Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 

22 


Film Fiction | Yanvar, №5 

Müsahibə 

 

 



 

 

Bu sayımızda “Müsahibə” rubrikasında sizə 



məşhur aktyor Robin Uilyamsın müsahibəsini 

təqdim edəcəyik. 

 

 

 



 

 

İnsanlar səhnədə gördükləri “Patç Adams” 



obrazının “Sabahın xeyir, Vyetnam” (Good 

Morning, Vietnam) filmindənki rolunuzdan 

sonra, sizin real həyatınızdakı görünüşünüzə ən 

çox bənzəyən obraz olduğunu deyirlər. 

 

Burada aktyorluq bacarığı, mükəmməl 



yumor anlayışı və insanlarla münasibət yaratma 

var. Düşünürəm buna görə belə deyirlər. Mən 

tamamilə özüm olduğumu deyə bilmərəm. Ordu 

və tibbi ixtisaslar olduqca məhdud ixtisaslar 

olmalarına rəğmən yenə də öz şəxsiyyətini 

ortaya qoya bilirsən. 

 

Və hər ikisi də sizə improvizasiya etmə 

şansı verir.  

 

Bəli. O səhnələr əslində çox qarışıq 



səhnələrdir. Doğurdan inandığım, həvəslə bağlı 

olduğum ünsürləri ifadə edirlər. Bunları 

doğurdan da etdim. Düşünürəm mənə 

insanlarla münasibət qurmağın dərmanlar 

qədər təsirli olduğunu ilk olaraq Oliver Saks ( 

“Oyanışlar” (Awakenings) filmində Uilyamsa 

ilham verən şəxs) demişdi. 

 

Əsl Patç Adamsa oxşuyursunuzmu? 

 

O, çox mükəmməl biridir. Fiziki olaraq 



1.90 boyunda, zəif, Salvador Dali kimi bığları 

var. Eyni zamanda Emmes Kellinin zibilxanaya  

 

 

 



atdığı paltarları geyinir. Filmdə sadəcə tibb 

sahəsindəki vəziyyətini görürük. 

 

“Patç Adams”da sizin xarakterinizin baxış 

bucağını dəyişdirən bir cinayət səhnəsi var. Bu 

baxımdan film nə qədər gerçək həyata bənzəyir? 

 

Gerçək həyatda bir oğlan ölmüşdü. 



Doğurdan da filmdəki kimi bir pxisopat 

vurmuşdu. 

 

Film setinə baş çəkən və filmi izləyəcək 

birini canlandırmaq sizi qorxutdumu? 

 

Bunu Oliver Saksda olduğu kimi daha  



əvvəl də etmişdim. O zaman obrazın adını 

dəyişdirmişdik. 

 

 

 



 

 

Patç film setinə gəldimi? 

 

Patç bir neçə dəfə gəldi. Dörd, beş dəfəyə 



kimi. Film onun fəlsəfəsinin özülündən bəhs 

edir. Coşğunluğu və yumorunu birləşdirir. 

 

Tom Şedyak (filmin rejissoru) Patç setə 

gəldiyi zaman ikinizin bir-birinizlə danışdığınızı 

söylədi. 

 

Çox savadlı və dünyagörüşlü biridir. 



Filmdəki hadisələr... Bəzi məqamlardan çox 

daha ağlasığmaz olanlarını etdi. Hər zaman 

üsyankar biri idi. Hər yerdə təlxəklik edər, 

xəstəxanalara, qocalar evlərinə və dəlixanalara 

gedərdi. Bu məqamdan filmdə doğurdan da 

ondan bəhs etdik. 

 

Sizcə filmdəki aşiq olduğunuz bir tibb 

tələbəsini oynayan Monika Potter ulduz olma 

dövründədirmi? 

 

Bəli. Təəccübləndirici şəkildə belədir. 



Sadəcə kamera qarşısında yaxşı görünməsi 

deyil, çox ağıllı və çox təbiidir. Sanki aktrisalıq 




 

23 


Film Fiction | Yanvar, №5 

etmirmiş kimi öz rolunu oynayır. Çox gülməli və 

özünüzü güvənsiz hiss etdirəcək qədər gözəldi.  

 

Həyatınızın qabaqkı neçə ili barədə artıq 



planlarınız var? 

 

 

Bir az ara verəcəyəm. Bir Disney filmində 



oynamaq istiyirəm, amma hal-hazırda filmin 

büdcəsi barəsində sıxıntılar var. İsaak 

Azimovun qısa bir hekayəsi olan “İki əsrlik 

insan” adında vizual effektlərlə yüklü bir 

filmdir. 2025-ci ildə baş verən və bir ailənin 

yanında 200 il işləyən bir robotun hekayəsidir.  

Mən robot olacağam, amma ssenaridə 

kompyuterlə bağlı mübahisə var. Mən normal 

həyatımda da çox oyun oynayıram və əslində 

bir kompüter xəstəsiyəm. 

 

Ən sevdiyiniz oyun hansıdır? 

 

Yenilikcə çıxan oyun. Adı “Unreal”dır. 



 

Şəxsi saytınız varmı? 

 

Bəli: www.robinwilliams.com 



 

İnternetə çox vaxt ayırırsınız? 

 

Yetişkinlərin çat otaqları xaricindəmi? 



 

İnternetin kütləni ümumi mənada 

təsirləndirdiyini düşünürsünüzmü? 

 

Əslində insanlar arasındakı bağ, e-mailin 



yaranması məktub yazma duyğusunu təkrar 

canlandıran şeylərdir. Bu baxımdan çox 

yaxşıdır. Bir də əcaib bir formada öz əsl 

şəxsiyyətini gizlədənlər var. Məsələn, siz 25 

yaşında biseksual olan Eilin ilə danışdığınızı 

düşünərkən, o əslində Ohayoda yaşayan 50 yaşlı 

poçtalyon Earldır.  

 

 



 

 

 



Robin Uilyams olaraq internetdə sizin 

üçün nə düşünüldüyünü  öyrənə bilərsiniz. 

 

Bu internetin yaxşı və pis tərəfidir. Bəzən 



gedib insanların sizin haqqınızdakı 

düşüncələrini öyrənmək istəmirsiniz, çünki 

bunlar bəzən “Oh, sən doğurdan da bir 

axmaqsan.” və ya “Onun filmlərindən birinə 

baxmaqdansa, başqa şeylə məşğul olsam daha 

yaxşı olar.” kimi şeylər ola bilər. 

 

Hal-hazırda bir az ara vermisiniz. 

İşləmədiyiniz bu zamanda nələrlə məşğulsunuz?

 

Velosipedə minib triatlon etməklə 

məşğulam. Bir komanda yaradıb triatlon edirik. 

Bir də Rudi Qarsiya Tolson adında bir uşaq var. 

O da titanit ayaqlarını çıxarıb üzür.  

 

Kino salonlarında insanlara etdiyiniz 



təsirinizi görmüsünüz. Bəs heç balaca qruplara 

etdiyiniz təsirin şahidi olmusunuzmu? 

 

Xəstəxanalara baş çəkərkən və “Bir arzu 



tut” fondunun xeyriyyə işlərində olduqca çox 

şahidi oldum. Yeni ildə bir yerə gedərkən bəzi 

uşaqlarla təkbətək qaldım. Sizə sadəcə San 

Fransiskoda tanıdığım birindən danışacağam. 

Balaca bir qızı görməyə getdim. Uşaq məni 

tanımadı. Anası “Missiz Dautfayr” deyə uşağa 

məni tanıtdı. Mən də uşaqla belə danışdım 

(Missiz Dautfayr səsini təqlid edir) və bir anda 

qız işıq saçdı, canlandı. Bu qarşılıqlı və anlıq bir 

hadisə... İnanılmaz bir hiss keçirirsiniz. 

 

 

 



 

 

Adam Sandler və Kris Takerin əsas 



komediya ustaları olmasıyla sanki bir nəsil 

dəyişimi baş verir. Filmləri yüksək mənfəət 

gətirən 40 yaşdan yuxarı olan tək komediya 

ustası sizsiniz.  

 

Bilmirəm. Bunu gələcək göstərəcək. 



 

“Su oğlan” (The Waterboy)  və “Pik saat” 

(Rush Hour) filmlərini izləmisinizmi? 

 

“Su oğlan”ı izləmədim, amma yaxşı film 



olacağını bilirdim. Çünki 15 yaşlı oğlum Zak və 

dostları filmlərdən sitatlar gətirirdilər. “Pik 

saat” üçün də eyni olaraq Zak və dostları filmin 

tək-tək səhnələrini xatırladırdılar. Bu bir 

komediya filminə edilə biləcək ən böyük 

iltifatdır. Eddi Mörfinin “Çılğın professor” (The 

Nutty Professor) filmindəki yemək səhnəsindən 

sonra hər kəs bunu edirdi. Tom Şedyak (filmin 

rejissoru) studiyanın o səhnəni çıxarmaq 

istədiyini söylədi.  

 

Çox kobuddur amma. 



Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə