ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə84/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   80   81   82   83   84   85   86   87   ...   95

- 231 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini Güzgülü zalda qəbul etmişdi. 
1853-cü ildə baş verən zəlzələ nəticəsində İrəvan qalasının divarları yenidən 
uçmuşdu. 1864-cü ildə İrəvan qalasından hərbi məqsədlər üçün istifadəyə son 
qoyulmuşdu. 1868-ci ildən Xan sarayının Sərdar zalında İrəvan şəhər polis 
idarəsi yerləşirdi. 
1865-ci ildə İrəvan qalasının ərazisinin bir hissəsini Nerses Tahiryan adlı 
tacir satın alaraq orada şərab zavodu (
indiki konyak zavodu) inşa etdirmişdi.
Rusiya İmperator Arxeoloji Komissiyasının qərarına əsasən, 1911-ci ilin 
iyul ayında Xan sarayına baxış keçirən akademik Nikolay Marr Güzgülü zalın 
Zəngi çayı tərəfə baxan hissəsinin şüşəbəndinin darmadağın edildiyini, zalın 
döşəməsinin açıq-boz rəngli plitələrinin, cilalanmış mərmərdən düzəldilmiş 
fəvvarəli hovuzun da vəhşicəsinə sındırıldığını qeyd etmişdi. N.Marr ürək ağrısı 
ilə yazırdı: “
Zalın hər iki tərəfindəki yan otaqlar ayaqyoluna çevrilmişdir. 
Halbuki, həmin otaqlardan birində vaxtilə imperator I Nikolay gecələmiş 
və öz dəst-xətti ilə adını divara yazmışdı”. N.Marrın “Görünür, biz yerli 
qədim abidələrin sistematik dağıdılması ilə üzləşmişik. Təbiidir ki, 
bu dağıdıcı fəaliyyət 
son nəticədə qədim 
abidələrin izlərini 
itirməyə yönəlib” 
sözləri hələ XX əsrin 
əvvəllərində erməni 
vandallarının əsl simasını 
ortaya qoyurdu.
402
 Lakin 
N.Marrın bütün səylərinə 
baxmayaraq, Xan sarayı 
qorunan tarixi-memarlıq 
abidələrinin siyahısından 
çıxarılmışdı. 1914-cü 
ildə Xan sarayının Tiflisdəki Hərb Tarixi muzeyinə təhvil verilən inventarları 
hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 
İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada 
çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, 
ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar 
İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 
402 
 Эривань. Сардарский дворец. 1725 г. // Известия Императорской Археологической Комиссии. Выпуск 
46, С.Петербург, 1912
Təpəbaşı məscidində məskunlaşan erməni ailəsi


- 232 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
8 karvansara mövcud olmuşdu. Culfa, Gürcü, Zərrabi xan (
Sərrafxana), Tahir, 
Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud idi.
403
 
XIX əsrin sonlarına yaxın isə şəhərdə 20 karvansara vardı. Erməni tədqiqatçısı 
T.Hakopyanın yazdığına görə
,  İrəvan şəhərində ən böyük və ən məşhur 
karvansara Gürcü karvansarası olmuşdu. Hazırda Gürcü karvansarasının 
yerində “Sevan” hoteli tikilmişdir.
404
 Əgər bu karvansara ermənilərə məxsus 
olsa idi, onun adı Azərbaycan dilində yox, erməni dilində olardı. 
İrəvan şəhərində bir neçə zərbxana mövcud idi. XVIII əsr səyyahlarının 
verdikləri məlumata görə, İrəvandakı zərbxanalarda gümüş və mis sikkələr zərb 
edilirdi. İrəvanda başlıca olaraq gümüş “abbası” və “şahı” nominalları kəsilirdi. 
Erməni tarixçilərinin iddia etdikləri kimi, İrəvan xanlığının ərazisində nə vaxtsa 
erməni dövləti və yaxud erməni idarəçiliyi mövcud olsaydı, onda həmin ərazidə 
dövlətçilik atributlarından biri hesab edilən və üzərinə erməni dilində yazılar 
həkk edilən sikkələr kəsilər və dövriyyəyə buraxılardı. Arxeoloji qazıntılar 
zamanı və başqa yollarla Qafqaz regionunda, o cümlədən də indiki Ermənistan 
ərazisində üzə çıxan qədim sikkələrin məşhur sovet numizmatı Yevgeni 
Paxomov tərəfindən tədqiqi göstərmişdir ki, həmin sikkələrin içərisində 
ermənilərə aid bircə dənə də olsun nümunəyə rast gəlinməmişdir.
405
İ.Şopenin verdiyi məlumata görə, şəhərin mərkəzi hissəsində Böyük Meydan 
adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar 
tərəzisi, yüngül yükləri çəkmək üçün isə Mizan tərəzisi bu meydanda yerləşirdi. 
Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı 
adlanırdı.
406
 Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək 
Pənah xan meydanı adlanırdı. Bu meydan hazırda Saxarov meydanı adlanır.
İrəvanda Şərq memarlıq üslubunda 10 hamam – Şəhər, Zal xan, Şeyxülislam, 
Mehdi bəy, Hacı Bəyim (
sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), 
Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy, Həsənəli hamamları mövcud idi.
407
 
Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə 
mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğam 
məclislərinin keçirilməsi üçün xüsusi otaq da ayrılmışdı. 
403 
 Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Россий-
ской империи. СПб., 1852
404 
Հակոբյան  Թադևոս.  Երևանի  պատմությունը  (1500-1800  թթ.).  Երևանի  համալսարանի 
հրատարակչություն, 1971 (Hakopyan Tadevos. Yerevanın tarixi (1500-1800). İrəvan, 1971
405 
 Пахомов Е.А. Клады Азербайджана и других республик и краев Кавказа. Вып. II, Баку: Изд-во 
Азербайджанского Филиала АН СССР, 1938.
406 
Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Россий-
ской империи. СПб., 1852
407 
 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Azərbaycan, 2010


- 233 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca 
səslənən onlarca küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, 
Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər 
ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, 
Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər
Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, 
Kətan, Dükanlı, Sallaxlar və s.
408
 
Bağlar diyarı İrəvanda və onun 
ətrafında 1473 bağ mövcud olmuşdu 
ki, onlardan 772-si şəhərin içərisində 
idi. Sərdar bağı, Dəlmə, Abbas dərəsi, 
Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, 
Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul 
dərəsi, Kənkan, Kərpicxana bağlarının 
ad-sanı İrəvandan çox-çox uzaqlara 
yayılmışdı. İrəvan bağlarının bəzi 
məhsulları qurudulmuş şəkildə Rusiyanın 
və Avropanın bir çox şəhərlərinə ixrac 
edilirdi.
409
 
Şəhərdə və onun ətrafında 45 
dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd 
xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük 
dəyirmanları sayılırdı. XIX əsrin 30-cu illərində İrəvan şəhərində 2318 nəfər 
sənətkarlıqla məşğul olurdu. Onlardan 1436 nəfərini azərbaycanlılar, 468 
nəfərini yerli ermənilər, 386 nəfərini isə İrandan köçürülüb gətirilən ermənilər 
təşkil edirdi.
410
 
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və onun ətrafında 
iki erməni kilsəsinin adları çəkilir. Göy məscid (
yaxud Hüseynəli xan), Qala 
məscidi (
Sərdar, yaxud Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud 
Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb 
paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan 
408 
 Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов. 1801-
1917гг. Ереван: Изд-во Ереванского Университета, 1978
409 
 Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Россий-
ской империи. СПб., 1852
410 
 Yenə orada
Qadın portreti.  
Mirzə Qədim İrəvani


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə