Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   8   9   10   11   12   13   14   15   16

 

43 


Film Fiction | Yanvar, №5 

KOSMOS 

 

 



 

Film: Kosmos 

Rejissor: Reha Erdem 

Ölkə: Türkiyə- Bolqarıstan 

Janr: Fantaziya, art xaus, dram 

İl: 2009 

İMDB xalı: 7.2 

Film Fiction xalı: 8.5 

 

 

Son illərin ən gözəl art xauslarından biri. 



Reha Erdemin illərdən sonra böyük kinoya 

qayıtması həqiqətən əla alındı. “Həyat var” 

filminin ardınca “Kosmos” filmi ilə nəyə qadir 

olduğunu bir daha sübut etdi.  

Filmin xronometrajı 122 dəqiqə olsa da 

hadisələr bir göz qırpımında, həm də qarışıq 

şəkildə cərəyan edir. Utopik bir film də 

adlandırmaq olar “Kosmos”u. Reha Erdemin bu 

filmi kinomanlara Paolo Pazolininin 

“Teorema”sını, Trierin “Doqvill”ini xatırladacaq. 

İndi isə bir az ətraflı... 

 

Dağları aşaraq təngnəfəs bir nəfər kəndə 



doğru qaçmaqdadır. Bu zaman çaya düşən bir 

uşaq görünür. Həmin bir nəfər bu uşağı xilas 

edir. Uşağın bacısı isə qardaşının çayda 

boğulduğuna əmin olduğundan bu naməlum 

insanın qardaşını diriltməsini, bu insanın şəfalı 

olması xəbərini verir atasına. Və beləliklə 

naməlum, özünü Kosmos kimi təqdim edən 

qonaq sərhəddə yerləşən kiçik bir kəndin 

sevimlisinə çevrilir. Bir-birinin ardınca xəstəliyi 

olan insanlara şəfa verən Kosmosu heç vaxt 

yemək yeyərkən, yatarkən görmək mümkün 

deyil. Qidası ancaq bol şəkər və çaydı. O 

asanlıqla yüksək ağaclara dırmaşa, ən nazik 

budaqlarında rahatlıqla otura bilir. Xilas etdiyi 

uşağın bacısı ilə isə aralarında mənəvi bağlılıq 

yaranır. Bir-birilərini quş səsləri çıxararaq 

axtarır və heyvanlar kimi oynayırlar. Kəndin hər 

insanı onu tanıyır və bu çox kiçik kənd get-gedə 

onu sıxmağa başlayır. Kömək etdiyi insanlarda 

axtardığı sevgini görmür. Özünü Allah qonağı 

adlandırsa da insanlar onunla ünsiyyətdən, onu 

anlamaqdan qaçırlar. Beləliklə anlaşılmazlıqlar 

yaranır və bu anlaşılmazlıqlar dözülməz həddə 

çatmağa doğru gedir.  

 

Kosmos obrazında Reha Erdemin nəyi və 



ya kimi anlatmaq istədiyi tam açıqlanmır. Ən 

maraqlısı odur ki, rejissor bu filmdə Freyd və 

Nitşe fəlsəfəsini ortaq nöqtəyə gətirib 

Kosmosun obrazı ilə. Sevginin hər şeyə qadir 

olmasını anlatmağa çalışan qəhrəman həm də 

insanın heyvandan fərqini tapmaqda acizdir. 

Yəni demək olmaz ki, Kosmos necə bir insandır. 

Yaxşı ya pis. Onda bu xüsusiyyətlər yoxdur. 

 

Haradan gəldiyi məlum deyil, hara 



gedəcəyi də bilinmir. Tərki dünya bir halı var və 

asanlıqla hər kəsin rəğbətini qazana bilir. Film 

olduqca gözəl alınıb. Təsadüfi deyil ki, 2009-cu 

il “Antalya film festivalı”nda film “Ən yaxşı film”, 

“Ən yaxşı rejissor”, “Ən yaxşı görüntü rəhbəri”, 

“Özəl jüri mükafatı” nominasiyalarında laureat 

oldu. Bundan başqa daha 3 beynəlxalq film 

festivallarında qalib oldu. Bir maraqlı faktı da 

nəzərinizə çatdırım ki, filmdə “Daşlı qala” 

mahnısından elə azəricə istifadə olunub. Əgər 

qarlı qış, uzun və qarmaqarışıq art xaus 

həvəskarısınızsa, bu film izlənməsi gərəkən 

ekran əsəridir. 

 

 



 

 

 



 

 



 

44 


Film Fiction | Yanvar, №5 

Ben X 

 

 

 

Film- Ben X 



Rejissor- Nik Baltazar 

Ölkə- Belçika 

Janr- Psixoloji, dram 

İl: 2007 

İMDB xalı- 7.5 

Film Fiction xalı: 8.0 

 

 

2007-ci il  istehsalı olan filmin rejissoru 



Nik Baltazardır. Filmin ssenarisi elə rejissorun 

“Nothing Was All He Said” romanı əsasında 

ekranlaşdırılmışdır. Rejissor müsahibələrindən 

birində qeyd edib ki, romanı real hadisələrə 

əsaslanaraq yazıb. Mükafat sarıdan kasad olsa 

da, film çox uğurlu alınıb. Qeyd edim ki, bu 

rejissor kimi Nikin ilk və hələ ki uzun metrajlı 

film kimi tək işidir.  

 

Ben X” psixoloji yüklü çox ağır bir 



filmdir. Film Ben adlı autizm xəstəsi olan bir 

oğlanın başına gələnlərdən bəhs edir. O 

ətrafındakı həmyaşıdlarından çox seçilir. 

Həddindən çox özünə qapalı biridi. Elə bu da 

onu ətrafındakılardan fərqləndirir. Həyatının 

çox hissəsini “Ben X” niki ilə qeydiyyatda olduğu 



“ArchLord” adlı onlayn oyunu oynamaqla 

keçirir. Həyatında ona ən yaxın olan biri oyunda 

onunla birgə iştirak edən, realda heç vaxt 

görmədiyi Skarlet adlı bir qızdır. Ben həddən 

artıq bu oyuna qapılır. Hətta real həyatı da 

oyunun bir hissəsiymiş kimi təsəvvür edir. Artıq 

hər kəsdən bezib. Hər günü eyni səhərlə açdığı 

anasından, böyük qardaşlıq etməyə məcbur 

olduğu balaca qardaşından, heç vaxt ona lazımi 

anlarda nə məsləhət verəcəyini bilməyən 

atasından.  

 

Ben “Archlord”da ən güclü, sayılıb 



seçilən oyunçulardan biridir. Lakin real 

həyatında heç də belə biri deyil. Belə olmağa 

özünü məcbur etsə də autizm xəstəsi 

olduğundan bu ona istədiyi kimi olmağa imkan 

vermir. Məktəbdə hər kəs ona lağ edir, onu ələ 

salır, heç kim dostluq etmir. Ən çox onu narahat 

edən isə məktəbin Desmet və Boqert adlı ən 

avara uşaqlarıdı. Hər dəfə ona qarşı sərt hərəkət 

etsələr də, iyrənc zarafatları ilə Beni bezdirsələr 

də Ben həmişə susur. O heç kimi dinləmir, heç 

kimlə danışmırdı. Artıq hər şeydən cana 

doymuşdu. Və o ölmək istəyirdi. 

 

Valideynləri uşaqlıqdan onun 



digərlərindən fərqli biri olduğunu anlamışdılar. 

Buna görə də onu bir çox psixoloq, həkim 

yanına aparmışdılar. Ben əqli cəhətdən heç 

kimdən geri qalmırdı. Əksinə onun hər kəsdən 

üstün zəkası var idi. Amma özü ola bilmirdi. 

İstədiyi kimi biri olmaq?! Bunun üçün addım ata 

bilməyəcək qədər qorxaq, cəsarətsiz biri idi, 

“Ben X” kimi virtual dünyada çox güclü biri olsa 

da. Amma hər şey bir gün dəyişir. Skarletin 

onunla görüşmək istəməsindən sonra hər şey 

dəyişir.   

 

Filmdə baş verən hadisələr o qədər də 



real həyatınızda gördüklərinizdən fərqlənmir. 

Hər yerdə “Ben” kimi insanlar var. Bəlkə elə siz 

də onlardan birisiniz və ya əksinə onun kimiləri 

qəbul etməyib uzaqlaşanlardan, yaxud Desmet 

və Boqert kimi belə insanları alçaldanlardan. 

Fərq etmir siz bu personajlardan hansına 

bənzəyirsiniz. Çünki bu filmdə hamının dərs 

götürə biləcəyi şeylər var. Filmə baxmaq 

lazımdı. Və baxarkən filmin ortalarında artıq 

filmin necə bitəcəyini bildiyinizi zənn 

edəcəksiniz. Amma film sizin düşündüyünüz 

kimi bitməyəcək. Ona görə də sona kimi baxın.  

 

 



 

45 


Film Fiction | Yanvar, №5 

ALLEGRO 


 

 

 



Film: Alleqro 

Rejissor: Kristoffer Boe 

Ölkə: Danimarka 

Janr: Art xaus / Mistika / Psixoloji dram 

İl: 2005 

İMDB xalı: 6.6 

Film Fiction xalı: 8.0 

 

 



Əvvəlcə sizə bir qədər filmin rejissoru 

Kristoffer haqqında məlumat verim. Bu rejissor 

özünəməxsus dəstxətti və psixoloji müəllif 

filmləri çəkməsi ilə tanınır. Böyük kinoya qısa 

metraj filmlərlə gələn rejissor “Yenidənqurma”  

(Reconstruction) filmi ilə məhşurlaşıb. Az büdcə 

ilə gözəl sənət əsərləri yaratmağa qadirdi. 

Filmləri gərgin psixoloji aura və monoxron 

effektli operator işi ilə seçilir. Kameranın daim 

hərəkətdə olması DOQME, xüsusən Lars Von 

Trier üslubunu xatırladır.  

Bu filmi də nağıl kimi danışan kəs var 

tamaşaçıya. Bu dəfə qəhrəman pianoçu 

Zetterströmdür. Zetterström Andrea adlı bir 

qadına aşiqdir. Lakin ona naməlum qalan səbəb  

 

üzündən Andrea onu tərk edir. Zetterström isə 



yaşadığı Kopenhageni tərk edib, uğur ardınca 

yollanır. O böyük uğurlar qazanır. Məşhur 

pianoçu kimi hər yerdə sevilir. Andreanı da 

unudur. Büsbütün unudur. Ona öz pianosu 

kömək edir. Unudulanlar arasında çox şey var. 

Zetterström isə bunların fərqinə belə varmır. 

Sadəcə yaşayır və həyatın mənasını pianoda 

görür. İllər keçib. İndi Kopenhagendə, dəqiq 

desək Kopenhagenin Zetterström yaşayan 

ərazisində naməlum, mistik “Zona” yaranıb. Bu 

zona 3 küçəni əhatə edir və ora giriş-çıxış 

mümkün deyil. Adrea da məhz “Zona”da qalan 

insanlar arasındadır. Bir gün Zetterströmun 

yanına bir nəfər gəlir və Kopenhagendə baş 

verən qəribə hadisə haqqında danışır. O, inadla 

Zetterströmu inandırmağa çalışır ki, “Zona”da 

baş verənlərlə pianoçunun keçmişi  birbaşa 

bağlıdır. Zetterström bu xəbərin düzgünlüyünü 

araşdırmaq üçün illər sonra Kopenhagenə 

konsert vermək bəhanəsi ilə qayıdır. “Zona”da 

baş verənləri anlamaq isə ona heç də asan deyil. 

Keçmişi unutmaq, ya sadəcə yada salmaq 

istəməmək? Bunlardan hansı daha doğrudur? 

Vaxtında deyilməyən sözlər insana bəzən bir 

ömür bahasına başa gəlir. Sonda Andreanın 

Zetterströmü tərk etmə səbəbi, “Zona”nın 

mənası tamaşaçıya məlum olur. Heç bir “happy 

end” olmadan, real bir hadisə kimi də başa çatır.  

Adi bir ayrılıq dramına qeyri-adi tərzdə baxmaq 

istəyirsinizsə bu gərgin atmosferdə keçən 

qarmaqarışıq film tam sizlikdir.  

 

 



 

 

 




 

46 


Film Fiction | Yanvar, №5 

Tree of Life 

 

 



 

 

Film: Həyat ağacı 



Rejissor: Terens Malik 

Janr: Dram 

Ölkə: ABŞ 

İl: 2011 

İMDB xalı: 7.1 

Film Fiction xalı: 8.5 

 

 

Filmin ideyası Terens Malikin ağlına hələ 



70-ci illərin sonunda gəlmişdi. Onda filmin adı 

da “Həyat ağacı” deyil, “Q” idi. 2006-cı ildə 

filmin çəkilişlərinə başlandı. Baş rolları Mel 

Gibson və Kolin Farel canlandıracaqdı. Amma 

filmin çəkilişi sonradan dayandı. 2007-ci ilin 

oktyabrında isə filmin yenidən çəkilməsinə 

qərar verildi. Bu dəfə baş rolları Şon Penn və Hit 

Ledcer ifa edəcəkdilər. Lakin Hit Ledcerin 

ölümü onun rolunu Bred Pitə nəsib etdi. 

 

 



 

68 yaşlı rejissorun bu filmi ötən ilin Kann 

festivalında baş mükafatı “qızıl palma budağı”nı 

qazandı.  

 

Haqqında ətraflı nəsə yazmaq üçün deyil 



bu film. Bir insanın taleyidi. Onun əmələ 

gəlməsi, doğuluşu, böyüməsi və tərbiyəsi. 

Filmdəki hadisələr 11 yaşlı uşağın gözü ilə 

verilir. Uşaq böyümək ərəfəsində suallara özü 

cavab axtarır. Valideynlərinin, qonşularının, 

qardaşlarının sayəsində qayğı, sevgi, “olar”-

“olmaz”ları qavrayır. Bu ona o qədər də xoş 

deyil. Çünki ona xoş olan şeylər “olmazlar”dı, 

qadağalardı. Bu isə onu qəddar edə bilər.  

 

Nə zaman dincəlmək, ruhunuzu 



rahatlatmaq istəsəniz bu filmə baxın. Çalışın 

sakit aurada baxasınız. Terens Malik həyatı 

boyu cəmi 6 film çəkib. Rejissor bu filmi ilə 

sanki illərlə hamıdan gizli topladığı duyğular 

kompozisiyasını, bütün potensialını ortaya 

qoyub. Mükəmməl bir film ərsəyə gətirib. 138 

dəqiqəlik uzun musiqi kimi gələcək bu film sizə. 

Heç bir gözlənilməz sonluq filan olmadan da 

bitəcək. Filmin estetikası, fəlsəfəsi, önəmi 

haqqında uzun-uzadı danışmaq olar. Həqiqətən 

son illərin ən gözəl filmlərindən biridi. Ən 

başlıcası film nəinki uşaqlara, yaşından asılı 

olmayaraq hər bir tamaşaçıya gözəl tərbiyə verə 

bilər. Ağıllı filmdir.  

 

P.S. Sonda bir şeyi qeyd edim. Filmi 



ortabab sayanlar yoxdu. Baxanlar iki cür fikir 

bildirirlər. Yarısı mükəmməl sənət adlandırsa 

da, digər yarısı rejissoru darıxdırıcı, mənasız 

kadr yığınında günahlandırır.  

 

 



 

47 


Film Fiction | Yanvar, №5 

Elena 


 

 

 



Film: Elena 

Rejissor: Andrey Zvyaqinsev 

Ölkə: Rusiya 

Janr: Art xaus, dram 

İl: 2011 

İMDB xalı: 7.7 

Film Fiction xalı: 9.0 

 

 



Andrey Zvyaqinsevin filmlərinə baxanlar 

yəqin ki, artıq bilirlər ki, bu rejissor öz dəst-

xətti ilə Rusiya sərhədlərini aşmış bir 

rejissordur. “Qayıdış”, “Sürgün” kimi gözəl sənət 

əsərlərinin yaradıcısı bu dəfə də heyran etməyi 

bacardı.  

 

İmkanlı təqaüdçü Vladimir 8 il ona 



baxıcılıq etmiş Elena adlı qadınla nigaha girir. 

Və artıq bu nigahdan 2 il keçir. Elena Vladimirlə 

10 il əvvəl tibb bacısı işlədiyi xəstəxanada tanış 

olub və onların hər ikisinin ilk evliliklərindən 

övladları var. Elenanın oğlu ailəli və iki uşaq 

atasıdır. İşləmir. Onun ailəsini Elena, daha dəqiq 

desək Elenanın Vladimirdən aldığı pullar 

dolandırır. İndi isə Elenanın nəvəsi məktəbi 

bitirib və ali məktəbə girməsə hərbi xidmətə 

getməlidi. Buna isə nə valideynləri, nə də nənəsi 

Elena razı deyil. Elena nə olur olsun nəvəsini 

oxutmaq üçün lazım olan pulları tapmalıdır.  

 

 

 



Bunun üçünsə Vladimirlə danışmalıdır. Vladimir 

Elenadan heç nə əsirgəmir, heç nə gizlətmir. 

Elena Vladimirin seyfinin koduna qədər hər şeyi 

bilir. Bu etimadı çoxdan qazanıb. Yeganə 

problem isə Vladimirin Elenanın nəvəsinə lazım 

olan pulu vermək istəməməsidir. Burada 

diqqəti Vladimirə cəmləsək onun haqqlı 

olduğunu görərik. “Nə vaxta qədər mən onun 

ailəsini dolandırmalıyam? Eşşək boyda adamdı, 

getsin canı çıxsın işləsin. Belə etdikcə onları 

daha da qudurduruq. Getsin oğlu da əsgərliyini 

çəksin. Bərkə-boşa düşsün, bilsin ki, pul 

asanlıqla qazanılmır.” Amma Elenanın nənəlik 

instinkti onu Vladimiri anlamağa heç cür izn 

vermir. Uzun mübahisələrdən sonra Vladimir 

pulu ödəyəcəyini söz verir. Elena öz həyatını 

çoxdan itirmiş bir insandır və onun üçün “mən” 

anlayışı ailəsinə aiddir. Onun üçün oğlu, 

nəvələri, gəlini hər şeydir. Vladimirlə 10 illik 

dam belə onun bu sevgisini azaltmayıb, əksinə 

get-gedə Vladimir ona əngəl olmağa başlayıb. Və 

bir gün Vladimir infarkt keçirir. İndi o yataq 

rejimində Elenadan asılıdır. Elenanın nəvəsinin 

əsgərlik vaxtına isə hər gün daha az qalır. 

Vladimirdən söz verdiyi pulu istəyir Elena... 

Amma infarkt keçirmiş və xəstəxanada uzun 

illərdən sonra sevimli qızı ilə barışan Vladimir 

sözünü tutmur. Pulu vermir. Bununla da 

hadisələri faciəyə sürdürür... 

 

Filmdə olan 3-4 dəqiqəlik bütöv kadrlar 



Nuri Bilge Ceylan filmlərini yada salır. Olduqca 

sakit və eyni zamanda təsviri mümkün olmayan 

dramatizm yüklü bir filmdi. İlk baxışdan hər şey 

sakit baş verir, amma hadisələrin məğzində 

insan hissləri, faciəsi, fəryadı gizlənir. Bir 

ananın və bir nənənin sevdikləri uğrunda nələrə 

qadir olmasını göstərir. Və çox içdən gələn bir 

filmdi “Elena”. Sanki kiminsə həyatını izləyirsən. 

Filmin kulminasiyası yoxdur. Belə filmlərdə 

kulminasiya olmur. Amma sonda bir kadr var. 

Həmin kadrın məhz o cür çəkilməsinə görə və 

filmin məhz bu cür bitdiyinə görə rejissoru ayaq 

üstdə alqışlayıram. Rejissor həmin kadrla mesaj 

verib. Yəni bu cür də ola bilərdi amma olmadı. 

Yəni sadəcə bitmədi. Davam etdi... Baxanda 

anlayacaqsız hansı kadrdan söhbət gedir. 

Şiddətlə tövsiyyə edirəm bu filmi sizə hörmətli 

film sevərlər. Əminəm ki, zövqünüzü oxşayacaq.  

Film “Kann”da təqdim olundu və “Jüri prizi” 

(Böyük Jüri mükafatından söhbət getmir) 

qazandı.  



 

48 


Film Fiction | Yanvar, №5 

AFİŞA 

 

 



 

Ölkə: Böyük Britaniya 

İl: 2010 

Rejissor: Reyf Fayns 

Baş rollarda: Reyf Fayns,Cerard Batler, Brayan Koks ,Vanessa 

Redqreyv 

Janr: triller, dram, tarix 

Kinoteatr: Park Cinema, Azərbaycan kinoteatrı 

1 fevrala kimi seansda 

 

Şekspirin məşhur faciəsinin müasir ekranlaşdırılması... 



 

 

 



 

 

 



 

 

 



 

 

Ölkə: ABŞ 



İl: 2012 

Rejissor: Juli Enn Robinson 

Baş rollarda: Ketrin Xayql, Ceyson O’Mara, Con Lequizamo, 

Deniel Sanjata 

Janr: savaş, triller, komediya, kriminal 

Kinoteatr: Park Cinema, Azərbaycan kinoteatrı 

1 fevrala kimi seansda 

 

Keçmişdə qadın alt paltarı satan Stefani Plam özünə yeni iş 



tapıb.O  kişi ovuna çıxır ki, böyük məbləğdə mükafat qazansın. 

Onun əsas silahı-qadın intuisiyası və hündür kabluklu 

dəbdəbəli tuflilərdir. Lakin, hətta onlar, onun əsas məqsədi 

olan, arzuların kişisi qarşısında acizdir. O gözəldir, 

hazırcavabdır, çox təhlükəlidir, həm də o Stefaninin keçmiş 

sevgisidir. 

 

 

 



 

 



 

49 


Film Fiction | Yanvar, №5 

 

 



 

Ölkə: ABŞ 

İl: 2011 

Rejissor: Ceyson raytman 

Baş rollarda: Şarliz Teron, Petton Osvalt, Patrik Uilson, 

Elizabet Rizer 

Janr: drama, komediya 

Kinoteatr: Park Cinema 

1 fevrala kimi seansda 

 

Yeniyetmələr üçün romanlar yazan və doğma şəhərə, artıq 



evlənmiş sevgilisinin axtarışına çıxan, yazıçı xanım haqqında 

traqkomediya. 

 

 

 



 

 

 



 

 

  



 

 

 



Ölkə: Fransa 

İl: 2011 

Rejissor: Olivye Marşal 

Baş rollarda: Jerar Lanven, Çeki Kario, Daniel Düval, Dimitri 

Storoje 

Janr: drama, kriminal 

Kinoteatr: Park Cinema 

1 fevrala kimi seansda 

 

70 illərdə asanlıqla bankları qarət edən, Fransanın ən məhşur 



quldur dəstəsinin tarixi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

50 


Film Fiction | Yanvar, №5 

 

 



 

 

 



Ölkə: ABŞ 

İl: 2012 

Rejissor: Stiven Soderberq 

Baş rollarda: Cina Karano, Uen MakQreqor, Maykl Duqlas, 

Antonio Banderas 

Janr: savaş, triller 

Kinoteatr: Park Cinema, Azərbaycan kinoteatrı 

1 fevrala kimi seansda 

 

Mellori Keyn-xüsusi agentdir. O gəncdir, ağıllıdır və gözəldir. 



Vaxtaşırı beynəlxalq xüsusi xidməti rəhbəri, Kennet onu 

tapşırıqların yerinə yetirilməsi üçün çağırır. Bəzən bu 

tapşırıqların  hökümət tərəfindən həyata keçirilməsi üçün 

icazəsi olmur. Lakin bir neçə əməliyyat uğursuzluqla 

bitdiyindən sonra, Mellori başa düşür ki, ikili oyunun 

piyadasıdır. Bütün istedadını, təcrübəsini istifadə edərək, o 

gərək beynəlxalq axtarışdan gizlənsin, satqınlığa görə qisasını 

alsın və öz ailəsini müdafiyə etsin... 

 

 

 



 

 

Ölkə: Russiya 



İl: 2011 

Rejissor: Vladimir Toropçin 

Baş rollarda: Nikita Efremov, İvan Oxlobıstin, Artur 

Smolyaninov, Liya Axedjakova 

Janr: cizgi, ailəvi 

Kinoteatr: Park Cinema 

1 fevrala kimi seansda 

 

 



Cəngavərlər haqqında trilogiyanın yaradıcılarından. Rus 

nağıllarının qəhrəmanlarını yeni sərgüzəştlər, təhlükələr və 

məzəli əhvalatlar gözləyir. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

51 


Film Fiction | Yanvar, №5 

VİKTORİNA 

 

 



 

 

Hörmətli oxucular, dekabr sayımızdakı “viktorina” suallarına tam olaraq düzgün cavab verən 



yeganə şəxs Elmira Eldarlı oldu. Təbrik edirik! Həmin sualların cavabları ilə sizləri də tanış edirik: 

 

1. “Millət Larri Flinta qarşı” filmində qalmaqallı jurnalın təsis olunmasından söhbət gedir. Həmin 



bu qalmaqallı və məşhur jurnalın adı? 

 

Cavab: Hastler 



 

2. “Mənə film nədir soruşanda mən həmişə onun filmlərini misal göstərirəm. Çünki, əsl kino 

məhz onun çəkdikləridi mənim üçün.” Bu sözləri rejissor Takeşi Kitano hansı rejissor haqda söyləyib? 

 

Cavab: Akira Kurosava 



 

3.“Ən yaxşı film” nominasiyasında Oskar 

qazanmış yeganə “lal” (səssiz) film hansıdı? 

 

Cavab: Qanadlar (The wings) 



 

4. Rejissor Frenk Darabont Stiven Kinqin hansı 

əsərinin sonluğunu dəyişərək ekranlaşdırıb?  

 

Cavab: Duman (The mist) 



 

5. Şəkilli sual. Şəkildə gördüyünüz obraz hansı 

filmdəndir, obrazın və aktyorun adı nədir? 

 

Cavab: Coker (The Joker) 



 

Cek Nikolson (Jack Nicholson) 

 

 

 



 

 

Bu dəfəki viktorina suallarının düzgün cavablarını elektron ünvanımıza (



film.fiction@box.az

) ən 


tez göndərən oxucumuz Lars Von Trierin filmlərindən ibarət DVD disk qazanacaq. Beləliklə suallar: 

 

1. Andrey Tarkovskinin hansı filminin Hollivud istehsalı remeyki var? 



 

2. Bu aktyor dünya kinosu tarixinə 3395 (!) filmdə rol alması ilə düşüb. Söhbət hansı aktyordan 

gedir? 

 

3. Jurnalımızın ilk sayında hansı rejissorla müsahibə təqdim olunmuşdu? 



 

4. “Xöşbəxtlik- yaxşı sağlamlıq və pis yaddaş deməkdir.”- Bu məşhur sözlərin müəllifi hansı 

aktrisadı? 

 

5. Kventin Tarantinonun 2011-ci ildə ən yaxşı hesab etdiyi film hansıdır? 



 

   


 

 

 



 

Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə