ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə83/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   79   80   81   82   83   84   85   86   ...   95

- 229 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
məscidlər, karvansaralar, hamamlar, istirahət parkları inşa edilmişdi. Şəhərə 
Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində 
İrəvan bağlar diyarına çevrilmişdi.
1679-cu il iyunun 4-də İrəvanda baş verən zəlzələ şəhərin bütün 
tikililərini darmadağın etsə də, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku 
bəylərbəyliklərinin köməyi ilə tezliklə bərpa edilmişdi. 
Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar 
sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (
1605-1625-ci illər) tərəfindən 
ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (
1762-1783-cü illər
tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd 
xan (
1784-1805-ci illər) sarayın Şüşəbənd adı ilə də tanınan Güzgülu salonunu 
və Yay imarətini inşa etdirmişdi.
İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (
çay, göl, bulaq və s.), 
oronimlərin (
dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, 
küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir 
daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən 
olmuşdu. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan 
maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər 
hansı nümunəyə rast gəlinməmişdir. 
Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri olduqca münbit və 
bərəkətli torpaqlarla əhatə olunmuşdu. Məşhur İrəvan bağları və bostanları 
İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri 
kanallarla suvarılırdı. Zəngi çayından şəhərdəki və ətrafdakı bağları suvarmaq 
üçün 4 kanal – Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları çəkilmişdi.
397
 
Şəhərin cənubundakı bağlar isə Qırxbulaq çayından çəkilən kanal və arxlarla 
suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin 
əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan 
ərazidəki çoxsaylı bulaqlar, Gedər çayının şəhər bağlarından keçən hissəsində 
tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə 
təmin edilirdi. XX əsrin əvvəllərində İrəvandan təqribən 19 km uzaqlıqda Gedər 
çayının mənbəyindən (
Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin 
çəkilməsində şəhərin imkanlı azərbaycanlılarından Abbasqulu xan İrəvanskinin 
müstəsna xidmətləri olmuşdu.
398
 
Fransız səyyahı Jan Şardən “Parisdən İsfahana səyahət” əsərində 1673-cü ildə 
İrəvanda gördüklərini geniş şəkildə təsvir etmişdi. İrəvan qalasını, Xan sarayını 
397 
 Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов. 1801-
1917 гг. Ереван: Изд-во Ереванского Университета, 1978
398 
 Акопян Т. Очерк истории Еревана. Ереван: Изд-во Ереванского Университета, 1977


- 230 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
təsvir edən Şardən yazırdı ki, təxminən 800 evdən ibarət olan qala kiçik bir 
şəhərdən böyükdür, orada ancaq təmizqanlı səfəvilər yaşayırlar.
399
 “Təmizqanlı 
səfəvilər” dedikdə, müəllif İrəvanın şiə məzhəbli türk qızılbaş əhalisini nəzərdə 
tuturdu.
Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən 
İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. 
Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək 
cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə 
hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət, 1827-ci il oktyabrın 1-də 
ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi 
nəticəsində süqut etdi. 
Türkmənçay (
1828-ci il) və Ədirnə (1829-cu il) sülh müqavilələrinin 
imzalanmasından sonra İrəvan azərbaycanlılarının qara günləri başladı. İrəvan 
və Naxçıvan xanlıqlarının işğalından sonra yaradılan yeni inzibati-ərazidə - 
“Erməni vilayəti”ndə 1829-1831-ci illərdə kameral siyahıyaalma keçirən İvan 
Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik məlumatlarda 
şəhərdə 2751 ailənin (
11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin 
(
7331 nəfər), 567 yerli erməni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 
erməni ailəsinin (
1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin 
(
48 nəfər), habelə 46 boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığı 
göstərilmişdir.
400
 Yalnız XIX əsrin sonlarında Türkiyədə baş qaldıran erməni 
üsyanlarının yatırılması nəticəsində ermənilərin İrəvan quberniyasına axışıb 
gəlməsindən və 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi qırğınların 
həyata keçirilməsindən sonra İrəvan şəhərində ermənilər say üstünlüyünə nail 
olmuşdular.  
İrəvan qalasının işğalından dərhal sonra, ilk olaraq Osmanlı sərkərdəsi Rəcəb 
paşa tərəfindən 1725-ci ildə inşa etdirilmiş məscidin günbəzindəki ayparanı 
çıxararaq onun yerinə xaç asmış, minarəsində isə kilsə zəngi quraşdıraraq 
pravoslav kilsəsinə çevirmişdilər. Qaladakı Sərdar məscidini rus qoşunlarının 
arsenalına çevirmiş, xanın hərəmxanasını isə hospital etmişdilər.
401
 Yeni 
yaradılan “Erməni vilayəti”nin administrasiyası Xan sarayında yerləşirdi. 
İmperator I Nikolayın Şimali Azərbaycan xanlıqlarının axırıncı istehkamı olan 
əfsanəvi İrəvan qalasını görmək arzusu 1837-ci ildə reallaşmışdı. I Nikolay 
399 
 Şardən J. Səyahətnamə (fransız dilindən tərcümə edən V.Aslanov). Bakı: Azərnəşr, 1994
400 
 Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Россий-
ской империи. СПб., 1852
401 
  Հակոբյան  Թադևոս.  Երևանի  պատմությունը  (1500-1800  թթ.).  Երևանի  համալսարանի 
հրատարակչություն, 1971 (Hakopyan Tadevos. Yerevanın tarixi (1500-1800). İrəvan, 1971


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə