Elmi məsləhətçi: Xalid Əliyev
Biologiya
üzrə elmlər doktoru,
dosent
Redaktor:
Akif Bayramov
Biologiya
üzrə fəlsəfə doktoru, dosent
Rəyçilər:
Əliyar İbrahimov
Biologiya üzrə elmlər doktoru,
professor
Barat Əhmədov
Biologiya üzrə fəlsəfə doktoru, dosent
Monoqrafiyada Naxçıvan Muxtar Respublikasının bioloji
müxtəlifliyində növlərinin zənginliyi və praktiki əhəmiyyəti ilə fərqlənən
arıkimilər faunasının sistemli tədqiqinin nəticələri öz əksini tapmışdır.
Kitabda arıkimi populyasiyalarının bölgənin bütün yüksəklik qurşaqları və
landşaftları üzrə paylanması qanunauyğunluqları, onların trofik əlaqələri,
uçuş fenologiyası, yuvalaması, davranış xüsusiyyətləri və sair məsələlər
haqqında maraqlı məlumatlar verilmiş, müxtəlif aqrosenozlarda və təbii
bitki senozlarında əsas tozlandırıcı arıların funksional fəaliyyəti
qiymətləndirilmişdir. Faunanın müasir təsnifat dəyişiklikləri əsasında
yenidən tərtib edilmiş taksonomik spektrinə və ekoloji-faunistik təhlilinə
geniş yer ayrılmışdır. Əsərdə həmçinin təbiət komplekslərinin labüd
ünsürləri olan və entomofil bitkilərin bioloji məhsuldarlığının
yüksəldilməsində xüsusi fəallığı ilə fərqlənən növlərin qorunması və
onlardan səmərəli istifadə edilməsi yolları göstərilmişdir.
Dəqiq işlənmiş cədvəllərin, diaqramların və rəngli fotoşəkillərin
yer aldığı bu monoqrafiya entomoloqlar, zooloqlar, aqronomlar, ekoloqlar,
universitetlərin və orta məktəblərin biologiya müəllimləri, magistrlər və
Naxçıvan Muxtar Respublikasının zəngin həşəratlar aləmi ilə maraqlanan
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının arıkimilər
(Hymenoptera, Apoidea) faunası. Naxçıvan: Əcəmi NPB, 2015, 264 s.
4700000000
053-2015
© “Əcəmi” 2015.