153
3.
Açıq bazarda əməliyyatlar
Qiymətli kağızların satışı
Buxovlayıcı siyasət
Qiymətli kağızların alışı
Genişləndirilmiş siyasət
Pul
kütləsi
Faiz
dərəcəsi
İnvestisiya
Pul
kütləsi
Faiz
dərəcəsi
İnvestisiya
İ q t i s a d i f i k i r t a r i x i n d ə n
Milton
Fridmən (31.12.1912)
Son
illər biz Sizlərlə bərabər iqtisadi siyasətə
dair
keçirilən müxtəlif səviyyəli debatları
müşahidə edərkən çox tez-tez «monetarist» sözünü
eşidirik. Monetaristlərin çox sevdiyi bu sözün
populyarlaşmasında monetarizm
iqtisadi
nəzəriyyəsinin banisi Milton Fridmənə minnətdar
olmalıyıq. Emiqrant ailədən olan, iqtisadi təhsilini
aldığı təqaüdlə məşhur Çikaqo Universitetində
başa vuran Fridmən sonradan uzun illər (1946-79-
cu
illərdə) həmin Universitetdə iqtisadiyyat
professoru
vəzifəsində çalışıb.
Onun
iddiasına görə, inflyasiyanı pul kütləsinə təsir etmək yolu ilə
nəzarətdə saxlamaq mümkündür, baxmayaraq ki, bir çox ölkələrdə dövlət
xərclərini ixtisar etməyə milli hakimiyyətlərin «siyasi iradəsi» çatmır. 1976-cı
ildə Nobel mükafatına layiq görülmüş Fridmən əmindir ki, «İnflyasiya həmişə
və hər yerdə monetar fenomen sayılır». Əgər dövriyyəyə əlavə pul
buraxılışının artım tempi məhduddursa və onun səviyyəsi iqtisadiyyatda
istehsalın artım tempinə uyğundursa, onda məhsulun qiymətinin artımı (yəni
inflyasiya)
baş verməyəcəkdir.
Fridmən monetar siyasətin tətbiqi zərurətinə, həmçinin Keynsin
nəzəriyyəsindən kənarlaşmasına əminliyini onunla əsaslandırır ki,
bazar
154
qüvvələri özünütənzimləmə xarakteri daşıyır və «işsizliyin təbii səviyyəsi
mövcuddur».
Fridmənin nəzəriyyəsi anti-inflyasiya nəzəriyyəsi hesab olunur. Bu
nəzəriyyə son illər keçid iqtisadiyyatlı ölkələrdə geniş tətbiq imkanları
qazanm
ışdır. 1994-cü ildən başlayaraq Azərbaycan Respublikasının Milli
Bankı pul kütləsinin tənzimlənməsində monetar alətlərdən istifadəyə üstünlük
verir.
Xülasə
1.
Tarixən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşma səviyyəsi
dərinləşdikcə natural mübadilə əməliyyatlarının aparılması getdikcə
çətinləşmiş və mal mübadiləsinin asanlaşdırılmasına xidmət edən ticarət
münsasibətləri formalaşmış, pul yaranmışdır. Pul – bütün əmtəələr üçün
ümumi ekvivalentdir.
2. Pul rolunda
çıxış edən əşyalar aşağıdakı tələblərə cavab verməlidir:
-
insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı
əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun;
- rahat
daşınan olmalıdır ki,
həm böyük, həm də kiçik sövdələşmələrdə
istifadə etmək mümkün olsun;
-
dəyərin saxlanması baxımından elə olmalıdır ki, uzun müddət
saxlandıqda alıcılıq qabiliyyəti azalmasın;
- kompakt, bircinsli
və bölünən olmalıdır;
- uzunömürlü
və daimi dəyərə malik olmalıdır.
3. Pul
aşağıdakı 3 başlıca funksiyanı yerinə yetirir:
Pul
tədavül vasitəsidir;
Pul
əmtəə və xidmətlərin dəyər ölçüsüdür;
Pul
sərvət toplanması vasitəsidir.
4. Pul
kütləsini tənzimləmək üçün MB aşağıdakı alətlərdən istifadə edir:
- bank eh
tiyatlarının norması;
- uçot
dərəcəsi;
-
açıq bazarda əməliyyatlar.
5. Makroiqtisadiyyatla
məşğul olan iqtisadçılar arasında baş verən
proseslərə münasibətdə üç müxtəlif yanaşma mövcuddur. Onun əsasını
aşağıdakı nəzəriyyələr təşkil edir:
Klassik;
Keynsçi;
Monetarist.
Müzakirə üçün suallar
Pula
tərif verin və müxtəlif dövrlərdə pul rolunu oynayan əşyaların adını
sadalayın. İstehsalçılar arasında natural mübadilə modelini qurun.
?
155
Pulun
funksiyalarını izah edin. Pulun aqreqatlarını (Mo, M1, M2)
sadalayın və onun açılışını verin.
Hər bir nəzəriyyənin (Klassik, Kensçi, Monetarist, Rasional gözləntilər)
əsas tezislərini fərqləndirin və onları ümumiləşdirib, sonradan uyğun gələn
seçimi edin.
Milli
Bankın pul kütləsini tənzimləmək üçün istifadə etdiyi alətləri
sadalayın və hər bir alətin pul kütləsinə təsirini qiymətləndirin.
Test
9.1. Keynsçilik
doktrinasına görə buraxılışın həcmi və məşğulluğun
səviyyəsi müəyyən edilir:
a) Tam
məşğulluq vəziyyətini xarakterizə edən iqtisadi sabitliklə
b) Onunla ki,
təklif tələbi yaradır
c)
Məcmu tələbin ölçüsü ilə
d)
Sey Qanunun
fəaliyyəti ilə.
9.2.
Klassiklərdən fərqli olaraq, Keyns təsdiq etmişdir ki:
a) «Laissez faire (bu söz
fransız mənşəli olub, «müdaxilə etməmək»
mənasını verir) prinsipinin yerinə yetirilməsi mütləq makroiqtisadi tarazlığa
gətirib çıxarır
b)
Qiymətlər və əmək haqqı çevikliyə malik olurlar
c) Bazar
təbii surətdə özünü tənzimləyir
d)
Özəl sahibkarlıq iqtisadiyyatına daxili qeyri-sabitlik xasdır.
9.3.
Hansı iqtisadi nəzəriyyə belə nəticəyə gəlir ki, bazarlar
uzunmüddətli dövrdə artım tempindən kənarlaşma tendensiyasını özləri
«
tənzimləyirlər»(tarazlığa qaytarırlar).
a) Keys
nəzəriyyəsi
b)
Monetar
nəzəriyyə
c)
Klassik
nəzəriyyə
d)
Təklif nəzəriyyəsi.
9.4. Sey Qanunu bildirir ki:
a)
Qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır
b)
Təklifin və tələb əyrilərinin hərəkətləri bazar tarazlığına gətirib çııxarır
c)
Təklif özünün xüsusu tələbini yaradır
d)
Əmək haqqı və qiymət çevik hesab olunmur, ona görə də bazar
tarazlığının əldə olunmasına əngəl yaradır.
?
!