Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

 150 
Monetar 
siyasət faiz dərəcəsinin köməyi ilə fəaliyyət göstərir.
 
 
Monetar 
siyasət: 
- faiz 
dərəcələrinin dəyişilməsi yolu ilə iqtisadiyyata təsir göstərir ki, bu da 
anti-inflyasiya 
tədbiri olaraq daha  çox yararlıdır. 
 
Fiskal 
siyasət: 

vergilərin  azaldılması  və  dövlət  xərclərinin  artırılması  yolu  ilə  ÜDM-in 
artımına  nail olmaq üçün istifadə edilir. 
 
Vergilərin artırılması  və  dövlət xərclərinin azaldılması  inflyasiya ilə  mübarizə 
üçün 
təsirli  vasitələrdən  hesab  olunur.  Keynsçiliyə  görə,  işsizlik  və  inflyasiya 
arasında kompromis seçim mümkündür. Əgər işsizliyin səviyyəsi çox yüksəkdirsə, 
onda 
dövlət müəyyən qədər inflyasiyaya yol verərək məcmu tələbi artıra və bununla 
işsizlik səviyyəsini aşağı sala bilər. Və əksinə. 
İqtisadçıların  3-cü  qrupu  olan  Monetarizm  tərəfdarları  iddia  edirlər  ki,  pul 
təklifini  il  ərzində  tədricən  3-5  faiz  artırmaq  hesabına   iqtisadi  artıma  nail  olmaq 
mümkündür.  Onlar   hesab 
edirlər  ki,  pul  kütləsinin  artımı  məcmu  tələbin 
dəyişilməsinə, bununla da ÜDM-in artımına  bilavasitə təsir göstərir. Bu nəzəriyyə 
üçün hakim hesab 
edilən tezislər aşağıdakılardır: 
Məjmu təklifin əyrisi daha çox şaqulidir 
Əmək haqqı və qiymətlər elastikdir. 
Monetar 
siyasət fiskal siyasətdən çox məjmu tələbə təsir göstərir. 
İqtisadi siyasətin aydın və ardıjıl olması çox vajibdir. 
Fiskal 
və monetar siyasət əsasən qısamüddətli dövrdə fəaliyyət göstərir və ölkə 
iqtisadiyyatının gələjəyinə nisbətən az təsir edir. 
Real ÜDM-in 
dəyişikliyini izləmək üçün pul təklifini 3-5 faiz artırmaq lazımdır. 
Əksər bazarlar yüksək dərəjəli rəqabətli hesab olunurlar. 
MV=PQ bu 
nəzəriyyəni başa düşmək üçün hakim formuldur. 

dövlət yaxşıdır ki, o idarə eləmir. 
İnflyasiyanın başlıja səbəbi hökumətin həddindən çox pul yaratmasından 
ibarətdir. 
MB pul 
təklifini mütləq tənzimləməlidir. 
Pulun 
dövriyyə sürəti (V) -sabitdir. 
Keynsçilərdən  və  monetaristlərdən  başqa,  "rasional  gözləntilər  nəzəriyyəsi" 
adlanan 
nəzəriyyənin tərəfdarları da vardır. Bunlar hesab  edirlər ki, insanlar iqtisadi 
siyasətdə  dəyişiklikləri  gözləyir  və  işlərini  elə  qururlar  ki,  gözlənilən  nəticələri 
kompensasiya 
eləsin. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, dövlətin iqtisadiyyata 
müdaxiləsi  "tənəzzül"  və  "böhran"ı  yalnız  gücləndirir.  Bu  nəzəriyyənin  əsas 
postulatlarını qısaca belə ifadə etmək olar: 
1.  Bir  halda  ki, 
nə monetar, nə də fiskal siyasət yaxşı nəticə vermir, - yaxışısı 
 budur, 
dövlət heç nə etməsin. 


 151 
2. 
Təsərrüfat  subyektləri  (müəssisə  və  firmalar)  kifayət  qədər  ağıllıdır  və  öz 
fəaliyyətləri ilə əlaqədar qərar qəbul etdikləri zaman dövlət siyasətinin nəticələrini 
mütləq nəzərə alacaqlar. 
3. 
Əhali  rasional qərarlar qəbul edərək, özlünü dövlət siyasətinin nəticələrindən 
qorumağa  cəhd göstərir.  
Bu 
nəzəriyyənin  tərəfdarları  hesab  edirlər  ki,   monetaristlərin  "3-5%  qaydası" 
düzgündür, 
lakin 
bu 
qayda 
əhalinin  gözləntilərinin  sabitləşdirilməsinə 
istiqamətləndirilməlidir.  Ancaq  dövlətin  fiskal  siyasəti  səmərəli   deyil,  çünki 
əhalinin reaksiyası bu siyasəti heç edir. 
Bu 
nəzəriyyənin əsas tezisləri belədir: 
Əmək haqqı və qiymətlər elastikdir 
İqtisadiyyatın sabitləşdirilməsinə münasibətdə monetar və fiskal siyasət effektiv 
olmur 
İqtisadi siyasətin aydın və ardıcıl olması çox vacibdir. 
Əksər bazarlar yüksək dərəcədə rəqabətli hesab olunurlar. 
Gözləmə perspektiv xarakter daşıyır. 
Dövlətin fiskal və monetar siyasəti iqtisadiyyatda tezliklə sabitliyə deyil, qeyri-
sabitliyə gətirib çıxarır. 
Məcmu təklifin əyrisi həmişə şaqulidir. 
Əhalinin monetar və fiskal siyasətdən gözlədiyi tədbirlərin çox zaman effekti 
olmur. 
İndi  isə  yenidən  monetar  nəzəriyyəyə  qayıdaq.  Monetarizmin  əsası  pulun 
miqdar 
nəzəriyyəsi hesab olunur. 
Pulun miqdar 
tənliyi  aşağıdakı düsturla ifadə olunur: 
 
MV = PQ, 
 
burada, M- 
tədavüldə olan pulun miqdarı 
V- pulun dövr 
sürəti 
P- 
qiymətlərin orta səviyyəsi 
Q
əmtəə və xidmətlərin miqdarı 
Biz 
öyrəndik ki, dövriyyədə olan  pul kütləsi dövlət tərəfindən tənzimlənir. Bəs 
bunu konkret olaraq 
kimlər edir  və necə həyata keçirir? 
Adətən belə tənzimləmə ölkənin Mərkəzi (Milli) Bankı (MB) tərəfindən həyata 
keçirilir. Bunun üçün MB 
aşağıdakı alətlərdən istifadə edir: 
- bank eh
tiyatlarının norması; 
- uçot 
dərəcəsi; 

açıq bazarda əməliyyatlar. 
 
"Bank  eh
tiyatlarının  norması"  nədir?  Fərz   edək  ki, hər  hansı  kommersiya 
bankınin  100  mlrd.  manat  pulu  var.  Müəyyən  şəraitdə  bank  bu  pulun  hamısını 
kreditə verə bilərdi. Lakin, MB 20%-lik ehtiyat norması müəyyənləşdirdiyi tədqirdə,  


 152 
kommersiya 
bankı pulun yalnız 80 mlrd. manatını kreditə ayıra bilər. Qalan 20 mlrd. 
manatını  isə  toxunulmaz  ehtiyat  kimi  saxlamağa  borcludur.  Beləliklə,  MB  ehtiyat 
normasını  artırıb-azaldaraq  bütünlükdə  ölkə  üzrə  dövriyyədəki  pul  kütləsinə  təsir 
imkanları qazanır. 
Uçot  faizi. 
Məlumdur  ki,  kommersiya  bankları  firmalara  və  əhaliyə  kredit 
verir.  Çox  vaxt 
elə olur ki, kredit vermək üçün bankların öz vəsaitləri çatışmır. 
Onda  bu  banklar  MB-
dən  borc  pul  alır  və  təbii  ki,  sonradan  həmin  borcu 
müəyyən  faizlə  qaytarır.  MB-nin  başqa  banklara  verdiyi  kreditlər  üzrə  borc 
faizi-uçot faizi 
adlanır. 
Açıq  bazarda  əməliyyatlar.  Bütün  ölkələrdə  MB  özünün  borc  öhdəliklərini-
dövlət  qiymətli  kağızlarını  buraxır.  Bunlar  ən  etibarlı   qiymətli  kağızlar  hesab 
olunur,  çünki 
onların  təminatçısı  kimi   dövlət   özü  çıxış   edir.  Bunları  qiymətli 
kağızlar  bazarında  firmalar  böyük  məmnuniyyətlə  alırlar.  Bu  qiymətli  kağızlar 
satıldıqda  MB  onun  əvəzində  dövriyyədə  olan  pulun  bir  hissəsini  əldə  edir  və 
bununla  da 
dövriyyədə  pulun   miqdarı  azalır.  Dövlət  dövriyyədə  pulun  miqdarını 
 
artırmaq  istədikdə isə, öz "borclar"nı satın alır və bu  məqsədlə  dövriyyəyə  əlavə  
pul 
kütləsi buraxır və son nəticədə pulun həcmi artır. 
Gəlin, yuxarıda qeyd olunanları cədvəl vasitəsilə nəzərdən keçirək. 
 
 
 
Cədvəl 16 
MB pul  
kütləsini necə tənzimləyir 
 
MB-in 
alətləri 
Makroiqtisadi effekti 
1. Bank 
ehtiyatlarının norması  
Artır   
Buxovlayıcı siyasət 
 
 
Azalır 
Genişləndirilmiş siyasət      
 
Pul 
kütləsi       

 
Faiz 
dərəcəsi  

 
İnvestisiya       

 
 
Pul 
kütləsi       

 
Faiz 
dərəcəsi  

 
İnvestisiya       

 
2. Uçot 
dərəcəsi
 
Artır                                                  
Buxovlayıcı siyasət 
 
 
Azalır                                              
Genişləndirilmiş siyasət 
 
Pul 
kütləsi       

 
Faiz 
dərəcəsi  

 
İnvestisiya       

 
 
Pul 
kütləsi       

 
Faiz 
dərəcəsi  

 
İnvestisiya       

 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə