ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə86/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   82   83   84   85   86   87   88   89   ...   95

- 236 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Dmitri Yermakovun İrəvanda çəkdiyi fotoların böyük bir qismi hazırda Simon 
Canaşiya adına Gürcüstan Dövlət Muzeyinin Yermakov fondunda və Şalva 
Amiranaşvili adına Dövlət İncəsənət Muzeyində saxlanılır. 
Alman incəsənət tarixçisi və arxeoloqu Friedrix Sarre 1897-ci ildə İrəvanda 
olmuş, Sərdar məscidinin və Göy məscidin müxtəlif rakurslardan foto şəkillərini 
çəkmiş və sonradan həmin məscidləri müsəlman tarixi abidələri kimi elmi-
tədqiqat dövriyyəsinə cəlb etmişdi.
417
 F.Sarrenin çəkdiyi fotoların bir qismi 
hazırda Berlindəki Dövlət Muzeyinin islam incəsənəti bölməsində saxlanılır.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin 
ardınca erməni vandalları tərəfindən dağıdılmış və yaxud təyinatı dəyişdirilmişdi. 
Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan şəhərinin tarix 
muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. 
Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə uyğun xidmət edirdi, 
hazırda həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli 
bina ucaldılmışdır.
418
 
Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara 
məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi 
abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop 
Maştos küçəsi-12 ünvanında yerləşən Göy məscidin və Xorhrdarani küçəsi-40 
ünvanında yerləşən məscidlərin adları daxil edilmişdi. Qeyd edilən siyahıda 
Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə 
qəfəsinin (
skeletinin) “qorunduğu” qeyd edilmişdir.
419
 Lakin 2014-cü ilin 
noyabr ayında Sərdar məscid-kompleksindən qalmış 2-3 metr enində, 3-4 metr 
hündürlüyündə divarın kiçik bir parçasını da erməni vandalları yox etmişlər.  
İrəvan şəhərinin zəngin florası bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş
onun rəng kompozisiyalarının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Al-əlvan 
boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. 
Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik 
görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini 
tapmışdır.
420
 
Qarabağ və Təbriz xalçaçılıq məktəbinə daha yaxın olan İrəvan xalçaçılıq 
məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınmış, erməni 
kolleksionerlərinin malına çevrilmişdir. Bu gün “Yerevan xalçası”, yaxud 
417 
 Sarre Friedrich. Denkmäler persischer Baukunst : geschichtliche Untersuchung und Aufnahme muhammed-
anischer Backsteinbauten in Vorderasien und Persien. Berlin, 1910.
418 
 Томас де Ваал. Черный сад: Армения и Азербайджан между миром и войной. Москва: Текст, 2005
419 
 http://www.gov.am/u_files/file/kron/Armeniapr2_en.pdf
420 
 Muradov V. Azerbaijani carpets. Iravan group. Baku: Elm, 2011


- 237 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
“erməni xalçası” adı altında dünya bazarlarına çıxarılan xalçaları azərbaycanlı 
ilmə ustaları toxumuşlar.
1918-ci ildə Azərbaycan Milli Şurasının 29 may tarixli qərarı ilə Dağlıq 
Qarabağa ərazi iddiası irəli sürməmək şərti ilə İrəvan şəhəri paytaxt kimi 
ermənilərə güzəştə gedilmişdi.
421
 Lakin 1918-1920-ci illərdə mövcud olmuş 
daşnak hakimiyyəti dövründə burada azərbaycanlılara qarşı soyqırımı, onlara 
məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata 
keçirilmişdi. 
Sovet hakimiyyəti illərində də 
azərbaycanlıların diskriminasiyası 
və deportasiyası rəsmi Ermənistan 
siyasətinin tərkib hissəsi olmuşdu. 
1924-cü ildə Aleksandr Tamanyanın 
layihəsi əsasında həyata keçirilən 
İrəvan şəhərinin rekonstruksiyası, 
əslində azərbaycanlıların izini silməyə 
xidmət edirdi. 1936-cı ildə İrəvan 
şəhərinin yeni baş planı hazırlanmış 
və onun həyata keçirilməsi 
nəticəsində qalanın içərisində müasir 
tipli hündürmərtəbəli binalar inşa 
edilmişdi. İkinci Dünya müharibəsi 
dövrünə aid şəkillərdə İrəvan qalası 
divarlarının müəyyən hissəsinin hələ 
də mövcud olduğu görünür. Lakin 
sonralar qala divarları tamamilə 
sökülmüş və hazırda ondan əsər-
əlamət qalmamışdır.
İrəvan qalasının həmyaşıdları və müasirləri – Bakıda İçərişəhərin qala 
divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayını əhatə edən 
qala divarları bu gün də yaşayır və keçmişdən bu günə soraq verirlər. İrəvanda 
isə orta əsr memarlığından soraq verən bircə dənə də olsun tarixi abidə 
qalmamışdır. Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin məhv 
edilməsinin nəticəsidir ki, bu şəhərdə yaşı 200 ildən yuxarı bircə dənə də olsun 
tarixi-memarlıq abidəsi qalmamışdır. 
İrəvan şəhəri təkcə tarixi-memarlıq abidələri ilə deyil, həmçinin elm və 
mədəniyyət mərkəzi kimi Azərbaycan şəhərləri arasında özünəməxsus yer 
421 
 ARDA, fond 970, siyahı1, iş 1, vərəq 51-52.
İrəvan xalçası


- 238 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tuturdu. Burada doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, 
din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur. Müxtəlif 
vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini 
Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişdilər. İrəvan 
ziyalılarının, elm, mədəniyyət və dinşünas alimlərin yaratdıqları əsərlər bu gün 
dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır. 
Əslən İrəvandan olan və xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazıb-
yaradan onlarca elm və mədəniyyət xadimi haqqında məlumatlar mövcuddur. 
XIX əsrin sonlarında bir müddət İrəvan gimnaziyasında müəllim işləyən 
görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli 
İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, 
fazillər və şairlər şəhəri adlandırmışdı.
422
 
İstər xanlıqlar dövründə, istərsə də Rusiya işğalı dövründə xanların və 
bəylərin, əyanların və din xadimlərinin övladlarının mükəmməl təhsil almalarına 
xüsusi fikir verilirdi. Bir çox imkanlı ailələr öz uşaqlarını xarici ölkələrdəki 
dünyəvi və yaxud ali dini məktəblərdə oxumağa göndərirdilər. Əslən İrəvan 
şəhərindən olan və “İrəvani” soyadını daşıyan onlarca ayətullah, müctəhid, 
höccətül-islam titulunu daşıyan din xadimləri yetişmişdi.
İrəvan şəhərində anadan olmuş görkəmli Azərbaycan həkimi və alimi Hacı 
Sülеyman Qacar İrəvaninin (
XVIII əsr) fars dilində yazdığı “Fəvaidül-hikmət” 
(“Hikmətin faydası”) əsəri nəinki Azərbaycanda, еləcə də Оrta Asiyada və İranda 
böyük şöhrət qazanmışdı. Bu kitab оrta əsr əczaçılıq еnsiklоpеdiyasıdır və 
minlərcə dərman bitkisinin, hеyvan və minеralın müalicəvi kеyfiyyətlərindən 
bəhs еdir. Bu əsərin nadir əlyazma nüsхələri Azərbaycan MЕA-nın Məhəmməd 
Füzuli adına Əlyazmalar İnstitutunda və еləcə də İran və Misirdəki kitabxanalarda 
saхlanılır.
423
İ.Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə əsasən 
müəyyən təhsilli din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində 
böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərirdi. Erməni əsilli Stepan Zelinski 
“İrəvan şəhəri” məqaləsində göstərirdi ki, 1880-ci ildə İrəvan şəhərindəki 
məscidlərdə 153 şagird təhsil alırdı ki, onların təlimi ilə 8 müəllim məşğul 
olurdu. Bundan əlavə, S.Zelinski İrəvanda ali dini müsəlman məktəbinin də 
fəaliyyət göstərdiyini, hər il 60-a qədər tələbənin təhsil aldığını, tam kursu 
bitirdikdən sonra onlara axundluq səlahiyyəti verildiyini yazırdı.
424
 
Rusiya işğalı dövründə İrəvan şəhərində ilk dövlət ikisinifli qəza məktəbi 
14 yanvar 1832-ci ildə açılmışdı. 15 mart 1868-ci ildə İrəvan qəza məktəbi 
422 
 Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. İkinci cild. Bakı: Elm, 1981
423 
 Алекперли Фарид. Тысяча и один секрет Востока. Том.II, Баку: Нурлан, 2008
424 
 Сборник материалов для описания местностей и племен Кавказа” (СМОМПК). Тифлис, 1881, Вып. I, отд. I


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə