ġəriət risaləsi
33
Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr
və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha
yaxĢıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)
Məsələ 171: Əgər it bir qabı yalamıĢsa və ya ondan su, baĢqa bir maye
içmiĢsə, öncə həmin qabı bir qədər su ilə qatıĢmıĢ torpaqla sürtmək, sonra
ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır.
Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən,
yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin baĢqa
bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib
deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs
edir.
Məsələ 172: Ġtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla
sürtmək imkanı olmasa, imkan olan Ģəraitdə bir çubuğa parça sarıyıb yaĢ
torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iĢ mümkün
olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır.
Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.
Məsələ 173: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab
yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz
yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin
qab yeddi dəfə yuyulmalıdır.
Məsələ 174: ġərabla murdarlanmıĢ qabı az su ilə üç dəfə yumaq və əllə
sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir.Kür və ya
axar suilə bir dəfə yumaq kifayət edər və əl sürtçək də lazım deyildir.
Məsələ 175: Murdar gildən düzəlmiĢ və ya murdar su tökülmüĢ kuzə kürr
və ya axar suya daxil edilərsə, su onun içinə daxil olub çıxarsa, bu kuzə
pakdır. Su qabın içinə nüfuz etmədiyi halda onun zahiri paklanır. Qabın
zahirini az su ilə də paklamaq olar.
Məsələ 176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub
boĢaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət
etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sonra həmin su
bayıra tökülür.
Məsələ 177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç
dəfə su ilə doldurub boĢaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu
qabların divarları yuxarıdan aĢağıya suya çəkilsin və onların dibində yığıĢan
su bayıra atılsın. Onların dibindən suyu götürmək üçün istifadə edilən qab
hər dəfə yuyulmalıdır.
Məsələ 178: Dəmir əridilən vaxt murdarlanarsa da, suya çəkildikdə zahiri
paklanar.
Məsələ 179: MurdarlanmıĢ təndiri paklamaq üçün onu yuxarıdan aĢağıya
bir dəfə suya çəkmək bəs edər. Bir Ģərtlə ki, onun bütün ətrafı yuyulmuĢ
olsun. Amma təndir sidiklə murdarlanarsa onu iki dəfə yumaq lazımdır.
YaxĢı olar ki, onun dibində çala qazılsın və paklama zamanı axıdılan su
ġəriət risaləsi
34
həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla
doldurmaq lazımdır.
Məsələ 180: Murdar Ģeydən murdarın əslini təmizləmək üçün onu kürr
və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr
və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi Ģeyləri
paklamaq üçün onları sıxmaq ya da hərəkət verməklə suyunu xaric etmək
lazımdır.
Məsələ 181:Ġstər sidik və istərsədə sidikdən baĢqa bir Ģeylə murdarlanmıĢ
Ģeyi paklamaq üçün onu bir dəfə yumaq kifayət edər.Ġstər kürr su ilə olsun
və ya az su ilə.Lakin Sidikdə az su ilə iki dəfə yumaq daha yaxĢıdır.
Məsələ 182: Libas, xalça və bu kimi Ģeyləri az su ilə yumaq üçün onları
bir qədər sıxmaq lazımdır ki, suyu xaric olsun.
Məsələ 183: Bir Ģey yeməyə baĢlamamıĢ südəmər körpənin istər oğlan
olsun və yaxud qız sidiyi ilə murdarlanarsa həmin Ģeyin üzərinə bir dəfə su
axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmıĢ libas, xalça və bu kimi
Ģeyləri sıxmaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, iki dəfə su
axıdılsın.
Məsələ 184: Ġplə toxunmuĢ həsir murdarlandıqda onu kürr və axar suya
batırsalar, ya da su kəmərindən axar suya tutsalar, murdarın əsli
təmizləndikdən sonra paklanar.
Məsələ 185: Əgər buğda, düyü, sabun və bu kimi Ģeylər zahirən
murdarlanarsa, onları kürr və ya axar suya batırdıqda, eləcə də su
kəmərindən axan suya tutduqda paklanar. Əgər murdarlıq onların daxilinə
nüfuz edərsə, onları suya batırdıqda və ya suya tutduqda o qədər gözləmək
lazımdır ki, suyun onların daxilinə nüfuz edib xaric olduğuna əminlik
yaransın.
Məsələ 186: ġübhə varsa ki, murdar su bir Ģeyin daxilinə nüfuz edib,
yoxsa yox, həmin Ģeyin daxili pakdır.
Məsələ 187: MurdarlanmıĢ Ģeyi bir qaba qoyub üzərinə üç dəfə su töküb
boĢaltsalar, həmin Ģey paklanar. Bu vaxt qab da paklanır. Əgər
murdarlanmıĢ Ģey suyu sıxılıb çıxarılası libas kimi Ģeydirsə, onu hər dəfə
sıxmaq lazımdır. Həmin vaxt qabı maili qoymaq lazımdır ki, su axıb
tökülsün.
Məsələ 188: Əgər murdarlanmıĢ libas rəngləndikdə onu kürr və axar
suya batırıb, ya da su kranına tutsalar, rəng suya çıxanadək su bütün libası
islatdıqda onu paklayır. Libası sıxarkən ondan qatqılı su xaric olsa eybi
yoxdur. Amma az su bütün libası islatmazdan öncə bulaĢarsa, libası o qədər
yumaq lazımdır ki, o saf su ilə islanmıĢ olsun.
Məsələ 189: Xalça və ya libası suya çəkdikdən sonra onda azca sabun və
ya baĢqa əĢya görünərsə, pakdır. Həmin əĢya böyük olduqda onun zahiri pak
sayılır. Əgər murdar su həmin əĢyanın daxilinə nüfuz edərsə, onun
paklanması üçün pak su ona nüfuz edib xaric olmalıdır.
Dostları ilə paylaş: |