ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə91/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   87   88   89   90   91   92   93   94   95

- 251 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sonra çəkilmiş və o, “Yusif noyən” kimi – yəni qoşunların baş komandanı kimi 
təqdim edilmişdi. 
Erməni tarixçisi Akop Papazyan daha sonra yazır ki, yerli sakinlərin 
verdikləri məlumata görə, Əmir Səədin sülaləsinə məxsus məqbərədən başqa, 
həmin ərazidə nisbətən kiçik həcmdə günbəzvari daha iki məqbərə də olmuşdu 
ki, sonradan sökülən həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə 
istifadə edilmişdi. A.Papazyan hesab edir ki, Pir Hüseyn məqbərəsi ilə sökülən 
məqbərələr eyni dövrdə inşa edilmişdi. Səədli əmirlərinin ailə qəbiristanlığının 
İrəvana bu qədər yaxın olmasını A.Papazyan onunla izah edir ki, Əmir Səədin 
hakimiyyəti dövründən İrəvan şəhəri səədlilərin iqamətgah yeri olmuşdu. 
Məqbərənin içərisi yer səthi səviyyəsində torpaqla örtüldüyündən onun sirri 
hələ də tam açılmamışdır. Məqbərənin daxilinin tədqiqi zamanı döşəmənin 
ortasında getdikcə genişlənən və yonulmuş daşla hörülmüş yeraltı sərdabə 
aşkar edilmişdir. Onun yazdığına görə, böyük ehtimalla həmin yeraltı tikilinin 
qərb divarında qapı yeri olmalıdır ki, oradan da qəbirüstü kitabələrin olması 
güman edilən sərdabəyə keçmək mümkün olsun.
443
 
1961-ci ildə Azərbaycanın ilk qadın epiqrafçı alimi, Azərbaycan SSR 
Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Məşədixanım Nemət də 
Ermənistan SSR Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları 
ilə birgə Əmir Səəd məqbərəsini tədqiq etmişdi. Yerli sakinlərin onlara verdikləri 
məlumata görə, həmin kənddə orta əsrlərdən qalma çox böyük qəbiristanlıq və 
daha iki mavzoley olmuşdu. Lakin M.Nemət həmin qəbiristanlıqda Pir Hüseyn 
məqbərəsindən başqa heç bir qəbirüstü abidəyə rast gəlmədiklərini yazır.
444
 
Məşədixanım Nemət Əmir Səəd məqbərəsini həmin yerlərin tarixi keçmişindən 
söhbət açan yeganə tarixi abidə və sənət əsəri adlandırır.
Yerli sakinlərin verdikləri məlumata görə, belə bir şayiə yayılıbmış ki, 
məqbərənin günbəzi inşa edilərkən onun ən yuxarı hissəsinə xeyli qızıl 
qoyularaq üstü bağlanmışdı. Hətta belə bir deyim formalaşmışdı: “Dələrsən 
qafa tasını, taparsan qızıl yuvasını”. Əsrlər boyu bu deyim nəsillərdən nəsillərə 
ötürülmüşdü. Söylənilən qızıla sahib olmaq üçün XX əsrin ortalarında 
ermənilər xəlvəti qaldırıcı kran gətirərək onun günbəzini deşmişdilər. Oradan 
onların qızıl tapdıqlarını kimsə görməyib. Ancaq məqbərənin günbəzinin deşik 
olduğunu çoxları görmüşdü. 
443 
 Папазян А. Арабская надпись на гробнице туркменских Эмиров в селе Аргаванд. Журнал “Ближний и 
средний Восток”, сб. статей памяти Б.И.Заходера, Москва, 1961
444 
 Неймат Мешадиханум. Корпус эпиграфических памятников Азербайджана. Том ІІІ. Арабо-персо-тюр-
коязычные надписи Нахчыванской Автономной Республики (XII - начала XX века), (с иллюстр.). Баку, “XXI 
- Yeni Nəşrlər Evi”, 2001


- 252 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1991-ci ildə SSRİ-nin süqut etməsi nəticəsində yeni yaranan müstəqil 
dövlətlərdən bəzilərinin arasında ciddi problemlər meydana çıxmışdı. 
Sovet hakimiyyəti illərində İttifaq büdcəsindən aldığı dotasiya ilə dolanan 
Ermənistan isə Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ucbatından 
ciddi iqtisadi böhranla üzləşmişdi. Uzun müddət Rusiya və Gürcüstan 
üzərindən Türkmənistandan qaz alan 
və onun dəyərini isə ödəyə bilməyən 
Ermənistan rəhbərliyi Türkmənistan 
hökumətinin güzəştə getməsi üçün 
yollar axtarırdı. Xəzər dənizindəki 
“Kəpəz” karbohidrogen yatağının 
istismarı ilə əlaqədar Azərbaycanla 
Türkmənistan arasında narazılıq 
yaranmışdı. Türkmənistanın həmin 
yatağa əsassız iddiası səbəbindən 
yaranan narazılıqdan Ermənistan 
rəhbərliyi faydalanmaq fürsəti əldə 
etmişdi. Bu zaman ermənilərin ağlına 
gəldi ki, İrəvan yaxınlığındakı Əmir 
Səəd məqbərəsini “türkmən abidəsi” 
kimi təqdim etsinlər və onu “göz 
bəbəyi kimi qoruduqlarını” Türkmənistan prezidenti Saparmurad Niyazovun 
nəzərinə çatdırsınlar. 1996-cı ilin martında S.Niyazovun Ermənistana rəsmi 
səfərə gəlməsi ermənilərin hiyləgər niyyətlərini gerçəkləşdirməyə imkan 
verdi. 
“Zvartnos” aeroportunda rəsmi qarşılanmadan sonra prezidentlərin 
kortejləri oradan birbaşa Cəfərabad kəndinə yollandı. Türkmənistan 
prezidentinin tarixlə bağlı məlumatsızlığından istifadə edən Ermənistan 
prezidenti Levon Ter-Petrosyan bəyan etdi ki, 1413-cü ildə “türkmən əmiri” 
Pir Hüseyn tərəfindən inşa edilən bu abidə türkmən-erməni dostluğunun 
simvoludur. Elə oradaca Ermənistan prezidenti türkmən həmkarına təklif 
etdi ki, abidənin araşdırılması üçün arxeoloqlardan və tarixçilərdən ibarət 
birgə işçi qrup yaradılsın. Ermənilərin müsəlman abidələrinə qarşı belə 
yüksək “qayğıkeşliyindən” riqqətə gələn S.Niyazovun həmin səfəri zamanı 
Ermənistan üçün bir neçə sərfəli müqavilə imzalandı. Üstəlik, Ermənistanın 
Türkmənistandan qaz idxalından yaranan 34 milyon ABŞ dolları həcmində 
borcu 5 illiyə ertələnərək, çox əlverişli şərtlərlə kreditə bağlandı.  
Əmir Səəd məqbərəsinin önündə  
Qaraqoyunlu totemi


- 253 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Əmir Səəd məqbərəsinin “qorunması” hesabına Türkmənistandan yardım 
qoparmaq ənənəsi Robert Koçaryanın prezidentliyi dövründə də davam 
etdirilmişdi. 2000-ci ilin aprelində 
Türkmənistanın Ermənistandakı 
səfirliyinin dəvəti ilə Aşqabaddan 
gələn tarix elmləri doktoru Xamra 
Yusupovanın və erməni tarixçilərinin 
iştirakı ilə dəyirmi masa keçirilmişdi. 
Dəyirmi masada məqbərənin 
restavrasiyası məsələsi müzakirə 
edilmişdi. Səfir Toylu Qurbanov 
bildirmişdi ki, türkmən-erməni 
dostluğunun simvolu kimi bu 
abidəyə xüsusi status verilməsi qərara 
alınmışdır. 
2001-ci ilin sonunda 
Türkmənistanın Ermənistandakı 
səfirliyinin vəsaiti hesabına Əmir Səəd 
məqbərəsinin ətrafında abadlıq işləri 
aparılmışdı. 2002-ci il yanvarın 11-
də bütün ermənilərin katolikosu II 
Qareginin və bir çox rəsmi şəxslərin 
iştirakı ilə Əmir Səəd məqbərəsinin 
önündə qoyulan xatirə lövhəsinin 
açılışı olmuşdu. 2002-ci il yanvarın 
17-də Robert Koçaryanla Saparmurat 
Niyazov arasındakı telefon danışığında 
Türkmənistan prezidenti İrəvan yaxınlığındakı “türkmən mədəniyyət 
abidəsinin” qorunmasına, ətrafının abadlaşdırılmasına və xatirə lövhəsinin 
qoyulmasına görə erməni həmkarına minnətdarlıq etmişdi. Fürsətdən istifadə 
edən Ermənistan prezidenti bunun qarşılığında yenə də Türkmənistandan idxal 
edilən qazın həcminin artırılmasına nail olmuşdu.
445
 
Qəribə orasıdır ki, ermənilər nəinki Türkmənistanın dövlət başçısını, hətta 
türkmən tarixçilərini də sözün həqiqi mənasında naşı yerinə qoymuşdular. 
Yuxarıda qeyd etdiyimiz kimi, Əmir Səəd məqbərəsi Qaraqoyunlu hökmdarı Qara 
445 
 http://www.turkmenistan.ru/index.php?page_id=3&lang_id=ru&elem_id=1604&type=event&high-
light_words=%D0%B2%D0%B7%D0%B0   %D0%B8%D0%BC%D0%BD&sort=date_desc
Əmir Səəd məqbərəsinin önündə quraşdırılmış 
və üzərində “türkmənlərin tarixi yadigarı” 
sözləri yazılmış stella


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə