kəsici alətlər, bizlər və bıçaq tipli alətlər qeydə alınmışdır.
Maraqlıdır ki, alətlərin əksəriyyəti çaxmaq və də- vəgözü
daşlarından hazırlanmışdır. Damcılı düşərgəsinin maddi
mədəniyyət nümunələri qarışıq haldadır. Ona görə də ancaq
tipoloji metod əsasında əmək alətləri tədqiq olunmuşdur.
Ümumiyyətlə, Azərbaycanda hələlik üst Paleolit
mədəniyyəti olduqca zəif öyrənilmişdir. Ona görə də
respublikamızın ərazisində bu mədəniyyətin xarakterik
xüsusiyyətlərini geniş tədqiq etmək üçün arxeoloji material
olduqca azdır. Bunun üçün arxeoloji kəşfiyyat işləri
aparılması məqsədəuyğundur.
Maraqlıdır ki, üst Paleolit mədəniyyətinə aid əmək
alətləri Masallı rayonu Hişkədərə kəndi ərazisində,
Kəlbəcərin Zar və Qobustan yaşayış düşərgələrindən də
tapılmışdır. Hişkədərədən tapılmış bu alətlər olduqca nəcim
işlənmiş və hər ikisi çaxmaq daşından hazırlanmışdır.
Gələcəkdə Azərbaycan ərazisində aparılacaq arxeoloji
tədqiqat işləri üst Paleolit mədəniyyətinə aid yeni abidələrin
tapılmasına şərait yaradacaqdır.
78
MEZOLİT VƏ NEOLİT MƏDƏNİYYƏTLƏRİ
Arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, 12 min
il bundan əvvəl üst Paleolit Mezolit mədəniyyəti ilə əvəz
olunmuşdur. Mezolit yunan sözünün birləşməsindən əmələ
gəlib orta Daş dövrü deməkdir.
Avropada aparılan arxeoloji tədqiqatlar zamanı Mezolit
dövrünə aid bir neçə mədəniyyət qeydə alınmışdır. Mezolit
dövrünə aid abidələrdə aparılan arxeoloji qazıntılar zamanı
zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Artıq Mezolit dövründə ox və yay geniş yayılmışdır. Bu
dövrdə daş alətlər olduqca təkmilləşmiş və daha nəcim
alətlər hazırlanmağa başlanmışdı. Mezolit dövründə at,
donuz və s. heyvanlar əhliləşdirilmişdi.
Azərbaycan respublikası ərazisində aparılan arxeoloji
tədqiqatlar nəticəsində Mezolit dövrünə aid maddi
mədəniyyət nümunələri Qazax rayonu ərazisində yerləşən
Damcıh mağarasında və Qobustanda aşkar olunmuşdur.
Damcıh mağarasında aparılan arxeoloji qazıntılar zamanı
əsasən hazırlanmış itiuclular, üçbucaq, seqment, trapes kimi
həndəsi formalı alətlər, bıçaqlar, kəsici alətlər, bizlər və s.
tipli əmək alətləri tapılmışdır.
Azərbaycan ərazisində Mezolit dövrünə aid ən zəngin
arxeoloji tapıntılar Qobustandan əldə olunmuşdur. Qobustan
Bakı şəhərindən 65 km cənubda, Xəzər dənizinin sahilində
yerləşir. Burada ən mühüm arxeoloji tapıntılar Böyükdaş,
Kiçikdaş və Çingirdağ sahələrindən aşkar olunmuşdur. Bu
abidələrdən Azərbaycan xalqının Mezolit dövründə
başlanmış tarixi mədəniyyəti və incəsənəti ilə bağlı çoxlu
yaşayış düşərgələri, kurqanlar, qayaüstü təsvirlər qeydə
alınıb tədqiq olunmuşdur.
Qobustanda ilk dəfə arxeoloji tədqiqat işlərini mərhum,
arxeoloq, etnoqraf və tarixçi alim İ.Cəfərzadə
79
1939-cu ildə aparmışdır. Bu ilin elmi tədqiqatları olduqca
uğurlu olmuşdur. Ona görə də İ.Cəfərzadə burada uzun
müddət 1940-1965-ci illərdə arxeoloji tədqiqat işləri
aparmışdır. İ.Cəfərzadə ilə birlikdə onun həyat yoldaşı
rəssam Sofiya xanım Cəfərzadənin Qobustan qayaüstü
rəsmlərinin tədqiq və təbliğ olunmasında böyük zəhməti
olmuşdur. Məhz onların apardıqları elmi tədqiqat işləri
nəticəsində 1973-cü ildə «Qobustan qayaüstü təsvirləri» adlı
mühüm elmi əsər çapdan çıxmış və tez bir zamanda geniş
elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.
Qobustan ərazisində İ.Cəfərzadənin apardığı elmi
tədqiqat işləri nəticəsində 750 daş üzərində 3500-dən artıq
qayaüstü təsvir qeydə alınıb tədqiq olunmuşdur.
1966-cı ildən bu günə qədər Qobustan ərazisində
arxeoloji qazıntı işləri
C.N.Rüstəmov
və
F.M.Muradova tərəfindən aparılır. Onların Qobustanda
apardıqları arxeoloji tədqiqatlar nəticəsində «Ana zağa»,
«Ovçular zağası», «Firuz», «Sonqar», «Ceyranlar»,
«Böyükdaş», «Dairə», «Çapmalı» yaşayış yerlərində və
30-dan artıq kurqanlarda arxeoloji qazıntı işləri aparılmışdır.
Qeyd olunan abidələrdə tədqiqat işləri aparılmışdır.
Tədqiqatlar zamanı 55 mindən artıq maddi mədəniyyət
nümunələrinin qalıqları tapılmışdır. Bunlar çaxmaqdaşı,
çaydaşı və sümük məmulatından hazırlanmış əmək alətləri,
ox ucları, tunc silahlar, gil qab nümunələri, müxtəlif
materialdan bəzək əşyaları və başqa predmetlərdən ibarətdir.
Çaxmaqdaşından hazırlanmış əmək alətləri sırasına əsasən
mikroölçülü iti udular, üçbucaq, seqment, trapes kimi
həndəsi formalı yığma alət dişləri, bıçaqlar, qaşovcuqlar,
bizlər, kəsərlər, isgənə tipli alətlər və s. daxildir. Maraqlıdır
ki, daş məmulatı içərisində kiçik nukleuslardan qoparılmış
bı- çaqvarı lövhələr xüsusilə diqqəti cəlb edir.
Qobustanda aparılmış arxeoloji tədqiqatlar nəticəsində
aşkar olunmuş qayaüstü rəsmlərin sayı 6 mindən
80
artıqdır. Tədqiqatçıların fikrinə görə yumşaq əhəng daşları
üzərində qazılmış bu şəkillər heç də o dövr rəssamlarının
bizim üçün yadigar qoyduğu qədim həyat dastanı - daş kitab
vərəqələrinin hamısı deyil. Onların demək olar ki, cəmi 5-10
faizi qalmış, qalanları minilliklər boyu yağış sularının
yuması, külək və tufanların təsiri nəticəsində əhəng daşı ilə
birlikdə ərimiş, aşınmış, lay-lay qopub düşmüş və bizə gəlib
çatmamışdır. Qayaüstü rəsmlərin bir hissəsi isə qədim
düşərgə və yaşayış yerlərində əmələ gəlmiş mədəni torpaq
təbəqələrinin altında qalmışdır.
Qobustan qədim yaşayış düşərgəsində aparılan
arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, Me-
zolit və Neolit mədəniyyətləri dövründə Qobustan sakinləri
əsasən daş alətlərdən istifadə etmiş, ovçuluq və balıqçılıqla
məşğul olmuşlar.
Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində ən
mühüm tapıntılardan biri Mezolit dövrünə aid qəbir
abidəsinin aşkara çıxarılmışdır. Burdan 12 insan skeleti aşkar
olunmuşdur. Firuz düşərgəsində açılmış son Mezolit dövrü
qəbrindəki insanların kəllə sümüklərinin antropoloji
quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur
ki, onlar müasir azərbaycanlıların ulu babalarıdır. Məhz bu
insanlar Qobustanın maddi mədəniyyət abidələrini yaratmış
və burada uzun müddət məskunlaşmışlar.
Azərbaycan ərazisində Mezolit dövrünə aid aşkar
olunmuş maddi mədəniyyət nümunələrinn bir-biri ilə oxşar
və fərqli cəhətləri vardır. Xüsusilə Damcıh mağarasının daş
məmulatı ilə Qobustanın əmək alətləri içərisində oxşar və
fərqləndirici xüsusiyyətlər müəyyən olunmuşdur. Maraqlıdır
ki. Qobustanda çaydaşı, əhəngdaşı alətləri, zəngin olduğu
halda Damcılmm daş məmulatı içərisində isə belə alətlər
qeydə alınmamışdır.
Maraqlıdır ki. Qobustanda aparılan arxeoloji qazıntılar
zamanı çoxlu heyvan sümükləri də tapılmışdır.
81
Dostları ilə paylaş: |