15
Film Fiction | Yanvar, №5
’’Qu quşu yuvasının üzərindən uçuş’’
(One flew over on the cuckoo’s nest)- Miloş
Forman
Miloş Formanı bəyənməsəm də bu filmin
rejissor işi çox gözəldir. Maraqlı cəhət isə
rejissorun aktyorların mimikasını gözdən
qaçırtmamağıdır.
‘’400 zərbə’’ (400 Blows)- Fransua
Trüffo
Fransa Yeni Dalğasının əsas filmlərindən
biri, bəlkə də birincisi. Sonuncu kadrlar həddən
artıq ağırdır, baxmayaraq ki, uşaq qaçır.
Nostalgiya- Andrey Tarkovski
Tarkovskinin sürgün vaxtlarının məhsulu olan
film, sırf rejissor işi və səhnələrin rəngarəngliyi
baxımından fərqlənən filmdir. Gələcəkdə
rejissor olmaq istəyən şəxslər bu filmdən bir
çox kadrlar oğurlaya bilərlər.
‘’Ağ pişik, qara pişik’’ (Чёрная кошка,
белый кот)- Emir Kusturiça
Bu filmi Venetsiya film festivalından
sonra kino tənqidçilər ayaq üstə alqışlayıblar.
Kusturiça kadrlarıyla boldur. Rejissor təbiətdən
və qaraçı havasından gözəl yararlanıb.
‘’Üç Meymun’’ (Üç Maymun) – Nuri Bilge
Ceylan
Bu sənətkarın ‘’Uzaq’’, ’’İklimlər’’ və ya
‘’Bir zamanlar Anadoluda’’ filmləri var, amma
rejissor işi bu filmdə daha üstündür, son
filmindəki rejissor işi də bu filmə yaxınlaşsa da
tam keçə bilməyib.
‘’Babil’’ (Babel)- Alexandro Qonsales
İnarittu
İnarittunun ‘’Amorres Perros’’u daha çox
məşhurdur, amma ‘’Babil’’ filmindəki tryukları
çox fərqlidir. İnarittunun rejissorluğunun
fərqliliyi ‘’Biutiful’’da təkrarlansa da, ilk ‘’Babil’’
olduğu üçün bu filmi seçdik.
’’Million Dollarlıq Otel’’ (The Million
Dollar Hotel)- Wim Wenders
Wim Wendersin ən uğurlu işlərindən
biridir. Səhnələri çox incəliklə işlənib.
’’Adi əhvalat ‘’ (The Straight Story)-
Devid Linç
Devid Linçin bu filmi sadəcə və sadəcə
səbr işidir. Yolların tənhalığı bu filmin
kadrlarında göstərilib.
“Qayıdış” (Возвраще́ние)- Andrey
Zvyaqinsev
Rusiyada yeni Tarkovski doğulub sanki,
amma belə deməklə Zvyaqinsevi kiçiltmək
istəməzdim… Çox gözəl filmdir…
16
Film Fiction | Yanvar, №5
“Salo və ya Sodomda 120 gün’’ (Salo or
120 days of Sodom) - Pyero Paolo Pazolini
Bu filmi bu siyahıya sırf rejissorun
cürətinə görə salmışam. Həyatına qarşı təhlükə
olan vaxtda bir insanın o təhlükəyə qarşı belə
cavab verməsi dəlilikdir. Bu film Pazolininin
ölümü demək idi.
‘’Cinayətin Elementi‘’ (Element of
Crime)- Lars Von Trier
Trierin ilk işidir və rejissor işi Tarkovski
stilindədir… Başlanğıcdakı səhnələrdə maraqlı
nüanslara toxunub.
“Prestij” (The Prestige)- Kristofer
Nolan
Kristofer Nolan son dövrlərdə
Hollivuddan çıxan tək-tük fərqli
rejissorlardandır. Nolan ilk öncə ssenariləri
yaxşı işləyir, sonradan isə filmlərdə öz
məharətini göstərir. Bu filmdə dövrün abu-
havasını çox gözəl yaradıb.
«8½» (Səkkiz yarım)- Federiko Fellini
Film sürrealistikadır. Düşündürücü
filmdir, qazandığı mükafatların isə sayı-hesabı
yoxdur.
‘’Əndəlus Köpəyi’’ (Andalusian Dog)-
Luis Bunuel və Salvador Dali
1929-cu il və bu 16 dəqiqəlik film. Öz
dövrü üçün heyranedici bir işdir.
‘’Sonuncu Günlər’’ (Last Days)- Qas
Van Sent
Ölüm trilogiyasının ən gözəl filmi
haqqında 3-cü sayımızda Şahin qeyd etmişdi.
Mən isə bu filmi qeyd etmək istərdim. Rejissor
işi çox gözəldir. Van Sent incəliyinə kimi işləyən
rejissordur. Qeyd edim ki, bu film məşhur
‘’Nirvana’’ qrupunun əfsanəsi Kurt Kobein
haqqındadır.
‘’Doqvill’’ (Dogville)- Lars Von Trier
Belə dekorasiyaları və belə yaşam tərzini
fikirləşən rejissor haqqında çox şey söyləməyə
dəyməz. İşıq effektləri çox gözəldir.
‘’Parıltı’’ (Shining)- Stenli Kubrik
Filmin rejissor işini fərqli edən şey
qorxulu filmdə olan parlaqlıqdır. Adətən
qorxulu filmlər qaranlıq səhnələrlə
xarakterikdir, amma bu filmdən başqa. Kubrik
hansı janrda çəkibsə, şedevr yaradıb.
17
Film Fiction | Yanvar, №5
‘’Geniş qapalı gözlərlə’’ (Eyes Wide
Shut)- Stenli Kubrik
Dahi rejissorun sonuncu filmi. Bu film
ona ölümü bəxş edib. Filmdə olan sirrli
hadisələr bəlkə də Kubrikin həyatına da
yansıyıb. İşıqdan istifadə yenə də fərqlidir.
‘’Rasemon’’ (Rasemon)- Akira
Kurasava
Bu film dünya şedevrlərinin siyahısına
daxil olub və bir çox rejissorların ən
çox sevdiyi
filmlər siyahısındadır. İnqmar Bergman bu
filmin heyranıdır. Takeşi Kitano isə kinonu bu
filmdən öyrənməyi tövsiyyə edir.
“Sərxoş Atlar Zamanı” (A Time for
Drunken Horses) - Bahman Gobadi
Həqiqətən də gözəl işdir. Bahman
Gobadiyə ilk mükafatını qazandırıb.
’’Çiyələk Tarlası’’ (Smultronstället)-
İnqmar Berqman
İnqmar Berqman dünya kinosuna
Skandinaviya soyuğunu gətirən adamdır və bu
filmi rejissor işinə görə şedevr sayılır.
Bir Zamanlar Anadoluda- Nuri Bilge
Ceylan
Nuri Bilgenin son filmi, həm də ən böyük
büdcəli filmidir. Filmin rejissor işi yenə də
maraqlı və Nuri Bilgə stilindədir.
‘’Nifrət’’ (Le mepris)- Jan Lyuk Qodar
Filmdəki tropik hava şəraitinə Qodarın
şüuraltı nifrəti əlavə olunub. Qodar filmin adını
Nifrət adlandırmasaydı, heç kəs bu mövzuya
fikir verməzdi. Və Bricit Bardonun lüt
səhnələri… İlahi, necə də gözəldir.