonradan
paklandığı Ģəkk edilərsə, həmin Ģey murdardır.
Məsələ 138: Əgər insan ixtiyarında olan iki qab və ya iki libasdan birinin
murdarlandığına əmindirsə və hansı birinin murdarlandığını bilmirsə, hər
ikisindən çəkinməlidir. Amma öz libası və ya istifadəsində olan baĢqa birinə
məxsus libaslardan hansı birinin murdarlandığını bilməzsə, onlardan
çəkinməməlidir.
Məsələ 139: Vasvası insanlar paklıq-murdarlıq məsələsində öz baxıĢına
əhəmiyyət verməməlidirlər. Onlar adi Ģəxslərin hansı hallarda bir Ģeyi pak
və ya murdar saymasını əsas götürməlidirlər. Vasvasılıqdan uzaqlaĢmaq
üçün ən yaxĢı yol e’tinasızlıqdır.
ġəriət risaləsi
30
Məsələ 140: Ġslam Ģəriəti paklıq-murdarlıq məsələlərinə ifrat diqqət
yetirilməsini bəyənmir, vasvasılıq yaradacaq həddə ehtiyatı nöqsan sayır.
Məsələ 141: Ġnsan bir Ģeyin murdarlanmasını güman etdikdə araĢdırma
aparmamalı, sual verməməlidir. Əgər həmin axtarıĢ vasvasılığa səbəb olarsa
bəyənilmir.
Məsələ 142: Paklıq-murdarlıq qaydalarına riayat etməklə yanaĢı
müstəhəbdir ki, bədənin, libasın, evin, məskənin, miniyin və bütün yaĢayıĢ
mühitinin təmizliyi gözlənilsin. Ġslam Peyğəmbəri (s) və mə’sum imamlar
bu nöqtəyə əhəmiyyət vermiĢlər.
Murdarlığın sirayat etmə səbəbləri
Məsələ 143: Əgər pak bir Ģey murdar bir Ģeyə toxunarsa və onlardan biri
rütubətli olarsa, pak Ģey murdarlanar. Əgər hər iki Ģey quru olarsa və ya
rütubət yaĢdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak
Ģey pak qalar. (Amma meyyit qüslundan öncə hətta quru Ģəraitdə meyitə
toxunmamaq vacib ehtiyatdır.)
Məsələ 144: Əgər pak Ģeyin murdar Ģeyə toxunmasına və ya onların
rütubətli olmasına Ģəkk varsa, toxunma zamanı pak Ģey murdarlanmaz.
Məsələ 145: Xalça və ya libasın hansı hissəsinin murdarlandığı
bilinmirsə, onun bir hissəsinə toxunan əl murdarlanmaz. Ġki Ģeydən biri
murdardırsa və onlardan hansının murdar olduğu bilinmirsə,o ikisindən
birinə toxunarsa murdar sayılmaz.
Məsələ 146: Torpaq, parça və ya bu kimi baĢqa bir Ģey rütubətli olduğu
vaxt ona murdar Ģey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma
rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin Ģey
bütövlükdə murdar sayılar. Xiyar, qarpız, qatıq və bu kimi Ģeylər çox
rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar.
Məsələ 147: Yağ və Ģirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda
bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə
sirayat etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar
hissəni götürüb atmaq olar.
Məsələ 148: Əgər milçək və ya onun kimi baĢqa bir həĢərat rütubətli
murdar bir Ģeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həĢəratın
ayağının rütubət götürməməyini düĢündükdə onun qonduğu yer murdar
sayılmaz. Əgər həĢəratın öz ayağında murdar Ģey apardığını və onun
qonduğu yerə sirayat etdiyini biləriksə, həmin yer murdar sayılar.
Məsələ 149: Bədənin tərli yeri murdarlansa tərin sirayat etdiyi yerlər
murdar sayılar.
Məsələ 150: Burundan və ya boğazdan gələn bəlğəm qatı olarsa qan olan
nöqtə murdar sayılar. Əgər axıcı olarsa, bütünlüklə murdardır.
Məsələ 151: Əgər altı deĢik qab murdar yerə qoyularsa və ondakı su
təzyiqlə xaric olarsa qabın içi murdarlanmaz.
Dostları ilə paylaş: |