Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   8   9   10   11   12   13   14   15   16

 

32 


Film Fiction | Yanvar, №5 

Səssiz film 

 

 

 



 

I Dünya Müharibəsindən əvvəl Avropada fransız və italyan filmləri qabaqcıl mövqe tuturdu.  

Fransız rejissor Ferdinand Zekka ABŞ-da səssiz film komediya ustalarını dərindən təsirləndirəcək bir 

komediya janrını (comique) yaradaraq inkişaf etdirdi, həm də serial filmlərini çəkməyi sınaqdan 

keçirdi. Fransada hələ də səhnə oyunlarının qarmaqarışıq film tətbiqləri olan “sənət filmi” (filmi d’art) 

tətbiq etmələri davam edirdi. İtalyan kinosunda isə 1908 və 1913-cü ildə iki dəfə çəkilən “Pompeyin 

son günləri” (Ultimi giorni di Pompei), 1912-ci ildə çəkilən “Kvo Vadis” (Quo Vadis) və 1914-cü ildə 

çəkilmiş  “Cabirkl” kimi çox sayda fiqur və dekorların istifadə edildiyi, uzunluqları 612 çarx arasında 

dəyişən tarixi filmlər diqqət mərkəzində idi.  

 

Amerikalı məşhur kino rejissor və prodüsser Qriffis kinonu əyləncə səviyyəsindən yüksəldərək 



insanlarla başlıca ünsiyyət yaratma, ifadə etmə vasitəsinə çevirdi. Sözlər və yazılardan istifadə etmədən 

yalnız kinonun izahverici imkanları ilə tamaşaçını təsirləndirən, hiss və düşüncələri ən çarpıcı formada 

ekranda əks etdirən Qriffis günümüzdə artıq klassikləşmiş olan kino texnikalarını tətbiq etdiyi kimi

film çəkmə müddətinin də təməl mərhələlərini inkişaf etdirdi və bütün bu mərhələləri uyğun formada 

davam etdirən rejissorun nə qədər vacib biri olduğunu göstərdi. I Dünya Müharibəsi sonrası yorğun və 

dağınıq Avropada kino sahəsindəki ən önəmli inkişaflardan biri savaşdan məğlub ayrılmış Almaniyada 

oldu. Müharibədən sonra xüsusi nəzarət altına alınmış “UFA” adlı şirkət alman kinosunu Veymar 

Cumhuriyyəti dövründə (1919-33) ən üst səviyyəyə çatdırdı. UFA-nın ilk çəkdiyi “Ernst Lubitsch’in 

Madame Du Barry” (1919) və “Anna Boleyn” (1920) kimi baxımlı, xüsusi kostyumlardan istifadə 

edilmiş tarixi filmlər idi. Amma Almaniya kino sənətinə ən böyük xidmət Robert Vienenin “Doktor 

Kaliqarinin müayinəxanası” (Das Kabinen des Dr.Caligari) (1919) filmi oldu. Bu filmdə səhnələr 

qəhramanların iç dünyalarını əks etdirə biləcək şəkildə uyğunlaşdırılmış, dekor, işıq və başqa 




 

33 


Film Fiction | Yanvar, №5 

elementlər filmin mövzusunu və duyğu tonlarını göstərəcək formada, sanki plastik bir ləvazimat kimi 

yoğrulmuşdu. 1920-ci illərdə inkişafın pik nöqtəsinə çatan alman ekspersiyası dünya kino səhnəsinə 

Fritz Lanq və Fridrix Vilhelm Murnau kimi iki film ustası çıxardı. 1925-ci ildə müflisləşməyin 

astanasında olan  UFA böyük Amerikan film şirkətlərinin köməyi ilə xilas edildi və bu kömək 

qarşılığında alman rejissorlar və texniki işçilər ABŞ-a gedərək orada işləməyə başladı. Daha sonra 

Hitlerin iqtidara gəlməsi ilə də çox sayda alman kino adamları ABŞ-a yerləşərək Hollivud kinosuna öz 

xidmətlərini göstərəcəkdi. 

 

1920-ci illərin ikinci yarısında Alman kinosu müharibənin yaratdığı kütləvi çöküntünün də təsiri 



ilə təsiredici psixoloji mövzulardan həyatı olduğu kimi ifadə edən gerçəkci filmlərə yönəldi. “Yeni 

Praqmatizm” (Neue Sachlichkeit) adı verilən bu yönəlmənin ən qabaqcıl təmsilçisi Corc Vilhelm Pabst 

oldu. 

 

Müharibə sonrasında kino sahəsindəki ən önəmli inkişaflardan biri də SSRİ-də meydana çıxdı. 



Ajitasiya (alman təsiri), propoqanda üçün kinoya xüsusi bir önəm verən Sovet höküməti, dünyanın ilk 

kino məktəbi olan “Dövlət Kino İnstitutu”nu qurdu və ajitasiya və kino kəlmələrindən yaradılan 

“Agitki”- propoqanda filmləri kəlməsi ilə tanınan filmlərin istehsalını sürətləndirdi. İmkanlar son 

dərəcə qıt olduğuna görə agitkilər çarlıq dövründə çəkilmiş köhnə filmlərin yeni rejissorların 

propaqandasını yaradacaq şəkildə yenidən qurulmasıyla hazırlanırdı. Bu çətinlik SSRİ-də bəzi 

düzəltmələr üzərində geniş işlər aparılmasına və bəzi qaydaların yaradılmasına gətirib çıxardı. Lev 

Vladimiroviç Kuleşov boş kamerayla sınaqlar etdi və yalnız görüntülərin fərqli formada sıralanması ilə 

çox dəyişik hiss və görüntülər yaradıla biləcəyini sübut etdi.  

 

Kuleşovun kinoya önəmli estetik xidmətlərindən sonra onun davamçıları Sergey Ayzenştayn və 



Vsevolod İllaryonoviç Pudovkin oldu. Qriffis kimi həyatı boyunca az sayda film çəkə bilən Ayzenştayn 

mühakimə psixolojisi ilə marksist dialektikanı birləşdirən bir film janrı yaradaraq onu həyata keçirdi. 

Pudovkin isə Ayzenştayn kimi dialektik mübarizəni deyil, ifadə güclü əlaqəni əks etdirən bir film 

cərəyanı yaradaraq onu təmsil edirdi. Dövrün bir başqa önəmli film adamı,  filmlərinin illustrasiyalı 

qüsursuzluğu, poetik və təbiiliylə diqqəti çəkən Aleksandr Dovjenkoy idi.  Dziqa Vertoy isə qurmaca 

kinoya qarşı çıxaraq sənədli film görüntülərinin yaradılmasına söykənən “Kino qlaza” cərəyanını 

yaratdı və bu cərəyanı təmsil edərək “Kino Pravda” adı verilən və həqiqəti olduğu kimi göstərən bir 

serial çəkdi. 

 

ABŞ-da müharibə sonrası film istehsalı, yayımı və nümayişləri ən qabaqcıl sənaye sahələrindən 



biri olmuş və çox geniş bir kütlənin marağını çəkəcək səviyyəyə çatmışdı. Kinonun bilinən başlıca 

janrları da bu dövrdə yarandı. Bunlar arasında ən çox maraq göstərilən komediya janrı idi. Mak 

Sennettin “Keystone” studiyasında istehsal edilən və “Keystone” komediyaları  olaraq tanınan bu filmlər 

Çarli Çaplin, Harri Lanqdon, Fatti Arbukl, Meybl Normand və Harol Lloyd kimi istedadlı şəxslərin üzə 

çıxmasına şərait yaratdı. Məsələn, Çarli Çaplin məşhur “Şarlo” obrazını bu cür komediyalarda 

yaratmışdı. 

 

1920-ci illərin əvvəllərində həftədə 40 milyon amerikalı kinoteatrlara gedirdi. Kinonun yayılan 



təsiri və o illərdə Hollivudda materializm, sinizm və cinsi sərbəstlik istiqamətləri ilə özünü göstərən Caz 

dövrü filmlərin nəzarət altına alınması istiqamətində təsirlərə səbəb oldu. Hökumətin müdaxiləsinin 

qarşısını almaq üçün film istehsalçıları “Hays Ofisi” olaraq tanınan “Amerikalı Kino İstehsalçıları” adlı 

təşkilatlarını qurdular. Bu təşkilat filmlərdə edilməməsi və diqqət edilməsi vacib olan məqamları 

müəyyən elədi. Sonda günahkarların cəzalandırılması şərtilə ümumi dəyərlə əks davranışların 

filmlərdə göstərilə biləcəyinə qərar verildi. Bu  imkandan ən çox yararlanan rejissor isə tarixi və çağdaş 

mövzulu filmlərində cinsəllik və şiddətə olduqca yer verən və baxımlı izahı ilə diqqət çəkən Sesil de 

Mille oldu. Alman mühacir Ernst Lübitsçi isə cinsəl mövzulardakı  komediyaları ilə məşhurlaşdı. O 

zamanların “Hollivudu”nun ən əks mövqeli rejissoru isə Avstriyadan gəlmiş Erik von Stroheym idi. 

Filmlərində əxlaq qaydalarına əks gedərək, əxlaq sərhədlərinin xaricinə çıxan Stroheym, filmlərinin 

geniş tamaşaçı kütləsi tərəfindən bəyənilməsinə baxmayaraq, bu kadrların ərsəyə gəlməsinə, həm film 

seti, həm də kostyumlar üçün çox pul xərcləməsinə görə prodüsserlərin təzyiqinə məruz qalırdı. 

 

Səssiz filmin son illərində isə ABŞ kinosunda getdikcə artan inhisarçılıq və böyük böhranın ilk 



izlərinin nəticəsi olaraq istehsalçı şirkətlərin riskdən qaçmalarına səbəb oldu və bunun nəticəsində 

Qriffis, Sennet, Çaplin, Kiton və Stroheym kimi yenilikçi kino insanlarının studiyalarla işləmə imkanları 

getdikcə azaldı.  



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə