71
Əgər radio ya telestansiyada işləyirsinizsə, müsahibə alacaq adamin
radio ya telemüsahibə vermək istədiyini öyrənin. Yaxşi olar ki, müsa-
hibə üçün seçdiyiniz adam utancaqdir, sakitdir yoxsa çox danişandirmi.
Etibarı əldə etmək
Bəzən ekspertlərin etibarini qazanmaq çətin olur. Məsələn, bəzi alim
belə hesab edə bilər ki, jurnalistlər “həmişə nəyisə təhrif edirlər”
ya hər şeyi həddindən artiq sadələşdirirlər və yaxud, onlarin detalli
araşdirmalarindan bir şey anlayan deyillər. Düzdür alimlər bir çox vax-
tdir ki araşdirma fəaliyyətinə qoşulmuşlar və cavab vermədən əvvəl,
bir qayda olaraq, ehtiyat edirlər. O da doğrudur ki, onlar bir çox
hallarda tələsirlər, daima cavab axtarişindadirlar və oxuyucuya əhvalati
izah etməyə çalişirlar.
Bu cür gərginlik təbiidir, ancaq onu yenmək mümkündür. Səbir
və əməklə, jurnalistlər ekspertlərin etimadini qazana bilərlər. İlk ad-
dim müsahibəyə hazirlanmaqdir. Məsələni laziminca öyrənməsək, mən-
bə bunu dərhal anlayacaqdir. Ən əhəmiyyətli suallarin nüsxəsini tərt-
ib edin. Müzakirə edəcəyiniz məsələni öyrənin. Müsahibəni almağa
gedərkən, danişacaqlarinizi müsahibə zamani tapacağinizi düşünməyin.
Əhəmiyyətsiz məsələlərə vaxtınızı itirməyin məsələn, özünüzün də
cavab verə biləcəyiniz, internetdə tapa biləcəyiniz, kitabxana da və
başqa yerlərdə əldə edə biləcəyiniz şeylər.
Biznesdə fəaliyyət göstərən insanlardan müsahibə aldiqda bilin ki,
onlar çox məşğuldurlar və “sizin şirkət nəyi istehsal edir” kimi ümu-
mi suallara cavab verməyə vaxt itirə bilməzlər. Siz “ev tapşiriğinizi”
artiq hazirlamiş olmalisiniz, şirkətin nəyi istehsal etdiyini bilməlisiniz,
biznesə hansi vaxtdan qoşulmasindan xəbəriniz olmalidir və s.
“Ev tapşiriğini” hazirlayan jurnalist, yaxşi tə
əssürat bağişlayir.
Əgər bir jurnalist cəmiyyət üçün dəqiq və detalli məlumat verməkdə
ad-san qazansa, onun üçün qapilar açilar: başqa ekspertlər ona mü-
sa-hibə vermək istəyərlər.
72
Ancaq bir problem daha var. Bəzi ekspert, siyasi şərhçi hesaba
alinmaqla, öz adlarini qəzetlərdə görməkdən çox xoşlanirlar və jurnal-
istlərə çox kömək edirlər. Onlar jurnalistlərə maraqli sitatlar ötürürlər
və xəbəri çox gümrahlandirirlar; beləliklə, jurnalistlər onlardan tez-
tez müsahibələr alirlar. Lakin eyni mənbəyə həddindən artiq istinad
etməyin bir nöqsani var. Eyni fikirləri təkrarlanmaq təhlükəsi yaranir.
Tənbəllik etməyin, yeni ekspertlər axtarin.
Çağırış
Ekspertlərdən müsahibə alarkən ən çətini onlarin gündəlik işlərinin
bir hissəsi olan jarqonlari və qarmaqarişiq proseslərlə prosedurlari
anlamaqdir. Belə olduqda Corc Eliotun cümləsini xatirlayin və müti-
liklə qəbul edin: “Cahillik min cür ehtimala imkan verir”. Texni-
ki məsələlərin, analogiyalarin və təşbehlərin izahini xahiş etməkdən
çəkinməyin.
Ekspertlərin bir çoxu izahat verməyi çox sevir. Özünüzü, bilmədi-
yiniz halda, bilrsiniz kimi göstərməyiniz daha pisdir.
Öyrəndiklərinizi sərbəst şəkildə təkrarlayin ya yekunlaşdirin, ek-
spertə imkan verin ki səhvlərinizi düzəltsin. Belə müraciət edin: “icazə
verin məsələni düzgün qavradiğima əmin olun. Siz buyurdunuz ki…”
bu size əldə etdiyiniz məlumatin düzgünlüyündə əminlik yaradacaqdir
və, ola bilsin ki, ekspert bu məsələni daha da genişləndirsin və daha
aydin izah etsin.
Ondan xahiş edin ki danişdiqlari barədə fotoşəkillər, vidyolar və
başqa vasitələr hazirlasin. Müvəqqəti olaraq kopyalamaq üçün sizə
verə bilərmi, soruşun.
Müsahibə bitənə qədər izahatlar və açiqlamalar almaq üçün yenə
zəng vura bilərsinizmi, sual verin. Başqa mənbələrdən istifadə etməyi
məsləhət bilirmi, soruşun. Qohum sahələr üzrə mütəxəssislər bir qayda
olaraq bir-birlərini yaxşi taniyirlar.
73
Onların kvalifikasiya çalarları
Bu işlə bağli qədim bir deyim var –siz də mənbələriniz kimisiniz.
Çalişin bu məsələdə şərhçinin kim olacağini müəyyən edin. Bu pred-
meti o harda öyrənmişdir – konfranslarda iştirak edibmi? Materialiniz
üçün ən əla mənbə kimdir?
Lakin daima yadinizda olsun ki, müxtəlifcür mənbələrdən və
məsləhətlər aldiğiniz ekspertlərin tərəf tutmalarini da nəzərə almalisiniz.
Bəzisi öz gündəmini gizləmir və ola bilsin ki, heç də üstü örtülü
olmadan kiməsə vəkillik etsin. Bu pis deyil, ancaq oxuculara bunu
izah edin və qarşi fikiri də təqdim etməyə çalişin.
Ekspertlərlə bağli ola bilsin ki məsələ bir o qədər də aydin olmasin.
Bəzi özəl şirkətlərlə əməkdaşliq edir və yəqin ki onu məhşurlaşdirmaq
istəyir. Vətəndaş sektorunda işlə təmin olunanlar siyasi partiyalarin
gündəmini reklam edir və onlardan bəzisinin akademik araşdirmalarini
korporasiyalar və sənaye maliyyələşdirir. Məsələn, American Journal
of Public Health jurnali (Jan. 2006) təmbəki sənayesinin Almaniyada
elmə və alimlərə olan təsirini ifşa etdi. Təmbəki sənayesi Almaniyanin
elmi və ictimai baxişina ciddi təsir gösətrdi. Elm beş kəlam əsasinda
saxtalaşdirildi: sarsitmaq, zəiflətmək, diqqəti yayindirmaq, göz yummaq
və manipulasiya. PLoS Medicin tərəfindən yayilmş araşdirma məlum
etdi ki sənaye tərəfindən maliyyələşdirilən araşdirmalar şəkərlə şirin-
ləşdirilmiş içkilərin istifadəsi və çəkinin artmasi məsələsi üzrə araşdir-
ma işlərinin axirina çixdi.
Alimlər məqalələri yayaraq araşdirmanin nəticələrini mətbuat kon-
fransinda ya müsahibə də bəyan etdikdə onlarin araşdirmasinin necə
maliyyələşdiyini bilməyə çalişin. Oxucularin bunu bilməyə hüquqlari
vardir.
Dostları ilə paylaş: |