ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə78/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   74   75   76   77   78   79   80   81   ...   95

- 215 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
beynəlmiləlçilik ənənələrinə sadiq olan Azərbaycan partiya təşkilatı 
Dağlıq Qarabağ Muxtar Vilayətində xalq təsərrüfatının sürətli inkişafına 
nail olmaq üçün əlindən gələn hər şeyi edir. Bunu aşağıdakı rəqəmlər aydın 
göstərir. Adambaşına məcmu ictimai məhsulun artımı 1960-cı ildəkinə 
nisbətən 1973-cü ildə bütövlükdə Azərbaycanda 149,5 faiz, DQMV-də 
isə 250 faiz olmuşdur. Həmin müddətdə sənaye məhsulları istehsalı 239 
faiz, DQMV-də isə 
281 faiz  artmışdı. 
Azərbaycan SSR-
də əsaslı vəsait 
qoyuluşu 219 faiz, 
DQMV-də isə 417 
faiz, Azərbaycan 
SSR-də əmtəə 
dövriyyəsi 249 faiz, 
DQMV-də isə 279 
faiz, Azərbaycan 
SSR-də əhaliyə 
məişət xidməti 540 faiz, DQMV-də isə 550 faiz, bütünlükdə respublikada 
ictimai-mədəni tədbirlərə ayrılan vəsait adambaşına 200 faiz, DQMV-
də isə 220 faiz artmışdı. Hər cür böhtanlar uyduran, siyasi cəhətdən 
yetkin olmayan, geri qalmış adamlar bu rəqəmlərin qarşısında nə deyə 
bilərlər?!”.
372
 
1969-cu ildə DQMV Statistika İdarəsinin rəisi A.Zaxaryanın rəhbərliyi 
altında Xankəndidə (
Stepanakert) çap edilən “Dağlıq Qarabağ Sovet hakimiyyəti 
illərində” statistik məlumat kitabında göstəricilərin saxtalaşdırılmasına 
baxmayaraq, muxtar vilayətdə əvvəlki illərlə müqayisədə iqtisadiyyatın və sosial 
sferanın bütün sahələrində yüksək göstəricilərə nail olunduğu həm mətnlərlə 
ifadə edilmiş, həm də cədvəllər şəklində göstərilmişdi. B.Kevorkovun 1975-
ci ilin mart plenumunda vurğuladığı kimi, statistik göstəricilər A.Zaxaryan 
tərəfindən qəsdən saxtalaşdırılmasaydı, daha yüksək göstəricilər təsbit 
edilmiş olardı. Bununla belə, həmin statistik məlumat kitabının sonunda 
muxtar vilayətin iqtisadi və mədəni inkişafının əsas göstəricilərinin dünyanın 
müxtəlif ölkələrindəki vəziyyətlə müqayisəli cədvəlləri də verilmişdi. Həmin 
cədvəllərdən bəzilərinə nəzər salaq:
372 
  Kevorkov B. Beynəlmiləlçilik bayrağını daim uca tutacağıq. “Azərbaycan kommunisti” jurnalı, 1975, № 5
Xankəndinin abad yaşayış evləri


- 216 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İbtidai və ümumtəhsil məktəblərində əhalinin hər 1000 nəfərinə düşən şagirdlərin sayı
373
Tədris ili
Şagirdlərin sayı
DQMV
1962-1963
2143
İran
1961-1962
886
Türkiyə
1961-1962
1241
İraq
1961-1962
1506
İngiltərə
1961-1962
1615
Albaniya
1961-1962
1871
Almaniya Federativ Respublikası
1960-1961
1208
İtaliya
1960-1961
1089
Fransa
1961-1962
1655
Bütün ixtisaslar üzrə 10000 nəfərə düşən həkimlərin sayı
374
İl
Həkimlərin sayı
DQMV
1968
14,5
İran
1964
3,7
Türkiyə
1965
3,8
İraq
1963
2,5
Əfqanıstan 
1962
0,35
Pakistan
1964
1,6
Hindistan
1962
1,8
Kuba
1967
9,0
Yuqoslaviya
1965
9,3
Əhalinin 10000 nəfərinə düşən xəstəxana çarpayılarının sayı
375
İl
Həkimlərin sayı
DQMV
1967
98,6
ABŞ
1965
84.7
Yuqoslaviya
1964
55,3
Rumıniya
1966
76,8
İtaliya
1964
84.2
Türkiyə
1962
16,1
Pakistan
1961
2,9
İraq
1963
21,0
Kuba 
1961
34,0
Əfqanıstan
1962
1,2
 
373 
 Нагорный Карабах за годы Советской власти: краткий статистический сборник.  Степанакерт, 1969
374 
 Yenə orada
375 
 Yenə orada


- 217 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
1968-ci ildə əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm və təbii artım
376
 
Doğum
Ölüm 
Təbii artım
DQMV
27,8
6,9
18,5
ABŞ
84.7
9,6
7,8
İngiltərə
17,1
11,8
5,3
AFR
17,3
11,2
6,1
Fransa
16,9
10,9
6,0
İtaliya
17,6
10,0
7,6
Rumıniya
27,4
9,3
18,1
Yuqoslaviya
19,5
8,7
10,8
Norveç
21,0
9,2
8,8
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra 
Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün 
kompleks tədbirlər həyata keçirilmişdi. 1974-cü ildə Xocalı qəsəbəsində 
aeroportun istifadəyə verilməsindən sonra Azərbaycanın bir sıra şəhərləri ilə 
yanaşı, İrəvan-Stepanakert (
Xankəndi) reysi ilə də uçuşlar həyata keçirilirdi. 
DQMV ərazisində olan, 1993-cü ildən Ermənistan ordusunun işğalı altında 
qalan və baxımsızlıq üzündən qəzalı vəziyyətə düşən, ümumi su tutumu 560 
milyon kubmetr təşkil edən Sərsəng su anbarı və 125 milyon kilovat-saat elektrik 
enerjisi istehsal edən Sərsəng Su Elektrik Stansiyası 1976-cı ildə istifadəyə 
verilmişdi. 1978-ci ildə uzunluğu 107 km olan Yevlax-Stepanakert (
Xankəndi
magistral qaz kəməri istismara verildikdən sonra muxtar vilayətin şəhər və 
kəndləri mavi yanacaqla təmin edilmişdi. 1979-cu ildə Bakı-Stepanakert 
(
Xankəndi) dəmiryol xəttinin istifadəyə verilməsi sərnişinlərin və yüklərin 
daşınmasını xeyli dərəcədə sürətləndirmişdi. Yevlax-Şuşa-Laçın-Naxçıvan 
magistral yolu eyni zamanda, DQMV-ni Ermənistanla bağlayırdı. DQMV-nin 
sənaye müəssisələrində istehsal olunan məhsullar keçmiş SSRİ-nin Bratsk, 
Voljsk, Rustavi, Nəvai, Surqut, Sumqayıt şəhərlərinə, Manqışlak vilayətinə 
göndərilirdi. Muxtar vilayətdəki fabrik və zavodlar xammalı və avadanlıqları 
əsasən Bakıdan, Gəncədən, Sumqayıtdan və Mingəçevirdən alırdı.
377
“Проблемы мира и социализма” jurnalının 1977-ci il iyun nömrəsində 
Hindistan Kommunist Partiyası Milli Şurasının üzvü Sarada Mitranın və İraq 
KP MK-nın üzvü Adel Xabanın imzası ilə “Biz millətlərin qardaşlığını gördük” 
başlıqlı məqalə dərc edilmişdi. Məqalə müəllifləri erməni separatçılarının 
376 
 Yenə orada
377 
 Муслюмов И., Мосесова И., Саркисян Е. Советский Нагорный Карабах: торжество Ленинской нацио-
нальной политики. Баку: Азернешр, 1983


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə