ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə88/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   84   85   86   87   88   89   90   91   ...   95

- 241 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
s. külli miqdarda gəlir əldə etmək istəyirlər. Şəhər ətrafında - keçmişdə Təzəkənd 
adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları yaşayış massivində 
184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 
6-7 milyard ABŞ dolları civarındadır. Moskva şəhərinin keçmiş meri Yuri 
Lujkovun İrəvana 2010-cu ilin yanvarındakı səfəri zamanı erməni rəsmiləri 
onu şirnikləndirərək “İrəvan qalası” layihəsinin maliyyələşdirilməsi məsələsini 
merin və onun biznes ortaqlarının üzərinə qoymaq üçün merin razılığını 
almışdılar.
428
 Lakin Y.Lujkov Moskvanın meri vəzifəsindən azad edildikdən 
sonra “İrəvan qalası” layihəsinin icrası baş tutmamışdı. 
Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-
1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları 
İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. 
İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca 
azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa 
nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların 
izini silməyə çalışırlar. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 fevral 2011-ci ildə 
Goranboy rayonuna səfəri zamanı məcburi köçkünlərlə görüşündə bugünkü 
Ermənistan Respublikasının tarixi Azərbaycan ərazilərində yaradıldığını xüsusi 
vurğulayaraq qeyd etmişdir: “
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli 
torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. 
O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, 
Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir. Hətta 
indi ermənilər özləri də etiraf edirlər ki, 20-ci əsrin əvvəllərində İrəvan 
şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən 
sənədlər var, şəkillər var, rəsm əsərləri var”.
429
Bütün qeyd olunanlar göstərir ki, erməni vandalları azərbaycanlılara məxsus 
maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, yaxud onları öz adlarına 
çıxmağa çalışsalar da, onları tarixin yaddaşından silmək mümkün deyildir. 
İrəvan şəhəri Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət mərkəzlərindən 
biri kimi də Azərbaycan tarixində mühüm yerlərdən birini tutur.  
428 
 Будет построен новый комплекс “Ереванская крепость”. Газета “Ноев Ковчег”,  № 03 (150), март 2010 
года.  http://www.noev-kovcheg.ru/mag/2010-03/1973.html#ixzz3c5s3boJg
429 
 “Azərbaycan” qəzeti, 12 fevral 2011-ci il.


- 242 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XXI iddia
“Göy məscid fars abidəsidir”
 
İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında müxtəlif dövrlərdə 
İrəvanda olmuş səyyahların və Rusiya işğalından sonra İrəvan şəhəri haqqında 
yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat öz əksini 
tapmışdır. İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların 
əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən 
möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin 
(digər adı Hüseynəli xan 
məscidi) adı birinci çəkilir. İrəvandakı Göy məscid miqyasına görə Qafqazda ən 
böyük məscid idi.  Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy 
məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə –1760-cı ildə 
başlanılmış, 1766-cı ildə başa çatdırılmışdı. 
İrəvan şəhərinin Rusiya işğalından sonra 1829-1832-ci illərdə kameral 
siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, 
şəhərdə 8 məscid mövcud olmuşdur ki, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə 
yerləşmişdi.
430
 
Göy məscid. Rəssam Dübua de Monpere. 1833.
1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Frederik Dübua de 
Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-cu ildə 
430 
 Шопен И. И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Рос-
сийской империи. СПб., 1852


- 243 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” əsərinin 3-cü cildində Göy 
məscidi ətraflı təsvir etmişdir. Onun çəkdiyi Göy məscidin rəsmi müəllifin 
adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən “Atlas”ın üçüncü 
hissəsində yer almışdı. Dübua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını 
Erkül Nikole hazırlamışdı.
431
 
Göy məscidin məşhur rus fotoqrafı Dmitri Yermakov tərəfindən XIX əsrin 
80-90-cı illərində çəkilmiş fotoları onun 1896 və 1901-ci illərdə çap etdirdiyi 
albomlara daxil edilmişdi. Dmitri Yermakovun İrəvan məscidləri ilə bağlı 
çoxsaylı fotolarının bir qismi hazırda Simon Canaşiya adına Gürcüstan Dövlət 
Muzeyinin Yermakov 
fondunda və Şalva 
Amiranişvili adına 
İncəsənət Muzeyində 
saxlanılır. 
1897-ci ildə alman 
incəsənət tarixçisi və 
arxeoloqu Friedrix 
Sarre İrəvanda olmuş, 
Göy məscidin müxtəlif 
rakurslardan fotolarını 
çəkmiş və sonradan 
həmin məscidləri 
müsəlman tarixi 
abidələri kimi elmi-
tədqiqat dövriyyəsinə cəlb etmişdi. F.Sarrenin çəkdiyi fotoların bir qismi hazırda 
Berlin Dövlət Muzeyinin İslam İncəsənəti bölməsində saxlanılır. 1902-ci ildə 
İrəvan quberniyasının statistika komitəsinin “İrəvan quberniyasının 1902-ci 
il üçün yaddaş kitabçası” çap edilmişdi. Həmin kitabçada göstərilir ki, İrəvan 
quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir.
432
 
1906-1911-ci illərdə İrəvan şəhərinin texniki işləmiş B.Mehrabov şəhərin 
planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdi. Mehrabov 
şəhərdə 8 məscid qeydə almışdı. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, 
Şəhər, Sərtib xan, Göy məscid, Hacı Novruzəli bəy, Qala məscidi, Dəmirbulaq 
və Hacı Cəfər bəy məscidi.
433
 
431 
 Frederic Dubois de Montpereux. Voyage autour du Caucase, chez les tcherkesses et les abkhases, en Georgie, 
en Armenie et en Crimee. Volume III, Paris, 1839
432 
 Памятная книжка Эриванской губернии на 1902 год. Эривань: Типография Эдельсонь, 1902, Отд. III
433 
 http://www.iatp.am/old_yerevan
İrəvan şəhəri, Göy məscid


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə