Quma qayıdıĢ ............................................................................................. 359
Yeni hövzə, yeni dərs ................................................................................. 360
Siyasi həyat ................................................................................................. 360
Cənab ustadın əsərləri ............................................................................... 360
MÜQƏDDĠMƏ
Bir neçə zəruri xatırlatma
1. Ġlk mətni mərhum Ayətullah-üzma Bürucerdinin dövründə onun
fətvaları əsasında hazırlanmıĢdır. Qum elmi hövzəsinin bir neçə alimi
tərəfindən görülmüĢ bu iĢ fiqhi hökmlərin xalqa aydınlaĢdırılmasında tə’sirli
və ilk addım idi. Qədim risalələrdə mürəkkəb fiqh terminləri oxucular üçün
xeyli problem yaradırdı. Amma qeyd olunan risalədə həm terminlər
iĢlədilməmiĢdir, həm cümlələr sadə və aydın idi, həm də dəqiqlik vardı. Bu
səbəbdən də uyğun risalə mö’min zümrənin dini Məsələlərlə tanıĢlıq
istiqamətində böyük tə’sirə malik oldu.
Böyük alim dünyasını dəyiĢdikdən sonra tanınmıĢ təqlid mərcə’si həmin
mətn üzərində iĢləyib öz fətvalarını ona daxil etdi. Beləcə, uyğun ən’ənə
bəyənilərək davam etdirildi.
Amma
uyğun risalənin cümlələri mərhum Ayətullahül-üzma
Bürucerdinin fətvaları üçün nəzərdə tutulduğundan zaman ötdükcə və baĢqa
böyük alimlərin fətvaları buna əlavə olunduqca müəyyən uyğunsuzluqlar
meydana çıxdı və kitab ilkin səlisliyini itirdi. Belə ki, son dövürlərdə
məsələlərin Ģərhi risaləsi yenidən mürəkkəbləĢdi, onu anlamaq çətinləĢdi.
Hətta bə’zi məqamlarda ziddiyyətlər müĢahidə olundu.
2. Digər bir tərəfdən, böyük mərcələrin sıx iĢ rejimi onlara imkam vermir
ki, öz fitvlarını bütün məsələlərə tətbiq etsinlər və ətraflı dəyiĢiklik
aparsınlar. Adətən bu iĢ alimlər qrupuna və ya bir fərdə tapĢırılır. Aydın
Məsələdir ki, Ģəriət baxımından mö’təbər sayılsa belə, diqqət baxımından
təqlidçi təqlid mərcə’sindən fərqlənir.
3. Bütün bunlarla yanaĢı, sür’ətlə dəyiĢən cəmiyyət vaxtı ötmüĢ
mövzuların risalələrdən çıxarılmasını tələb edir. Bu məsələlərin əvəzində ən
çox mühüm məsələlərə yer verilməlidir. Yalnız bu halda müsəlman ümməti
fiqhi suallarını cavablandırmaq olar.
Əlinizdəki risalədə həmin problemlər, həmd olsun Allaha, aradan
qaldırılmıĢdır. Onun yetərincə tərəflərin cavab verdiyini düĢünürük. Belə ki,
əvvəla, ifadələrin tam islahı və dəqiq nəzərdən keçirilməsi risalənin ilkin
səlisliyini və uyğunluğunu ona qaytarmıĢdır.
Ġkincisi, həzrət Ayətullahül-üzma Məkarim ġirazi bütün məsələlərə
Ģəxsən özü nəzarət etmiĢ, risalə mətnlərini öz fətvaları ilə (bu fətvalar
“Tə’liqati-ürvətül-füsqa” kitabında bəyan olunmuĢdur.) tutuĢdurmuĢ,
“ürvədə” olmayan məsələləri artırmıĢ, bütün təbirləri islah etmiĢdir.
Üçüncüsü, ehtiyac duyulmayan məsələlər çıxarılmıĢ, onların əvəzinə
aktual məsələlər daxil edilmiĢdir. ĠnĢaallah, risalə elə bir formaya
düĢmüĢdür ki, ondan hamı asanlıqla bəhrələnə biləcək.
Allah-təala Ġslam və Qur’an hökmlərinə, Peyğəmbər (s) və mə’sum
imamların buyuruqlarına əməl üçün hər birimizə yardım buyursun,
niyyətlərimizi xalisləĢdirsin, Onun razılığını əsas götürək!
ġəriət risaləsi
14
TƏQLĠD
Təqlidin hökmləri
Məsələ 1: Heç bir müsəlman dinin əsaslarına (“Üsuli-din”) e’tiqadda
təqlid yolu ilə getməməli, öz səviyyəsinə münasib dəlillər əsasında bu
e’tiqadlara
yiyələnməlidir. Amma dinin hökmlərinə (“Fürui-din”)
münasibətdə ya müctəhid olub (Ġlahi hökmləri dəlillər əsasında
müəyyənləĢdirə bilib) öz əqidəsinə əməl etməli, ya da (müctəhid olmadığı
halda) müctəhidə təqlid etməlidir. Adətən, insanlar mütəxəssis və
mə’lumatlı olmadıqları sahələrdə mütəxəssislərlə və mə’lumatlı insanlara
müraciət edir, onların yolunu gedirlər. (Ġbadət və digər Ģər’i vəzifələrin
yerinə yetirilməsi üçün Qur’an və rəvayatlər baxımından me’yar Ģər’i-büluğ,
yetkinlik həddinə çatmaqdır. Oğlanların qəməri tarixi illə on beĢ yaĢının
tamam olması və onların on altı yaĢa keçməsi, qızların doqquz yaĢının
tamam olması və onların on yaĢa keçməsi büluğ həddinə çatma
niĢanələrindən biridir. Hər Ģəmsi il qəməri ildən on bir gün çoxdur. Bu fərqi
hesablayıb miladi ili əsas götürsək, oğlanlar üçün büluğ yaĢı on dörd il altı
ay iyirmi gün, qızlar üçün büluğ yaĢı səkkiz il, səkkiz ay iyirmi beĢ gün
alınar.)
Ġnsan dini hökmlərin yerinə yetirilməsində üçüncü bir yolu da seçə bilər,
o, ehtiyat yolunu tutub elə bir Ģəkildə addım ata bilər ki, vəzifəsini yerinə
yetirdiyinə əmin olsun. Məsələn, əgər müctəhidlərdən bir qrupu bir iĢi
haram, baĢqa bir qrupu halal sayarsa, həmin iĢi tərk edər. Əgər bir iĢi
müctəhidlərdən bir qrupu müstəhəb, baĢqa bir qrupu vacib sayarsa, həmin
iĢi yerinə yetirər. Amma ehtiyat yolunu seçmək bir qədər çətindir. Bu yolu
seçmiĢ insan fiqhi məsələlərdən əhatəli Ģəkildə xəbərdar olmalıdır. Xalq
kütləsi üçün münasib yol müctəhidə müraciət və ona təqlid etməkdir.
Qızlar qəməri tarixi ilə doqquz yaĢı tamamladıqda buluğ və yetkinlik
yaĢına çatırlar.Bununla belə əgər bəzi təkliflərini yerinə yetirmək qüdrətində
Dostları ilə paylaş: |