Film Fiction


Film Fiction | Yanvar, №5



Yüklə 7,71 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix26.08.2018
ölçüsü7,71 Mb.
#64599
1   2   3   4   5   6   7   8   9   ...   16

 

10 


Film Fiction | Yanvar, №5 

 

Dramatik Rollara Keçid: Henks 1992-ci 

ildə “A League of Their Own” (Onların şəxsi 

liqası) filmində yaratdığı beysbol ulduzu rolu ilə 

yenə də parlamağa başladı. Henks üçün özünün  

 

 



 

adlandırdığı kimi “yeni era” 1993-cü ildən 

başladı. Həmin il o “Sleepless in Seattle” (Sietldə 

Yatmayanlar) və “Philadelphia” (Filodelfiya) 

filmlərində rol aldı.  

 

“Philadelphia” (Filodelfiya)  filmində 



Henks QİÇS xəstəliyinə tutulmuş gey vəkil  

Endryu Bekket obrazını yaratdı. Filmə görə 16 

kq arıqladı və saçını kəsdirdi. “People” 

jurnalının əməkdaşı Li Rozen bildirirdi: “Hər 



şeydən əvvəl filmin uğuru Henksin hesabına 

yazıla bilər. O əmindir ki, müqəddəs deyil, real 

şəxsiyyəti oynayır. O  “Oskar”a layiq inanılmaz 

obraz yaradıb”. Oskar mərasimində Henks “Ən  

 

 



 

yaxşı aktyor” kimi mükafata sahib oldu. Nitq 

zamanı bildirdi ki, ali məktəbdə oxuyarkən 

onun dram müəllimi və keçmiş sinif yoldaşı da 

gey idilər. 

 

Növbəti il Uinston Qrumun eyniadlı əsəri 



əsasında Robert Zemekesin  “Forrest Gump” 

filmi ekranlara çıxdı. Henks filmdə zəka 

problemləri olan Forrest Qamp obrazını yaratdı. 

Film həm kassa yığımında, həm də mükafat 

mərasimlərində böyük uğurlar qazandı. 13 

Oskar nominasiyasından 6-nı qazandı. Tom 

Henks ikinci il ardıcıl olaraq ”Ən Yaxşı Aktyor”  

 

 



nominasiyasında mükafatı aldı və bununla 

Spenser Treysinin 1937-38-ci illərdə göstərdiyi 

nəticəni təkrarladı. Təəccüblüdür ki, hər iki 

aktyor 1-ci və 2-ci mükafatı alarkən uyğun 

olaraq 37 və 38 yaşlarında idilər. 

 

1995-ci ildə Henks Ron Hovardın “Apollo 



13” filmində Cim Lovell obrazını canlandırdı. 

Bunun ardınca isə Con Lasseterin “Toy Story” 

(Oyuncaqların hekayəsi) animasiya filmində baş 

qəhrəman Vuddini səsləndirdi. 

 

1996-cı ildə Tom Henks rejissor kimi ilk 



filmini ekranlaşdırdı. “That Thing You Do! “ 

(Sənin etdiyin hərəkət) adlanan filmin  

 

 

 



ssenarisini də o yazmışdı. 1998-ci ildə Henks 

“From the Earth to the Moon” (Yerdən Aya) adlı 

mini-seriala prodüsserlik etdi. 12 hissəli və 

Emmi mükafatlı film 68 milyon dollara başa 

gəlmişdi. Bu böyük məbləğ idi. 

 

Həmin il Henks əfsanəvi rejissor Stiven 



Spilberqin “Saving Private Ryan” (Sıravi Rayanı 

xilas etmək) filmində kapitan Con Miller 

obrazını yaratdı. Bütün dövrlərin ən yaxşı 

müharibə filmlərindən olan bu film 11 Oskara 

nominant oldu. Tom Henks 4-cü Oskar 

nominasiyasını qazandı, lakin mükafat ona 

qismət olmadı. 

 



 

11 


Film Fiction | Yanvar, №5 

1999-cu ildə Frenk Darabont Stiven Kinqin “The 

Green Mile” (Yaşıl Mil) romanı əsasında eyniadlı film 

çəkdi. Lakin filmdə  Henksin obrazı o qədər də 

yaddaqalan olmadı. O, 5-ci Oskar nominasiyasını 

Robert Zemekisin 2000-ci ildə çəkdiyi “Cast Away” 

(Didərgin) filminə görə aldı. 

 

2001-ci ildə Stiven Spilberqlə birlikdə 10 



seriyalı “Band of Brothers” (Qardaşlar Komandası) 

mini-serialına prodüserlik etdi. 2005-ci ildə 45 

yaşında olarkən Amerika Film İnstitutunun (AFİ) 

“Həyat Uğurlarına Görə Mükafat”ına layiq görülən 

Tom Henks bu mükafatı qazanan ən gənc aktyor 

oldu. Növbəti illərdə Henks “The DaVinci Code” (Da Vinçi Şifrəsi), “Angels & Demons” (Mələklər və 

İblislər), “Toy Story 3” (Oyuncaqların hekayəsi 3) və s. filmlərdə rol aldı. 

 

Şəxsi Həyatı: Henks 1978-87-ci illərdə amerikalı aktrisa Samanta Luislə evli oldu. Onların 

birlikdə Kolin Henks adlı oğulları və Elizabet Enn adlı qızları var. 1988-ci ildə Henks aktrisa Rita 

Uilsonla evlənib və onların birgə ailə həyatı hələ də davam edir. Onların Çester və Truman adlı övladları 

var.  


 

 

 



 

 

“Nə  vaxt  ki  kilsəyə  gedirəm...  bir  sirr  haqqında  daim  fikirləşirəm.  Nəyə  görə  insanlar 



belədir? Nəyə görə yaxşı insanlara bədbəxtliklər tez-tez üz verir, pis insanlara isə xoşbətliklər. 

Sirr elə bundadır. Bəşəriyyətin fəaliyyət sirri”. 

 

 



 

 

 



 


 

12 


Film Fiction | Yanvar, №5 

MONİCA 

BELLUCCİ 

 

 



Monika Belluççi 30 sentyabr 1964-cü il 

İtaliyanın Çitta-De-Kastello şəhərində anadan 

olub. Atası Luici Belluççi adi kəndçi, anası 

Mariya Qustanelli isə rəssam idi. Uşaqlıqdan bir 

arzusu var idi- vəkil olmaq. Bu arzunun 

reallaşması üçün isə o, “Perudci Universiteti”nə 

qəbul olmalı idi. Bunun üçün isə pul lazım idi. 

Monika arzusunu nəyin bahasına olursa olsun 

reallaşdırmaq məqsədi ilə 16 yaşında “Liceo 

Classico” model agentliyi ilə müqavilə bağladı. 

Qlamur həyat tərzi Monikanın ürəyincə oldu və 

o, uşaqlıq arzusundan əl çəkdi. İndi o, ən 

məhşur model olmaq istəyirdi. Bu heç də asan 

deyildi. Monika isə uşaqlıqdan mübariz əzmi və 

səbri ilə həmişə seçilirdi. Qoyduğu məqsədə 

çatmaq üçün o hər şeyə qadir idi. Çox keçmədən 

ingilis, fransız dillərini öyrəndi. İspan danışıq 

dilini də həmçinin. Bu, professionallaşmağa 

doğru inamlı addımlar idi. 1988-ci ildə Milana 

gələn Monika, burda “Elite Model Management” 

model agentliyi ilə müqavilə bağlayır. Artıq bir 

il sonra- 1989-cu ildə o, Nyu York və Parisin 

modeli kimi tanınır və “Dolce Gabbana”, “Elle” 

kimi brend markalar üçün podiuma çıxırdı.  

1990-cı ildə Monika uğurlu model biznesi ilə 

kifayətlənmək istəməyərək, özünü aktrisa kimi 

sınamağa qərar verdi. O, öz vətənində debüt 

etdi böyük filmə. Aktrisanın ilk filmləri 

Oğullarla keçən həyat” (Vita coi figli) və 

Canilər” (Briganti) olur. Bu filmlərdəki epizodik 

rollarda o heç nə ilə yadda qalmadı. 1992-ci ildə 

isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film 

təklifi etdi və bu aktrisanın böyük kinoda ilk 

ciddi imtahanı oldu. “Drakula” (Dracula)  

 

 



 

 filmindən sonra aktrisaya Avropa və ABŞ-dan 

gələn təkliflərin ardı arası kəsilmirdi. Amma 

təcrübəsizlik yenə öz sözünü deyirdi. Aktrisanın 

1992-95-ci illər arası çəkildiyi filmləri uğurlu 

adlandırmaq olmaz. 1996-cı ildə aktrisa 

Mənzil” (L’Appartement) filmi ilə yenidən 

diqqətləri özünə cəmlədi. Filmdəki roluna görə 

Sezar mükafatı qazandı. Bu film Monikanın şəxsi 

həyatında da dəyişiklik etdi. Filmdə aktrisa 

Vinsent Kassel ilə tanış olur. Bu filmdən dərhal 

sonra aktrisa “Doberman” (Dobermann) 

filmində rol aldı.  

 

 




Yüklə 7,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə