Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   2   3   4   5   6   7   8   9   ...   16

 

15 


Film Fiction | Yanvar, №5 

 

’’Qu quşu yuvasının üzərindən uçuş’’ 

(One flew over on the cuckoo’s nest)- Miloş 

Forman 

 

Miloş Formanı bəyənməsəm də bu filmin 



rejissor işi çox gözəldir. Maraqlı cəhət isə 

rejissorun aktyorların mimikasını gözdən 

qaçırtmamağıdır. 

 

 



‘’400 zərbə’’ (400 Blows)- Fransua 

Trüffo 

 

Fransa Yeni Dalğasının əsas filmlərindən 



biri, bəlkə də birincisi. Sonuncu kadrlar həddən 

artıq ağırdır, baxmayaraq ki, uşaq qaçır. 

 

 

 



 

Nostalgiya- Andrey Tarkovski 

Tarkovskinin sürgün vaxtlarının məhsulu olan 

film, sırf rejissor işi və səhnələrin rəngarəngliyi 

baxımından fərqlənən filmdir. Gələcəkdə 

rejissor olmaq istəyən şəxslər bu filmdən bir 

çox kadrlar oğurlaya bilərlər. 

 

 

’Ağ pişik, qara pişik’’ (Чёрная кошка, 



белый кот)- Emir Kusturiça

  

 



Bu filmi Venetsiya film festivalından 

sonra kino tənqidçilər ayaq üstə alqışlayıblar. 

Kusturiça kadrlarıyla boldur. Rejissor təbiətdən 

və qaraçı havasından gözəl yararlanıb. 

 

 

 



 

 

‘’Üç Meymun’’ (Üç Maymun) – Nuri Bilge 



Ceylan 

 

Bu sənətkarın ‘’Uzaq’’, ’’İklimlər’’ və ya 



‘’Bir zamanlar Anadoluda’’ filmləri var, amma 

rejissor işi bu filmdə daha üstündür, son 

filmindəki rejissor işi də bu filmə yaxınlaşsa da 

tam keçə bilməyib. 

 

 

‘’Babil’’ (Babel)- Alexandro Qonsales 

İnarittu 

 

İnarittunun ‘’Amorres Perros’’u daha çox 



məşhurdur, amma ‘’Babil’’ filmindəki tryukları 

çox fərqlidir. İnarittunun rejissorluğunun 

fərqliliyi ‘’Biutiful’’da təkrarlansa da, ilk ‘’Babil’’ 

olduğu üçün bu filmi seçdik. 

 

 

 



 

’’Million Dollarlıq Otel’’ (The Million 

Dollar Hotel)- Wim Wenders 

 

Wim Wendersin  ən uğurlu işlərindən 



biridir. Səhnələri çox incəliklə işlənib. 

 

 



’’Adi əhvalat ‘’ (The Straight Story)- 

Devid Linç  

  

Devid Linçin bu filmi sadəcə və sadəcə 



səbr işidir. Yolların tənhalığı bu filmin 

kadrlarında göstərilib. 

 

 

 



 

“Qayıdış” (Возвраще́ние)- Andrey 

Zvyaqinsev 

 

Rusiyada yeni Tarkovski doğulub sanki, 



amma belə deməklə Zvyaqinsevi kiçiltmək 

istəməzdim… Çox gözəl filmdir… 

 

 

 



 

16 


Film Fiction | Yanvar, №5 

 

“Salo və ya Sodomda 120 gün’’ (Salo or 

120 days of Sodom) - Pyero Paolo Pazolini 

 

Bu filmi bu siyahıya sırf rejissorun 



cürətinə görə salmışam. Həyatına qarşı təhlükə 

olan vaxtda bir insanın o təhlükəyə qarşı belə 

cavab verməsi dəlilikdir. Bu film Pazolininin 

ölümü demək idi. 

 

 

 



 

‘’Cinayətin Elementi‘’ (Element of 

Crime)- Lars Von Trier 

 

Trierin ilk işidir və rejissor işi Tarkovski 



stilindədir… Başlanğıcdakı səhnələrdə maraqlı 

nüanslara toxunub. 

 

 

“Prestij” (The Prestige)- Kristofer 

Nolan  

 

Kristofer Nolan son dövrlərdə 



Hollivuddan çıxan tək-tük fərqli 

rejissorlardandır. Nolan ilk öncə ssenariləri 

yaxşı işləyir, sonradan isə filmlərdə  öz 

məharətini göstərir. Bu filmdə  dövrün abu-

havasını çox gözəl yaradıb. 

 

 



 

 

«8½» (Səkkiz yarım)- Federiko Fellini 

 

Film sürrealistikadır. Düşündürücü 



filmdir, qazandığı mükafatların isə sayı-hesabı 

yoxdur. 


 

 

‘’Əndəlus Köpəyi’’ (Andalusian Dog)- 

Luis Bunuel və Salvador Dali  

 

1929-cu il və bu 16 dəqiqəlik film. Öz 



dövrü üçün heyranedici bir işdir. 

 

 



 

 

 

‘’Sonuncu Günlər’’ (Last Days)- Qas 

Van Sent  

 

Ölüm trilogiyasının ən gözəl filmi 



haqqında 3-cü sayımızda Şahin qeyd etmişdi. 

Mən isə bu filmi qeyd etmək istərdim. Rejissor 

işi çox gözəldir. Van Sent incəliyinə kimi işləyən 

rejissordur. Qeyd edim ki, bu film məşhur 

‘’Nirvana’’ qrupunun əfsanəsi Kurt Kobein 

haqqındadır. 

 

 

‘’Doqvill’’ (Dogville)- Lars Von Trier  



 

Belə dekorasiyaları və belə yaşam tərzini 

fikirləşən rejissor haqqında çox şey söyləməyə 

dəyməz. İşıq effektləri çox gözəldir. 

 

 

 



 

‘’Parıltı’’ (Shining)- Stenli Kubrik  

 

 Filmin rejissor işini fərqli edən şey 



qorxulu filmdə olan parlaqlıqdır. Adətən 

qorxulu filmlər qaranlıq səhnələrlə 

xarakterikdir, amma bu filmdən başqa. Kubrik 

hansı janrda çəkibsə, şedevr yaradıb. 

 



 

17 


Film Fiction | Yanvar, №5 

 

‘’Geniş qapalı gözlərlə’’ (Eyes Wide 

Shut)- Stenli Kubrik  

 

Dahi rejissorun sonuncu filmi. Bu film 



ona ölümü bəxş edib. Filmdə  olan sirrli 

hadisələr bəlkə də Kubrikin həyatına da 

yansıyıb. İşıqdan istifadə yenə də fərqlidir. 

 

 



 

 

‘’Rasemon’’ (Rasemon)- Akira 

Kurasava 

 

Bu film dünya şedevrlərinin siyahısına 



daxil olub və bir çox rejissorların ən çox sevdiyi 

filmlər siyahısındadır. İnqmar Bergman bu 

filmin heyranıdır. Takeşi Kitano isə kinonu bu 

filmdən öyrənməyi tövsiyyə edir. 

 

 

“Sərxoş Atlar Zamanı” (A Time for 

Drunken Horses) - Bahman Gobadi 

 

Həqiqətən də  gözəl işdir. Bahman 



Gobadiyə ilk mükafatını qazandırıb. 

 

 



 

 

’’Çiyələk Tarlası’’ (Smultronstället)- 

İnqmar Berqman  

 

İnqmar Berqman dünya kinosuna 



Skandinaviya soyuğunu gətirən adamdır və bu 

filmi rejissor işinə görə şedevr sayılır. 

 

 

 



Bir Zamanlar Anadoluda- Nuri Bilge 

Ceylan  

 

Nuri Bilgenin son filmi, həm də ən böyük 



büdcəli filmidir. Filmin rejissor işi yenə də 

maraqlı və Nuri Bilgə stilindədir. 

 

 

 



 

 

 



 

‘’Nifrət’’ (Le mepris)- Jan Lyuk Qodar  

 

Filmdəki tropik hava şəraitinə Qodarın 



şüuraltı nifrəti əlavə  olunub. Qodar filmin adını 

Nifrət adlandırmasaydı, heç kəs bu mövzuya 

fikir verməzdi. Və Bricit Bardonun lüt 

səhnələri… İlahi, necə də gözəldir. 

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə