Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   8   9   10   11   12   13   14   15   16

 

34 


Film Fiction | Yanvar, №5 

Münir Özkül 

 

 

 



 

 

Haqqında söhbət açacağım aktyoru 



həqiqətən kino fədaisi adlandırmaq olar. Hətta 

bu söz belə bu cür nəhəng aktyor haqqında 

təsvirə yetməz. Türkiyə kinosunun atası 

adlandırırlar onu. 400-dən çox (rəqəmlərə 

diqqət edin) filmdə rol alan aktyor Türkiyə ilə 

bərabər dünya kinosunun da ən yadda qalan 

aktyorlarından biri sayılır.  

 

Münir Özkul 15 avqust 1925-ci ildə 



İstanbulun Bakırköy adlanan ərazisində anadan 

olub. Münir lap kiçik yaşlarından tanınır, 

sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu 

sevgi heç də paşa qorxusundan deyil, əksinə 

paşa olmasına rəğmən heç vaxt özünü sıravi 

insanlardan ayırmayan birinə bəslənən 

sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq 

istedadı çox erkən yaşlarında hiss olunmağa 

başlamışdı. Ətrafındakı insanları asanlıqla 

güldürməyi, yamsılamağı bacaran bu gənc çox 

keçmədən elə Bakırköydəki “Halkevi” adlanan 

aktyorluq dərnəyinə yazılır. Bununla paralel 

olaraq “İstanbul Erkek Lisesi” məzunu olur. 

“Halkevi”ndəki çıxışları onu Ankara və İstanbul 

dövlət teatrlarına daşıyır. Teatrda növbəti 

dayanacağı İstanbul şəhər teatrı olur. O, burada 

professional aktyor kimi yetişir. Böyük təcrübə 

toplayan aktyor “Səs teatrı”na, daha sonra isə 

“Kiçik səhnə teatrı”na keçir. Burda isə o, ilk ən 

önəmli rolunu alır. “Siçanlar və insanlar” 

tamaşası ilə ciddi bir aktyor imtahanından 

uğurla keçən aktyor, tamaşa rəhbəri Muhsin 

Ərtuğrulun etimadını qazanır. Həmin tamaşada 

Münir Türk teatrının ən usta sənətkarları ilə bir 

səhnəni bölüşən ən gənc aktyor idi. Filmə 

gəlməsi isə “Yeşilçam”da rejissor asistenti olan 

dostunun təklifi ilə olub.  

 

 



 

 

 



1950-ci ildən başlayaraq daimi olaraq 

filmlərdə rol almağa başladı. Ssenarisi Nazim 

Hikmət və İhsan Kozaya aid “Üçüncü Səlim” 

filmindəki rol ilə böyük kinoya qədəm qoydu. 

1951-ci ildə Muhsin Ərtuğrulun “Barbaros 

Hayrettin paşa” filmində ilk dəfə baş rolda 

göründü. 1957-ci ildə kino ilə paralel çalışdığı 

dövlət teatrında rəhbər vəzifəsinə gətirildi. Əsil 

şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində 

istehsal olunan filmlər gətirdi.  

 

Müniri daha çox ailə başçısı rollarında 



görürdü rejissorlar. Onun arvadı kimi isə vaxtsız 

ölümü ilə türk dünyasını yasa boğan, gülüş 

kraliçası Adilə Naşit rol alırdı. Bu iki böyük 

sənətkar birlikdə mükəmməl ikili adı almışdılar. 




 

35 


Film Fiction | Yanvar, №5 

Xüsusən “Nəşəli günlər”, “Mavi boncuq”, “Arım, 

balım, peteyim”, “Bizim ailə” kimi filmlərdəki 

rolları ilə yadda qalsa da, “Hababam sınıfı” 

trilogiyasındakı “Kəl Mahmud” obrazı ilə 

milyonların qəlbində taxt qurmağı bacardı. Bu 

onun aktyorluq zirvəsi idi.  

 

 



 

 

 



1980-ci illərdə Türkiyədə “video film” 

sindromu var idi. Rejissorlar pul xatirinə filmlər 

çəkib, məşhur aktyorları da bu filmlərdə 

oynadırdılar. Münir də həmin aktyorlardan biri 

idi. Ürəyitəmiz, gülərüz bir insan olduğundan 

düşünə bilmirdi ki, rejissorlar onun 

istedadından sui istifadə edirlər. Olduqca sadə 

görkəmli aktyor heç vaxt ona təklif olunan 

rollardan imtina etməzdi. Ümumiyyətlə çalışırdı 

heç kimin xətrinə dəyməsin. Təsadüfi deyil ki, 

“Hababam sınıfı”-na baxan onu tanıyanlar “Bu 

elə Münirin özüdü, Mahmud falan deyil” 

demişdilər. Ona xas olan özəlliklərdən biri də 

ssenariyə tez adaptasiya olması idi. Bircə dəfə 

oxuyub, nə cür bir obraz yaradacağını bilirdi.  

 

 



 

Ona görə rejissorlar bu aktyorla iş birliyini 

sevirdilər. Hər nə qədər zəngin və gözəl kino 

karyerası olsa da Münirin həyatı bir o qədər 

gözəl keçməyib. Aktyor alkoqolizmlə uzun illər 

mübarizə aparıb və 90-ci ilin ortalarında 

asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 

ailəsi bahasına başa gəlib. Aktyor düz 4 dəfə evli 

olub və 3 uşaq atasıdı. Sonuncu evliliyi 27 il 

əvvəl Ümman xanımla baş tutub. Türkiyədə 

tanınmış aktrisa və prodüsser Güner Özkul 

onun qızıdır.  

 

Hazırda Demans xəstəliyi ilə (məntiqin 



itməsi) yaşayır və 2003-cü ildən bu günə kimi 

evindən bayıra çıxmır. Yataq rejimində və zəif 

immunitetə sahib olduğundan aktyor hər an 

ciddi nəzarətdə saxlanılır. Öz ailəsindən, 

həkimlərdən başqa yanına heç kim buraxılmır.  

 

 



 

Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal 

Sunalın, Adilə Naşitin və bir çox dünyasını 

dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn 

edir və gerçəklə yalanı qarışdırır. 2004 və 2011-

ci illərdə aktyorun ölüm xəbəri yayılsa da 

aktyor hələ də həyatla mübarizə aparır. 

Türkiyənin xalq sənətçisi, “Qızıl portağal” və 

onlarla fəxri ad və mükafatlar sahibidir.  

 



 

36 


Film Fiction | Yanvar, №5 

Dəlidən doğru xəbər 

 

 



 

 

Lars Von Trier- son dövrlərdə dünya kinosunu yerindən oynadan adamlardan biri, bəlkə də 

birincisidir. Danimarkalı rejissor çəkdiyi filmlərdən əlavə gözlənilməz hərəkətləri ilə də yadda qalıb. 

Dünya kinosunda ‘’Doqvill’’lə, ’’Manderley’’lə, ‘’Antixrist’’lə yadda qalan rejissor, onlardan öncə öz 

‘’dəlilik’’ləriylə də yadda qalıb. Dəlilik dedikdə  ilk olaraq Trierin çəkdiyi ‘’Axmaqlar’’ filmini xatırlayırıq. 

İndi isə sizə Trierin çəkdiyi filmlərdən əlavə göstərdiyi ‘’performans’’ları təqdim edirəm. Və əlavə 

olaraq Trier haqqında bilmədiyiniz bir neçə nüansları qeyd edəcəm. 

 

1. Trierin ‘’E’’ trilogiyasının tərkibində olan ‘’Avropa’’ (Europe) filmi 1991-ci ildə çəkilib. 1991-ci 



ildəki Kann mükafatına qatılan film münsif heyətinin xüsusi mükafatına və texniki komissiyanın 

mükafatına layiq görülür. ’’Qızıl Palma’’ya can atan Trier jüri heyətinin sədrinə ‘’Cücə’’ adını yapışdırır. 

Kiçik bir not: Jüri heyətinin sədri Roman Polanski olub.   

 

2. Trier ‘’Zentropa’’ film firmasının qurucularından biridir. Bu şirkətin tərkibində olan ‘’Puzzy 



Power’’ adlı ayrı bir film şirkəti isə pornoqrafiya çəkməklə şöhrət qazanıb. Kiçik bir qeyd: Deyilənə görə 

Trierin bu işdə bir başa əli olub və bu şirkət qadın izləyiciləri hədəf kimi seçərək pornoqrafik filmlər 

çəkib. 

      


3. 3-cü deyəcəyim faktı kinomanlar yaxşı bilir. Çox uzatmayaq: ’’Axmaqlar’’ filmi. Filmdə 

pornoqrafik kadrlar var və Trier Kann film festivalına bu filmi təqdim edib. Kann film festivalı 

mərasimində Trier Kanna üstündə ‘’Axmaqlar’’ yazılmış avtobusla gedib. 

 

4. Bütün dünya ‘’Dogma95’’ i və ‘’Axmaqları’’ müzakirə edərkən Trier anidən dinini dəyişir. 



Katolik olur. Gülməlidir. Deyilənə görə bu hadisə əsasən Trierin şəxsi həyatıyla bağlıdır. 

 

 



 

 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə