17
Bundan əlavə, “Apple” tarixində ilk dəfə satışlara görə, “Nokia” şirkətinin bütün
modellərini üstələyib. Əslində, fin istehsalçısının vəziyyətini nəzərə alsaq, bu, əvvəl-axır
olmalıydı. “Apple” həmçinin “Mac” kompyuterlərinin satışına görə də rekorda imza atıb
və ötən il ərzində ümumilikddə 5,5 milyon kompyuter satıb. Lakin şirkətin digər
qadcetləri satışlara görə bir o qədər fərqlənməyib. “iPod”ların adı son hesabatda
ümumiyyətlə hallanmayıb ki, bu, sözügedən cihazın yaxın zamanda mağazalardan
itəcəyindən xəbər verir. “iPad”-lər 21,4 milyon ədəd satılmasına baxmayaraq, ötən ilin
eyni dövrü ilə müqayisədə 18%-lik eniş nümayiş etdirib. Bu göstərici, hətta 2013-cü ilin I
rübü ilə müqayisədə də geri qalır (22,9 milyon). Qeyd edək ki, mütəxəssislər gələcəkdə
bahalı planşetlərin bazar payının azalacağını və onları daha ucuz cihazların
əvəzləyəcəyini proqnoz edirlər.
Hərçənd ümumilikdə 2014-cü ildə satışın həcminə görə, “Samsung” hələ də
“Apple”ni üstələyir. 2014-cü ildə 192,7 milyon ədəd «iPhone» satılıb ki, bu da ümumi
həcmdə bazarın 15,0 faizi deməkdir. ABŞ şirkəti "Microsoft/Nokia” korporasiyası 185,7
milyon satılmış qurğu ilə üçüncü yeri tutub. Nəhəng mobil telefon şirkətləri reytinqində
dördüncü yerə “Motorola” şirkətini satın alan Çinin "Lenovo” istehsalçısı yüksəlib. 2014-
cü il ərzində “Lenovo” və “Motorola” markalı satılan telefonların sayı 92,7 milyon ədədə
(ümumdünya göstəricisinin 7,2 faizi) çatıb, halbuki ötən il satış həcmi 62,1 milyon ədəd
(6,3 faiz) olub. Ümumilikdə, 2014-də dünyada 1283,5 milyon smartfon satılıb. Bu 2013-
cü ilə nisbətən 29,6% artıqdır.
2019-cu ilədək dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 125 faizə çatacaq
Bu barədə "iGR” tədqiqat şirkətinin mobil rabitə sahəsi üzrə proqnozuna əsasən
smartfon və planşetlərə artan tələbat mobil rabitə bazarının həcminin artmasına səbəb
olur.
Qiymətləndirmlərə görə, 2019-cu ildə dünya üzrə mobil qoşulmaların sayı 2014-
cü ilə nisbətən (6,9 milyard) daha da artım nümayiş etdirərək 9,5 milyarda çatacaq.
Bununla yanaşı, mobil rabitənin ümumi nüfuzetmə səviyyəsinin 96,4 faizdən 125
faizədək artacağı proqnozlaşdırılır.
18
Mobil şəbəkələrə qoşulmaların sayının dünya əhalisinin sayını ötməsi faktı onunla
izah edilir ki, bəzən abunəçi internetə çıxışı olan bir neçə qurğuya malik olur.Xüsusilə,
mobil rabitə abunəçisi smartfon, planşet, mobil çıxış nöqtəsi və avtomobilə quraşdırmaq
üçün bir neçə SİM kart əldə edir.
5. Elektron avadanlıqların mənfi cəhətləri
Elektron avadanlıqların müsbət cəhəti olduğu kimi mənfi cəhətləri də az deyil.
Ötən il dünyada 41,8 milyon ton elektron və elektron avadanlığı tulantıya atılıb.
Mütəxəssislərin hesablamasına görə, bu qədər tullantı ilə 23 kilometrədək uzanan
1,15 milyon yük maşınını doldurmaq olardı. Yenidən istifadə məqsədilə təkrar emal üçün
yarıyan zibillərin, eləcə də tullantılardan hasil edilən materialların dəyəri 52 milyard ABŞ
dolları təşkil edir. Bu emal prosesi “elektron tullantının” (e-waste) ümumi həcminin
yalnız altıda bir hissəsi üzərində aparılıb. Məsələn, bütün tullanan zibilərdə 300 ton qızıl
olub ki, bu da 2013-cü ildə dünyada bu qiymətli metalın istehsalının 11 faizinə
bərabərdir. Bundan başqa, tullantılarda qurğuşun, eləcə də civə, kadmium və xromun
olduğu 2,2 milyon ton material tapılıb.
Ümumi “e-waste”in təxminən 60 faizini soyuducu, paltaryuyan maşın və digər
məişət texnikası təşkil edir. Mobil telefon, kalkulyator, kompyuter və printerlərin bu
zibildə ümumi payı 7 faizdir.
Adambaşına düşən “elektron tullantı”nın istehsalında “qabaqcıl” ölkələr ekoloji
səviyyəsi yüksək olan ölkələrdir. Məsələn, Norveçdə 2014-cü ildə adambaşına 28,4,
İsveçrədə 26,3, İslandiyada 26,1, Danimarka 24, Böyük Britaniyada 23,5 kiloqram “e-
waste” düşüb. Ən aşağı göstərici Afrikada qeydə alınıb. Burada adambaşına 1,7 kq
“elektron tullantı” düşür. Qitədə ümumilikdə 1,9 milyon ton tullantı yaranıb.
Bu göstərici üzrə “liderlər” sırasına ABŞ və Çin (bütün zibilin 32 faizi) daxildir.
Onlardan sonrakı yerlərdə Yaponiya, Almaniya və Hindistan qərarlaşıb. 2013-cü ildə
dünyada 39,8 milyon ton “elektron tullantı” istehsal olunub. 2018-ci ildə bu göstəricinin
50 milyon ton olacağı proqnozlaşdırılır.
19
Qızıl, məsələn, kompyuter mikrosxemlərindən hasil olunur. Qızıl və digər qiymətli
və ya nadir metalların kompyuter və başqa elektron texnikadan hasil edilməsi kifayət
qədər baha başa gəlir ki, bu da onların qlobal miqyasda tətbiqinə mane olur.
6. Elektronika sənayesi sahəsində dünyanın aparıcı ölkələri
Texnoloji məhsullar dünyada böyük bir sürətlə yayılır və daim daha yeni
texnologiyalar istehsal edilir. İstər Şərqi Asiya Ölkələri, istər ABŞ, İsrail kimi Qərb
ölkələri elektron məsələsində çox inkişaf etmişlər. Hər birinin elm-texnologiya və
elektron sektorun təşviqləri sektorun inkişafında mühüm rollar oynamışdır.
Dünyanın elektronika sənayesi ən çox inkişaf etmiş ölkələri
ABŞ
İlk satışa çıxarıla bilən çiplər 1964-cü il tarixində ABŞ Prezidenti Con Kennedi
Zamanında istifadə edilməyə başlanmışdır. Bu çiplər ilk kosmos işlərində də istifadə
olunmuşdur. Həmçinin zaman keçdikcə texnologiya inkişaf etdikcə təbii olaraq
qiymətlərdə də düşməyə başlamışdır. Məsələn, 1964-cü ildə 64 elementi əhatə edən bir
çip 32 dollar idisə, 1971-ci ildə minlərlə elementi saxlayan bir çip 1 dollara satılmağa
başlanmışdır.
1980-ci illərin ortalarında dünya üzrə 150-200 firma var idi. 1985-ci ildə ən böyük
10 firmanın 60% ABŞ-a aid idi. Sənayedə çox sayda firma olmasına baxmayaraq yalnız
beş dənəsi topdan çip satışını həyata keçirirdi. Bu firmalar; Texas Instruments, Motorola,
Intel, National Semiconductor və Advenced Micro Device idi. Bunların 1986-ci ildə
satışları ABŞ satışlarının 40%-na çatmışdır.
ABŞ elektronika sektorunda əmək xərclərini minimuma endirmək üçün 1980-ci
illərdə ortaq bir strategiya yürüdərək elektron investisiyalarını xarici ölkələrə, ya da bir
növ sərbəst sahə olan maquladoralara (əkiz zavod) investisiyalar yatırmağa başlamışdır.
Məsələn: Commonwealt Karaip adalarından Barbados, Sankt-Lucıa, Sankt-Kids kimi
yerlərdə ABŞ mənşəli investisiyalar artmışdır. Buralarda emal adətən kit sisteminə
Dostları ilə paylaş: |