- 244 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan 1949-cu
ilə aid
bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara
aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin
siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə,
İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Göy
məscidin 1776-cı ildə inşa edildiyi göstərilmişdir.
434
İrəvanın mərkəzindəki “Örtülü bazar”la üzbəüz yerləşən Göy məscidin
ölçüləri 97,2x66m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə
üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına
sıx kölgəli ağaclar əkilmişdi.
435
Göy məsciddə ibadət üçün qadın və kişi zalları
ayrıca olmuşdu ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı.
İbadət zallarının tavanı və divarları gül rəsmləri ilə bəzədilmişdi. Məscidin
divarlarından və sütunlarından kaşmir parçadan güllər düzəldilib asılırdı.
Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (
1500-1800-cü illər)”
əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovanes
Şahxatunyansa istinadən
yazır: “
Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla
üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində
idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin
həyətində ətrafına sal
daşlar döşənmiş və
ağaclar əkilmiş bir balaca
hovuz inşa edilmişdi.
Məscidin üç qapısı var
idi. İki kiçik qapı şimal
və şərq istiqamətinə,
böyük giriş qapısı isə
cənuba baxırdı. Məscid
binası cənub səmtində
yerləşirdi. Bina bir-biri ilə
bağlı üç zaldan ibarət idi.
Məscidin günbəzi digər
iki kiçik zaldan hündür
olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan
pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi.
Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi
434
Azərbaycan Respublikası Dövlət Arxivi, fond 3026, siyahı 1, iş 261, vərəq 23.
435
Арутюнян В., Асратян М., Меликян А. Ереван. Москва, 1968
Köhnə İrəvan rəsmlərdə. 1920-ci illər
- 245 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan
şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün
müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki
kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu”.
436
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə
olmuş məşhur Britaniya
səyyahı və coğrafiyaşünası Henri Linç yazdığı “Armenia” əsərində Göy məscid
haqqında ətraflı məlumat vermiş, onun minarələrinin, həyətindəki hovuzun
və fasadının foto şəkillərini kitaba daxil etmişdi.
437
Azərbaycan arxeoloqu
və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdu.
İ.Əzimbəyov ekspedisiyanın nəticələrinə dair yazdığı “Tiflisin, İrəvanın və
Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsində qeyd edir ki, Göy məscid
iki ayrı korpusdan – qış və yay korpuslarından ibarətdir. O, qış korpusunun
kompleksin
cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların
mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin
olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını bildirir.
438
Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində
İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi
Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı
Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas edilmişdi.
1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər Tarix muzeyi yerləşdirilmişdi.
İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm
də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə
həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən
isə məscidin kiçik ibadət
zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdi.
Erməni sovet rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın,
Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm
əsərlərində İrəvan şəhərinin simvolu kimi Göy məscid əks etdirilmişdi.
1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və islam ölkələri ilə
diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid
kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət
muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı.
1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən,
436
Հակոբյան Թ., Երևանի պատմությունը (1500-1800 թթ.). Երևանի համալսարանի
հրատարակչություն, 1971
437
Linch, H. F. B. Armenia, Travels and Studies. London, 1901
438
Азимбеков Иса. Мусульманские надписи Тифлиса, Эривани и Нахичевани. Известия Азкомистариса,
Баку, 1929, выпуск 4
Göy məscidin təmirdən sonrakı interyeri
- 246 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü.
Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (
“Müharibə
Veteranları və Şəhidlər”) xeyriyyə fonduna həvalə edildi.
Məsciddə son
tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid
kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin
24 metrlik minarəsi, 28 hücrəsi,
kitabxanası, böyük zalı, günbəzi və
həyəti rekonstruksiya edilmişdir.
Hazırda Ermənistan rəsmiləri Göy
məscidi xaricdən gələn qonaqlara
“Fars məscidi” kimi təqdim edirlər.
Ermənistan hökumətinin 2015-ci
il dekabrın 10-da keçirilən iclasında
Mesrop Maştos-12 ünvanında yerləşən
Göy məscid haqqında
Mədəniyyət
Nazirliyinin təqdim etdiyi layihə
müzakirə edilmişdir. Təsbit edilmişdir
ki, tarixi və mədəniyyət abidəsi
kimi, Göy məscidin yerləşdiyi ərazi
Ermənistan Respublikasının daşınmaz
mülkiyyəti olaraq Mədəniyyət
Nazirliyinin sərəncamındadır və
dövlət mülkiyyəti olduğu üçün
özgəninkiləşdirilə bilinməyən tarixi
və mədəniyyət
abidələrinin dövlət
reyestrinə daxil edilmişdir. Həmçinin, qərara alınmışdır ki, Göy məscid və
onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyə İran İslam
Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil
verilsin.
439
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari 28
dekabr 2015-ci ildə Tehranda keçirdiyi brifinqdə APA informasiya agentliyinın
müxbirinin sualını cavablandıraraq demişdi ki, İrəvandakı Göy məscidin 99
illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin
Ermənistandakı səfirliyi ilə müqavilə imzalanmışdır və həmin sənədə uyğun
olaraq müvafiq işlər görülür.
440
439
http://shabat.am/article/14690/14690.html
440
http://m.apa.az/az/news/410075
Göy məscidin giriş qapısında İran İslam
Respublikasının bayrağı