ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə89/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   85   86   87   88   89   90   91   92   ...   95

- 244 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid 
bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara 
aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin 
siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, 
İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Göy 
məscidin 1776-cı ildə inşa edildiyi göstərilmişdir.
434
 İrəvanın mərkəzindəki “Örtülü bazar”la üzbəüz yerləşən Göy məscidin 
ölçüləri 97,2x66m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə 
üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına 
sıx kölgəli ağaclar əkilmişdi.
435
 Göy məsciddə ibadət üçün qadın və kişi zalları 
ayrıca olmuşdu ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı. 
İbadət zallarının tavanı və divarları gül rəsmləri ilə bəzədilmişdi. Məscidin 
divarlarından və sütunlarından kaşmir parçadan güllər düzəldilib asılırdı. 
Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (
1500-1800-cü illər)” 
əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovanes Şahxatunyansa istinadən 
yazır: “
Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla 
üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində 
idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin 
həyətində ətrafına sal 
daşlar döşənmiş və 
ağaclar əkilmiş bir balaca 
hovuz inşa edilmişdi. 
Məscidin üç qapısı var 
idi. İki kiçik qapı şimal 
və şərq istiqamətinə, 
böyük giriş qapısı isə 
cənuba baxırdı. Məscid 
binası cənub səmtində 
yerləşirdi. Bina bir-biri ilə 
bağlı üç zaldan ibarət idi. 
Məscidin günbəzi digər 
iki kiçik zaldan hündür 
olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan 
pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. 
Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi 
434 
 Azərbaycan Respublikası Dövlət Arxivi, fond 3026, siyahı 1, iş 261, vərəq 23.
435 
 Арутюнян В., Асратян М., Меликян А. Ереван. Москва, 1968
Köhnə İrəvan rəsmlərdə. 1920-ci illər


- 245 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan 
şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün 
müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki 
kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu”.
436
 
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya 
səyyahı və coğrafiyaşünası Henri Linç yazdığı “Armenia” əsərində Göy məscid 
haqqında ətraflı məlumat vermiş, onun minarələrinin, həyətindəki hovuzun 
və fasadının foto şəkillərini kitaba daxil etmişdi.
437
 Azərbaycan arxeoloqu 
və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdu. 
İ.Əzimbəyov ekspedisiyanın nəticələrinə dair yazdığı “Tiflisin, İrəvanın və 
Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsində qeyd edir ki, Göy məscid 
iki ayrı korpusdan – qış və yay korpuslarından ibarətdir. O, qış korpusunun 
kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların 
mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin 
olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını bildirir.
438
Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində 
İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi 
Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı 
Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas edilmişdi. 
1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər Tarix muzeyi yerləşdirilmişdi. 
İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm 
də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə 
həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət 
zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdi. 
Erməni sovet rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, 
Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm 
əsərlərində İrəvan şəhərinin simvolu kimi Göy məscid əks etdirilmişdi. 
1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və islam ölkələri ilə 
diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid 
kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət 
muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 
1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, 
436 
  Հակոբյան  Թ.,  Երևանի  պատմությունը  (1500-1800  թթ.).  Երևանի  համալսարանի 
հրատարակչություն, 1971
437 
 Linch, H. F. B. Armenia, Travels and Studies. London, 1901
438 
 Азимбеков Иса. Мусульманские надписи Тифлиса, Эривани и Нахичевани. Известия Азкомистариса, 
Баку, 1929, выпуск 4
Göy məscidin təmirdən sonrakı interyeri


- 246 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. 
Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (
“Müharibə 
Veteranları və Şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə son  
tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid 
kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 
24 metrlik minarəsi, 28 hücrəsi, 
kitabxanası, böyük zalı, günbəzi və 
həyəti rekonstruksiya edilmişdir. 
Hazırda Ermənistan rəsmiləri Göy 
məscidi xaricdən gələn qonaqlara 
“Fars məscidi” kimi təqdim edirlər. 
Ermənistan hökumətinin 2015-ci 
il dekabrın 10-da keçirilən iclasında 
Mesrop Maştos-12 ünvanında yerləşən 
Göy məscid haqqında Mədəniyyət 
Nazirliyinin təqdim etdiyi layihə 
müzakirə edilmişdir. Təsbit edilmişdir 
ki, tarixi və mədəniyyət abidəsi 
kimi, Göy məscidin yerləşdiyi ərazi 
Ermənistan Respublikasının daşınmaz 
mülkiyyəti olaraq Mədəniyyət 
Nazirliyinin sərəncamındadır və 
dövlət mülkiyyəti olduğu üçün 
özgəninkiləşdirilə bilinməyən tarixi 
və mədəniyyət abidələrinin dövlət 
reyestrinə daxil edilmişdir. Həmçinin, qərara alınmışdır ki, Göy məscid və 
onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyə İran İslam 
Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil 
verilsin.
439
 
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari 28 
dekabr 2015-ci ildə Tehranda keçirdiyi brifinqdə APA informasiya agentliyinın 
müxbirinin sualını cavablandıraraq demişdi ki, İrəvandakı Göy məscidin 99 
illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin 
Ermənistandakı səfirliyi ilə müqavilə imzalanmışdır və həmin sənədə uyğun 
olaraq müvafiq işlər görülür.
440
 
439 
 http://shabat.am/article/14690/14690.html
440 
 http://m.apa.az/az/news/410075
Göy məscidin giriş qapısında İran İslam 
Respublikasının bayrağı


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə