Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

 147 
Ona 
görə  də  pulun  birinci  funksiyası  bazarda  əmtəə  və  xidmətlər  tədavülünü 
təmin etmək vasitəsi hesab olunur. 
Pulun  ikinci 
funksiyası,  həm  satıcılar  və  həm  də  alıcılar  üçün  əmtəə  və 
xidmətlərin dəyərinin ölçü vasitəsi sayılır. 
Nəhayət,  pulun  üçüncü  funksiyası  yığım  vasitəsi  kimi  var-dövlət,  sərvət 
yaratmağa xidmət edir. Bu funksiya imkan verir ki,  insanlar pullarını gələcək üçün 
saxlasınlar, təbii ki, sandıqlarda yox, banklarda! 
Bunlarla 
yanaşı  bəzi  iqtisadi  ədəbiyyatlarda  pulun  funksiyaları  diqqəti  çəkir. 
Bunlar 
aşağıdakılardır: 
Mübadilə vasitəsi 
Pullar  insanlardan 
malların  və  xidmətlərin  və  ya  istehsalat  resurslarının  alqı-
satqısı zamanı qəbul olunur. 
Qiymət standartı 
İnsanların aldığı və satdığı qiymətli əşyaların mübadiləsi zamanı pul etalon kimi 
istifadə olunur. 
Qiymətini saxlama vasitəsi 
Pul 
qiymətini  saxlama  vasitəsi  kimi  onun  alınmasından  xərclənməsinə  qədər 
olan 
dövrdə çıxış edir. 
Dünya pulu 
Pulun  bu 
funksiyası  bəzi  ölkələrin  valyuta  vahidlərinin  dünyanın  bir  çox 
ölkələrində  tədavül,  mübadilə  və  yığım  vasitəsi  kimi  qəbul  olunmasıdır.  Belə 
valyuta 
vahidləri arasında aparıcı mövqedə ABŞ dolları, avro, yapon iyenası  və s.  
valyutalar 
çıxış edir. 
Fikrimizcə,  pulun yardımçı funksiyaları üzərində bundan da  ətraflı dayanmağa 
ehtiyac yoxdur. 
Pul - 
hansı formalarda  ola bilər? 
Ən geniş yayılmış fikirlərdən biri bundan ibarətdir ki, pul nəğd formada  olur. 
Bizlər,  gündəlik  həyatımızda  alqı-satqı  əməliyyatlarında  nəğd  puldan  çox  istifadə 
edirik. 
Yəqin buna görə çoxusu elə hesab edir ki, pulun əksər hissəsi nəğd şəkildə 
olur. 
Lakin pul 
anlayışı nəğd puldan başqa bir çox komponentləri də əhatə edir. Pul nəğd 
və depozitdə ola bilər.  Sövdələşmələrə xidmət göstərən hesablar (çek hesabları) da pul 
hesab  olunur. 
Banklardakı  belə  hesablarda, adətən, nəğd  dövriyyədə  olduğundan  daha 
böyük 
məbləğlər toplanır. Dövriyyədə nəğd pulun miqdarının çoxalması heç də həmişə 
iqtisadiyyatda pul 
kütləsinin miqdarının artması demək deyil.  
Pulun 
aşağıdakı aqreqatları vardır: 
M0 –bank 
sistemindən kənarda olan  nəğd pul vəsaiti 
M1 –
nəğdsiz vəsaitlər 
M2- 
nəğd və nəğdsiz vəsaitlərin cəmi. 
 
 
İQTİSADİYYATI NECƏ İDARƏ 


 148 
ETMƏK OLAR? 
 
Makroiqtisadiyyatla 
məşğul  olan  iqtisadçılar  arasında  baş  verən  proseslərə 
münasibətdə  daha  çox  populyarlaşmış  üç  müxtəlif  yanaşma  mövcuddur.  Onlarla 
tarixi 
ardıcıllığı əsas götürməklə sıra ilə tanış olaq. 
Klassik 
məktəb  belə  bir  tezisdən  çıxış  edir  ki, "təklif  tələb  yaradır". 
İqtisadiyyatda məşğulluq səviyyəsini saxlamaq üçün istehsalı dəstəkləmək zəruridir. 
İstehsalın özü gəlir yaradır ki, həmin gəlirlə istehsal olunan mallar alınır: 

əgər  tələb  aşağı  düşsə,  onda  əmək  haqqı  da  azalır.  Bu,  qiymətlərin  aşağı 
düşməsinə  gətirib  çıxarır,  sonuncu  hadisə  alıcıları  daha  çox  mal  almağa 
stimullaşdırır, nəticədə tələb artır; 

dövlətin  rolu  minimal   olmalıdır,  çünki  iqtisadiyyat  dəqiq  qurulmuş 
tənzimlənmə  mexanizminə malikdir. Dövlət iqtisadi fəaliyyəti ilə sabitliyi poza bilər. 
Bu 
postulatların qrafiki təqdimatı aşağıdakı kimidir: 
 
 
Qiymət 
         
səviyyəsi                                         AS 
 
                                                                             AD2 
                                              AD1 
 
 
 
 
 
                                                                             
 
 
 
 
 
 
 
Real ÜDM 
Şəkil 37. Klassik nəzəriyyənin qrafik təqdimatı 
 
Nəticə:  klassik  nəzəriyyəyə  əsasən,  iqtisadiyyatda  tarazlığa  yalnız  tam 
məşğulluq  vəziyyətində  nail  olunur.  Çevik  əmək  haqqı,  qiymətlər  və  faiz  dərəcəsi 
iqtisadiyyatı həmişə tam məşğulluq vəziyyətinə qaytarır. 
Klassik 
nəzəriyyə müəyyən dərəcədə Sey qanununa əsaslanır. Sey qanunu çox 
sadədir: əmtəələrin istehsalı prosesinin özü əmtəələrin istehsal dəyərinə bərabər gəlir 
yaradır. Klassik iqtisadçılar hesab edirlər ki, bazar iqtisadiyyatının mühüm atributu  
olan pul 
bazarı əmanətlərin və investisiyaların bərabərliyinə, bununla da həm də tam 
məşğulluğa təminat verir. 
Digər nəzəriyyə - Keynsçilik iqtisadi nəzəriyyəsidir. 
Uzun 
müddətli  işsizlik  göstərir  ki,  iqtisadi  qeyri-sabitlik  dövrləri  uzun  müddət 
sürə  bilər  və  işsizlik  çox  çəkə  bilər.  Çünki  bazar  iqtisadiyyatı  avtomatik  surətdə 
özünü 
tənzimləyə   bilməz.  Dövlət  tələbin  idarə  edilməsi  üçün  tədbirlər  həyata 
keçirməlidir ki, istehsal həcmlərini saxlamaqla tam məşğulluğu təmin etsin. 


 149 
Bu 
nəzəriyyə  faiz  dərəcəsinin  ev  təsərrüfatlarının  əmanətlərini  firmaların 
investisiya 
planlarına  uyğunlaşdıra  bilməsi  qabiliyyətini  şübhə  altına  alaraq,  Sey 
qanununu inkar edir. 
Keynçilər iddia edirlər ki, iqtisadiyyatda heç də bütün resurslar 
məşğul  olmadığından  tələbin  artması  real  ÜDM-in  artımına  gətirib  çıxarır  və 
qiymətlərin səviyyəsi  yüksəlmir. 
Keynsçiliyin qrafiki 
təqdimatı isə belədir: 
 
 
 
Qiymət 
 
səviyyəsi 
 
 
                                                                           AS 
 
 
                                                   AD1              AD2 
 
 
 
                                                                                   
    Real ÜDM 
Şəkil 38. Keyns nəzəriyyəsinin qrafiki təqdimatı 
 
Keynsçilik 
nəzəriyyəsi göstərir ki, istehsal olunan mal və xidmətlərin miqdarı və 
uyğun olaraq məşğulluq səviyyəsi ümumi xərclərin səviyyəsi ilə birbaşa asılılıqdadır. 
Xatırladaq ki, sahibkarların və ümumiyyətlə bütün insanların istehlak, investisiya və 
xarici 
ticarət qərarları onların şəxsi (özəl) maraqlarına əsaslanır. Dövlətin qərarları isə 
cəmiyyətdə ümumi rifah səviyyəsinə təsir göstərir. Dövlətin başlıca funksiyalarından 
biri 
iqtisadiyyatın  sabitliyini  təmin  etməkdir.  Bu  funksiyanın  reallaşdırılması  üçün 
dövlət fiskal və monetar siyasət kimi alətlərdən istifadə edir. 
Keynsçilərin fikrincə, əgər dövlətin məqsədəuyğun müdaxiləsi olmazsa, işsizlik 
və inflyasiya çox uzun müddət davam edə bilər. Onların fikrincə, vergilər və dövlət 
xərcləri  ilə  manipulyasiya  yolu  ilə  iqtisadiyyatın  sabitləşdirilməsinə  nail  olmaq 
mümkündür. Keyns hesab edir ki, 
tələb təklifi yaradır. Onun fikrincə: 
Məcmu təklifin əyrisi daha çox üfüqidir. 
Fiskal 
siyasət monetardan çox effektlidir. 
GDP=C+
İ+G
±
X bu 
nəzəriyyəni başa düşmək üçün hakim formuldur. 
Həcm və istehlak daha çox gəlirlərdən asılıdır, nəinki faiz dərəcəsindən. 
Bazarda 
mükəmməl olmayan rəqabətə görə tam məşğulluq zamanı tarazlıq 
vəziyyətinə qayıdış həmişə baş verir. 
Dövlət iqtisadiyyatın sabitləşdirilməsində aktiv rol oynamalıdır. 
Pul 
tədavülünün sürəti sabit deyil. 
      MB faiz 
dərəcəsini mütləq tənzimləməlidir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə