Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 

24 


Film Fiction | Yanvar, №5 

 

Amma o səhnəni çıxarmaq istədilər. İndi 



baxın. Komediyanın sərhədləri o səhnə ilə 

genişləndi. “Burada Meri haqqında nəsə var” 

(There’s Something About Mary) filminə baxın. 

İnsanlar gülmək istəyir. Bəlkə keçici bir şeydir, 

amma rahatladır.  

 

15 yaşında bir oğlunuz var. Robin Uilyams 



kimi ata olmaq necə bir hissdir? İnsanlar sizi 

məzəli, comərd, ürəyiaçıq və alicənab biri olaraq 

tanıyırlar, amma necə bir atasınız? 

 

Yenə də bir ata olmaq 



məcburiyyətindəyəm. Düşünürəm mən atamın 

ruhunu daşıyıram. Amma bir nöqtədə mən də 

sərhədləri qoymaq məcburiyyətində oluram və 

hamı kimi gecəyarı olduğunda “görəsən 

hardadır” deyə düşünürəm. 

 

 



 

 

 



Oğlunuz sizin üçün heç yaşamadığınız bir 

hissi- bir məşhurun övladı olmaq hissini yaşıyır.  

 

Doğrudur. Bunun fərqindədir. Heç 



onunla qarşılıqlı oturub “Bu nə qədər pisdir? 

Oğlum olduğun üçün nə qədər çətinlik çəkirsən?” 

kimi sualları ona verməmişəm. Bilmirəm. Mənə 

heç bu haqqda danışmayıb. Amma bilirəm ki, 

əla dostları var. 

 

Sizi izləmək üçün heç film setinə gəlmək 

istəyir? 

 

Bir neçə il bundan əvvəl gəlmişdi və 



yarım gün sonra sıxıldı. Hal-hazırda musiqi və 

riyaziyyat maraq dairəsindədir.  

 

Bəs qızınız Zelda? 

 

Çox gözəl şəkillər çəkir. Balaca bir qızın 



çəkdiyi şəkillər olmasına rəğmən, məncə, bir 

üslubu var. Və bir də təbii ki, haradasa 7 yaşında 

aktyor ruhlu Kodi var. Bunu çox sevir. Bir sabah 

gəldi və “Başımı sığallatmaq istəyirəm.” dedi. 

Məktəbə getdiyində hər kəs başına toxunurdu. 

Sonra dostlarının anaları mənə zəng edib

uşaqlarının da başlarını sığallatmaq 

istədiklərini dedi. 

 

 

 



 

 

Bir sonrakı filminiz soyqırımdan bəhs 



edən “Yalançı Yakob” ( Jacob the Liar ) filmidir. 

Sizcə müharibədən 50 il sonra soyqırım hələ necə 

bu qədər üstündə durulan bir mövzudur? 

 

Film bir alman romanının 



ssenariləşdirilməsidir. Qarşıdan gələn Oktyabr 

ayında seansda olacaq. Təəccüblüdür ki, bir 

obrazlar kolleksiyasıdır. İnsanların tanımadığı 

və daha öncə görmədiyi kiçik bir yumor var. 

Xilas olanlarla danışdığınız zaman bu qara 

yumoru anlaya biləcəyiniz məqamlar var. Bu da 

o dramın kiçik bir hissəsidir. 

 

 



 

 

 



Nədən bəhs edir?  

 

Bir alman radio stansiyası var və Yakob 



rusların Polşa sərhədlərinə qədər gəldiklərini 

və özlərini xilas edəcəklərini düşünür. Yayını 

eşidən tək insan olduğu üçün özündən də 

əlavələr edərək insanlara ümid verməyə 

başlayır. Bunun yaxşı və pis tərəfləri və 

olanlardan bəhs edilir... 



Sentyabr, 1999-cu il. 


 

25 


Film Fiction | Yanvar, №5 

MARAQLI 


FAKTLAR 

 

 



1.Haqqında ən çox film çəkilmiş personaj 

qraf Drakuladı-72 filmdə bu personajın adı 

keçib. İkinci yerdə Şerlok Holmsdı- 66 film. 

Üçüncülüyü isə 60 filmlə Tarzan qapayır. 

 

 

 



 

2.“Emanuel” erotik filmi Parisin bir kino 

teatrında düz 11 il nümayiş olunub.  

 

 



3.Tənqidçilərin rəyinə əsasən dünya kino 

tarixinin ən yaxşı trilleri Hiçkokun “Psixo”sudu. 

İkinci yerdə Spilberqin “Çənələr”i, üçüncü yerdə 

isə “Quzuların susması”dır. 

 

 

 



 

4.Kinoda ən gec debüt Janna Luiza 

Kalmana aiddi. O 114 yaşında Kanada istehsalı 

“Vinsent və mən” filmində elə öz obrazını 

oynayıb. Bu debütdan sonra aktrisa hələ 8 il də 

yaşayıb.  

 

5.Hindistan kino istehsalına görə 



dünyada liderdi. 90-cı ildə bu göstərici ilə 948 

(!) filmə çatmışdı. 

 

 

 



6. Ən uzun adı olan film İtaliya 

istehsalıdı. Film belə adlanır: “ Sevgidən və 

anarxiyadan bəhs edən bir film və ya bu səhər 

saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış 

məkanda” 

 

7. Kinoda ən məhşur it obrazı Lessidi. 



Düz 8 Kolli cinsli it Lessi obrazında çəkilib. 

 

 



 

 

8. Reklamına ən çox pul xərclənən film 



Spilberqin “Yura dövrü parkı” filmidir- 68 

milyon dollar pul ancaq filmin marketinqinə 

xərclənib. Maraqlı orasıdır ki, filmin büdcəsi 8 

milyondu.  

 

9. Uolt Disney 26 şəxsi, 6 fəxri Oskar 



sahibi olaraq kino tarixinə iz salıb. 

 

 




 

26 


Film Fiction | Yanvar, №5 

 

10. İngiltərə istehsalı “Ən uzun və ölməz 



film” adlanan film 48 (!) saat çəkir. 

 

11. Təəcüblənməyə tələsməyin, çünki 



kino tarixinin ən uzun metraj filmi “Yuxusuzluq 

dərmanı” sayılır- 85 (!) saat. 

 

12. Moskvanın “Salyut” kinoteatrı 



“Titanik” filmini 2 il ərzində nümayiş etdirən 

yeganə kinoteatr kimi yadda qalıb. 

 

 

 



 

13. “Hər şeyi bacaran Brüs” filmində kino 

tarixində ilk dəfə olaraq gerçək telefon 

nömrəsindən istifadə olunub. (Əvvəllər 

uydurma və ya mövcud olmayan nömrələrdən 

istifadə olunurdu). Filmi bir qadın məhkəməyə 

verib və bildirib ki, filmin ekranlara 

çıxmasından sonra hansısa axmaqlar ona zəng 

vurub Allahı istəyirlər. 

 

14. Simpsonlar mult-serialının 20-ci 



mövsümünün 9-cu seriyasında Liza BMT-nin 

uşaq konqresində Azərbaycanı təmsil edir.  

 

 

 



 

 

15. Aktyor Stiven Siqal bir dəfə həmkarı 



Şon Konnerinin biləyini sındırıb. 

 

16. Kiçik büdcəli "Qlenqarri Qlen Ross" 



(Glengarry Glen Ross) filminə dəvət alan Al 

Paçino ona təklif olunan məvacibi 6 milyon 

dollardan 1,5 milyon dollara qədər endirmişdi. 

 

17. Mark Zukerberq onun haqqında 



çəkilən "Sosial şəbəkə" (The Social Network) 

filminə qarşı olub. Həttə hələ də filmin 

facebookda rəsmi səhifəsinin açılmasına icazə 

vermir. 


 

 

 



 

18. Orson Uells həm aktyor kimi 

oynadığı, həm də rejissorluğunu etdiyi dünyaca 

məşhur "Vətəndaş Keyn" (Citizen Kane) filmini 

çəkərkən 21 yaşında idi. 

 

19. “Evdə tək” (Home Alone) filmindəki 



Co Peşin canlandırdığı “Harri” rolu ilk olaraq 

Robert De Niroyo təklif edilmişdi. Lakin aktyor 

roldan imtina etmişdi. 

 

20. Ən çox Oskar qazanan filmlər "Ben 



Hur", "Titanik" (Titanic), "Üzüklərin kralı: Kral 

qayıdır" ( Lord of the Rings: The Return of the 

King) fimləridir. Hər biri 11 Oskar mükafatçısı 

olub. "Ben Hur" bu Oskarları 12 nominasiyadan, 

"Titanik" 14, "Üzüklərin kralı: Kral qayıdır" filmi 

isə elə 11 nominasiyadan əldə ediblər. 

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə