ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə81/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   77   78   79   80   81   82   83   84   ...   95

- 223 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
XX iddia 
“İrəvan qədim erməni şəhəridir”
Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, 
Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o 
qədər əziz və doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi 
Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, 
Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası 
dövlətlərinin tərkibinə daxil olmuşdu. Yalnız 1918-ci ildə Cənubi Qafqazda 
ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına 
çevrilmişdi. 
İrəvan şəhəri 40°08’ şimal en dairəsi və 44°10’ şərq uzunluğunda, Ağrı 
vadisinin şimal-şərq hissəsində, dəniz səviyyəsindən təqribən 900-1000 metr 
yüksəklikdə yerləşir. 
Yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı 
mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində 
rus qoşunları tərəfindən işğal 
edildikdən sonra şəhərin 
adı Erivan (
Эривань) kimi 
yazılmışdı. Bu şəhər 1936-cı 
ildə Yerevan adlandırılmışdır. 
Erməni tarixçiləri şəhərin 
adını Urartu çarı I Argiştinin 
dövründə (
eramızdan əvvəl 782-
ci ildə) salınmış Erebuni (İrpuni
qalasının adı ilə bağlamağa 
çalışırlar. Erebuni qalası yalnız 
hərbi-istehkam məqsədilə inşa 
edilmişdi və onun ətrafında heç 
vaxt şəhər infrastrukturu 
formalaşmamışdı. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, 
qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də zaman 
baxımından əlaqəsi olmuşdu. Yerli əhalinin “Qanlıtəpə”, hazırda isə ermənilərin 
“Arinberd” adlandırdıqları bu təpə İrəvan şəhərinin cənub-şərq istiqamətində 
yerləşir. 1879-cu ildə rus arxeoloqu A.İvanovski İrəvan ətrafındakı Çölməkçi 
kəndində üzərində mixi yazıları olan və Urartu çarı I Argiştinin hakimiyyəti 
İrəvan ətrafında tapılmış  
Urartu mixi yazıları


- 224 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdi.
390
 Sonradan həmin 
ərazidə üzərində mixi yazıları olan daha bir neçə daş aşkar edildi. 
Qədim İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı 
üzə çıxan Erebunu qalası arasında xeyli məsafə var idi. Yalnız XX əsrin ikinci 
yarısından Erebuni qalasının yerləşdiyi Qanlıtəpə şəhərətrafı əraziyə daxil 
edilmişdi. Urartulular dövrünə aid tapılan mixi yazılarından aydın olmuşdu ki, 
eramızdan əvvəl VIII əsrin birinci rübündə Ağrı vadisi (
Araz çayının sol sahili və 
Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza 
xalqının ölkəsi adlanırmış.
391
 
İrəvanın Urartu çarı I Argişti tərəfindən əsası qoyulan Erebuni (
İrpuni
qalası ilə eyniləşdirilməsi ermənilər tərəfindən tarixin saxtalaşdırılmasının 
bariz nümunəsidir. 
Akademik Boris 
P i o t r o v s k i n i n 
milliyyətcə erməni 
olan arvadının 
xatirinə irəli sürdüyü 
“Ola bilər ki, Urartu 
şəhəri Erebuninin 
adı Ermənistanın 
paytaxtı İrəvan 
şəhərinin adında 
yaşamaqda davam 
edir”
392
 fərziyyəsi 
ermənilərə imkan verdi ki, İrəvanı Erebuni kimi təqdim etsinlər. Bununla da 
1968-ci ildə İrəvanın “2750 illik yubileyi” təntənəli surətdə qeyd edildi. Bununla 
da ermənilər dünyaya car çəkdilər ki, guya İrəvan şəhəri qədim Romadan 30 yaş 
“böyük” imiş.  
”İrəvan” toponiminin “ermənicə danışan” Nuh peyğəmbərlə bağlanması da 
erməni tarixçilərinin yalan uydurmaqda necə mahir olduqlarının göstəricisidir. 
Erməni mifologiyasına görə, dünyanı su basarkən Nuh peyğəmbərin 
düzəltdirdiyi gəmi Ararat (
Ağrı) dağının zirvəsinə yan alıbmış. Su çəkiləndə 
Nuh peyğəmbərin guya quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “yereval” 
(
yəni ermənicə “göründü”) olmuşdu. Həmin görünən yer isə guya indiki İrəvan 
şəhərinin mövcud olduğu ərazi imiş. Erməni yazıçısı Xaçatur Abovyan rus 
390 
Оганесян К. Арин-берд (Ганли-тапа) – урартская крепость города Ирпуни. Известия Академии Наук 
Армянской ССР, № 8, 1951
391 
 Арутюнян Н.В. Биайнили (Урарту). Ереван: АН Армянской ССР, 1970
392 
 Пиотровский Б.Б. Ванское царство (Урарту). Москва: Изд-во Вост. Лит, 1959
İrəvanda Xan bağı


- 225 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dilində qələmə aldığı “Краткий исторический очерк г. Эривани” başlıqlı 
məqaləsində yazır: “
Erməni yazıçıları eramızın XIII əsrinin əvvəllərinədək 
İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən 
etibarən oranı “kiçik yer” adlandırırlar. Xalq arasında gəzən rəvayətə görə, 
guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud erməni sözü olan 
yerevil, yerevan, yəni “gördü”, “göründü” sözlərindən əmələ gəlib və guya 
Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin 
yerləşdiyi ərazidə görərkən onu bu cür adlandırmışdı. Bu, tamamilə 
uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə 
iranlılar (yəni Qaraqoyunlu əmirləri – N.M.) buranı zəbt etdikdən sonra 
məşhurlaşmışdı. O dövrdən 1827-ci ilədək İrəvan gah iranlılar, gah da 
türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər 
xalqın əlinə keçmişdi... Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan 
şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa 
və iranlılar tərəfindən 33 xan idarə etmişdi...”.
İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (
Hayastan) adlandırılan əraziyə 
ermənilər (
haylar) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən 
sonra missionerlər kimi gəlmişdilər. Haylar ərəb xilafəti dövründə islam dinini 
qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib 
çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri 
quraşdırılmışdı.
Ərəb xilafətinin qoşunları ilk dəfə 642-ci ildə Cənubi Azərbaycan və 
Naxçıvan üzərindən indiki Ermənistan ərazisinə daxil olmuşdu. Xilafət 
dövründə Cənubi Qafqazdakı əmirliklərin idarəçiliyi bir qayda olaraq türklərə 
həvalə edilirdi. Erməni tarixçisi A.Ter-Gevondyan yazır: “
Əgər Ərəb xilafəti 
dövründə İrəvan şəhər kimi mövcud olmuş olsa idi, ticarət yolu da oradan 
keçərdi. Lakin Ərəb xilafəti dövründən bəhs edən erməni müəllifləri qeyd 
edirlər ki, həmin dövrdə karvan yolu İrandan Naxçıvan-Dvin (Dəbil
üzərindən kiçik Asiyaya yönəlirdi”.
393
 
Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə Qaraqoyunlu 
hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun iqamətgahının 
Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (
Üçkilsə) kilsəsinə 
köçürülməsindən sonra başlamışdı. 
Şəhər kimi orta əsrlərdə formalaşan bu qala-şəhər, eyni zamanda 
Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdu. İrəvan şəhəri 
bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-
393 
  Խաչատուր  Աբովյան.  Երկերի  լիակատար  ժողովածու,  հ.  VIII,  Երևան,  1958, (Xaçatur 
Abovyan. Seçilmiş əsərləri (erməni dilində), VIII cild, Yerevan, 1958


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə