1
ver. 1.0.6. date 03.07.17
Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu
Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bankın lisenziyası və öz
Nizamnaməsi əsasında fəaliyyət göstərən “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank
adlandırılacaq) və digər tərəfdən Müştəri, birlikdə Tərəflər adlandırılacaqlar, aşağıdakılar barədə Bank
xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu (bundan sonra Müqavilə adlandırılacaq)
bağladılar.
I.
MÜQAVİLƏNİN PREDMETİ
1.
Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin
yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının
verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.
2.
Hazırki Müqavilə, həmçinin, Tərəflər arasında elektron daşıyıcılar vasitəsi ilə bank xidmətləri
üzrə sərəncamların verilməsi və qəbulu, bu sərəncamların icrası ilə bağlı elektron imzanın
qəbuluna dair tələblər öz əksini tapmışdır.
3.
Bu Müqavilənin imzalanması Bank tərəfindən Müştəriyə bu Müqavilə ilə tənzimlənməyən digər
xidmətlərin göstərilməsini məhdudlaşdırmır və həmin münasibətlərə şamil edilmir.
4.
Yuxarıda qeyd olunan xidmətlərdən hər birinin Bank tərəfindən Müştəriyə təqdim olunması üçün
bu Müqavilədən başqa müvafiq Ərizə formalarının da Müştərinin özü və ya səlahiyyətli
nümayəndəsi tərəfindən doldurularaq Banka təqdim olunması tələb olunur.
5.
Müştəriyə yalnız müvafiq Ərizə formasında qeyd etdiyi xidmət təqdim olunacaq. Bu ərizə
formaları 2 (iki) nüsxədə olacaq və hər iki tərəfin imzası və möhürü olan tərəfin möhürü ilə
təsdiqləndiyi andan qüvvəyə minəcək.
6.
Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmətin göstərilmə
yeri və sair şərtlər qeyd olunan Ərizə formalarında öz əksini tapacaq.
7.
Hər bir bank xidməti üzrə Xidmət haqqı Bankın qüvvədə olan Tariflər kitabçasında qeyd olunur.
8.
Bu Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün Ərizə formaları bu Müqavilənin ayrılmaz
hissəsini təşkil edir. Tərəflər arasında imzalanmış hər-hansı Ərizə forması ilə hazırki Müqavilənin
şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə formasında qeyd olunan şərtlər üstünlük təşkil edəcək.
9.
Tərəflər arasında daha əvvəl imzalanmış və qüvvədə olan digər müqavilələr mövcud olduğu
halda, bu Müqavilənin imzalanması həmin müqavilələr üzrə yaranmış münasibətlərə təsir etmir.
II.
BANK HESABI
1.
Cari hesab barədə məlumat
1.1.
Bank, Müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında
göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası
qanunvericiliyi, Mərkəzi Bankın və Maliyyə bazarlarına nəzarət orqanının normativ sənədləri ilə
nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış
hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba mədaxil etməyi, hesabdan müvafiq
məbləğlərin köçürməyi və verməyi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin
sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın
qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür.
1.2.
Müqavilənin qüvvədə olduğu müddət ərzində açılan yeni hesablar üzrə münasibətlərə də eyni
qaydalar tətbiq ediləcək.
1.3.
Hesab üzrə Müştəri sərəncamları həm kağız, həm də elektron daşıyıcılarda verilə və qəbul oluna
bilər. Sərəncamların elektron daşıyıcılarda verilməsi ilə bağlı Tərəflər arasında yaranan
münasibətlər Müqavilənin VII bölümü ilə tənzimlənir.
2
ver. 1.0.6. date 03.07.17
2.
Bank hesabı xidmətinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri
2.1.
Bankın vəzifələri:
2.1.1.
Müştəriyə hesablaşma-kassa xidməti üzrə kompleks xidmət təqdim etmək. Bura Müştərinin
hesablarının açılması, aparılması və onun tapşırığı ilə Bankın lisenziyasında nəzərdə tutulmuş
bütün hesablaşma və kassa əməliyyatlarının həyata keçirilməsi daxildir.
2.1.2.
Bankın qüvvədə olan tariflərinə uyğun olaraq xidmət haqlarının ödənilməsi şərtilə Müştəriyə
bilavasitə hesablaşma-kassa xidmətinə aid olan və ya aid olmayan digər xidmətləri
(kreditləşdirmə, xarici valyutanın alınıb satılması, və s.) göstərmək.
2.1.3.
Müştərinin tapşırığı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının və Maliyyə Bazarlarına
Nəzarət Palatasının müvafiq qaydaları və Bankın daxili qayda və prosedurlarına ciddi riayət
etməklə hesablaşma əməliyyatlarını vaxtı-vaxtında və düzgün yerinə yetirmək.
2.1.4.
Qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün ona hesablaşma hesabından nağd pul vəsaiti
vermək. Bu halda Müştərinin hesabından pul vəsaitlərinin silinməsi ardıcıllığına dair
qanunvericiliyin tələbləri nəzərə alınır.
2.1.5.
Müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı
ilə həyata keçirmək. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız
qanunvericilik və Müqavilənin II.2.2.2. və II.2.2.4. bəndlərində göstərilən hallarda həyata
keçirilir.
2.1.6.
Nağd pulun qəbulu və verilməsini Mərkəzi Bankın qaydalarına və normativ
xarakterli
aktlarına
və Bankın daxili qayda və prosedurlarına ciddi riayət etməklə həyata keçirmək.
2.1.7.
Hesabda aparılmış əməliyyatlar üzrə Müştəriyə hesabdan çıxarış vermək.
2.1.8.
Bank, hesab üzrə məlumatların və əməliyyatların sirrinin mühafizəsinə təminat verir. Müştərinin
razılığı olmadan bu məlumatlar üçüncü şəxslərə yalnız qanunvericiliklə xüsusi olaraq nəzərdə
tutulmuş hallarda verilə bilər.
2.1.9.
Müştəriyə hesablar, bank avadanlığı, sənədlərin dövriyyəsi qaydaları və hesablaşma-kassa
xidmətinə bilavasitə aidiyyəti olan digər məsələlər üzrə məsləhətlər vermək.
2.2.
Bankın hüquqları:
2.2.1.
Müştərinin qüvvədə olan qanunvericilik, habelə Bank qaydaları, hesablaşma sənədlərinin
rəsmiləşdirilməsi proseduru və onların Banka təqdim edilməsi müddətini pozduğunu sübut edən
dəlillər olduqda hesablaşma-kassa əməliyyatlarının həyata keçirilməsindən imtina etmək.
2.2.2.
Müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət
tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz
silmək.
2.2.3.
Müştərini 14 (on dörd) gün əvvəlcədən yazılı xəbərdar etməklə birtərəfli qaydada xidmət
tariflərinə dəyişiklik etmək. Yazılı xəbərdarlığa məktub, elektron əlaqə vasitəsi (e-mail), faks,
SMS məlumatlandırma və digər vasitələrlə göndərilən xəbərdarlıq aiddir.
2.2.4.
Kredit, faizlər, komissiyalar, Banka ödənilməli olan ödənişlər və qanunvericiliklə müəyyən
olunan qaydada üzrə yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini
Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək.
2.2.5.
Müştərinin hesabına səhvən daxil olmuş məbləğləri onu yazılı qaydada xəbərdar etməklə
hesabından silmək. Yazılı xəbərdarlığa məktub, elektron əlaqə vasitəsi (e-mail), faks, SMS
məlumatlandırma və digər vasitələrlə göndərilən xəbərdarlıq aiddir.
2.2.6.
Qanunvericilikdə baş vermiş dəyişiklik və ya Bank tərəfindən Müştəri haqqında əlavə məlumat
əldə etmək zərurəti yarandığı hallarda tələb olunan əlavə sənədlərin təqdim edilməsini
Müştəridən tələb etmək.
2.3.
Müştərinin vəzifələri:
2.3.1.
Banka təqdim olunan tapşırıqların AR Mərkəzi Bankının və Maliyyə bazarlarına nəzarət
orqanının qüvvədə olan normativ sənədlərinə və Bankın daxili qaydalarına uyğunluğunu təmin
etmək.