11
ver. 1.0.6. date 03.07.17
5.
Əmanətlərin Sığortalanması Fondu, Bank və Müştəri
5.1.
Bank 04 dekabr 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra –
“Fond”) iştirakçısı olaraq (37 saylı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir (bu haqq
Əmanətçidən tutulmur).
5.2.
Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən
sığortalanır.
5.3.
Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Müştəri qarşısında
əmanət üzrə öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi
barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Müştəri qarşısında öz öhdəliklərini
yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq
edilməsidir.
5.4.
Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitələrində Müştəriyə
kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir:
a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti; d) Respublika qəzeti; e) Xalq qəzeti; f)
AzərTAC informasiya agentliyi və g) APA informasiya agentliyi.
5.5.
Fonddan kompensasiya almaq üçün Müştəri kütləvi informasiya vasitələrində göstərilən yerə
yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
c) Bank əmanəti müqaviləsi.
5.6.
Ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Fond tərəfindən Müştəriyə
kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında
bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Müştərinin
kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc
etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
5.7.
Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
a) bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb
olunmuş əmanətlər;
b) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə
müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
d) üzərinə həbs qoyulmuş əmanətlər;
e) Cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 8.1.20-ci
maddəsində göstərilən qaydada əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddindən
yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;.
5.8.
Fond sığorta hadisəsi baş verdikdə Müştəriyə “Əmanətlərin sığortalanması haqqında” və
“Əmanətlərin tam sığortalanması haqqında” AR Qanunlarının tələblərinə kompensasiya ödəyir.
5.9.
Fond kompensasiyanı milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında olan əmanət
üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Müştəriyə ödəyir. Əmanət ABŞ
dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş
verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi
rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət
üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Müştəriyə ödəyir.
5.10.
Müştərinin Bankda bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman,
Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Müştərinin Fondun hər
hansı digər iştirakçı bankında olan əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya
ödənilir.
12
ver. 1.0.6. date 03.07.17
5.11.
Bank Müştərinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı,
qorunan əmanətlər və kompensasiyalar barədə Müştəriyə məlumat verir.
5.12.
Müştəri aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla
əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 ; əlaqə tel: (99412) 596 65 91,
596 65 92, 596 65 93; Faks: (99412) 596 65 94; e-mail: adif@adif.az; sayt:
www.adif.az
.
5.13.
Müqavilənin qüvvədə olduğu müddət ərzində “Əmanətlərin tam sığortalanması haqqında” AR
Qanuna və ya müvafiq qanunvericilik aktlarına dəyişikliklər edildiyi təqdirdə, həmin aktların
məcburi tələbləri bu Müqavilə üzrə Tərəflər arasında yaranmış münasibətlərə də şamil olunur.
IV.
KREDİT (MALİYYƏLƏŞDİRMƏ)
1.
Kredit barədə məlumat
1.1.
Bank “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər
əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik kredit və ya kredit xətti və s. kimi
öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit”
adlandırılacaq) Müştəriyə “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında
göstərilən şərtlərlə Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, istifadə
və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Fərdi
müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunacaq və bu Müqaviləyə
əlavə ediləcək.
1.2.
Kreditdən yalnız müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün
istifadə ediləcək.
1.3.
“Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasına əsasən Müştəriyə Kredit limiti
ayrıldığı təqdirdə, o həmin Kredit limitindən 6 (altı) ay ərzində istifadə etmədiyi təqdirdə Kredit
limitinin maksimal həddinə Bank tərəfindən yenidən baxılır.
1.4.
Bu Müqavilə Bankın Müştəriyə Kredit vermək vədini ifadə etmir. “Fərdi müştərilərin
Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində Müştərinin hər bir
Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında
müvafiq Kreditin şərtləri göstərilən “Maliyyələşmə üçün ərizə” imzalanır.
1.5.
Müvafiq Kredit növü üzrə bu Müqavilədə qeyd olunmayan hər-hansı xüsusi şərtlər və hallar
“Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında öz əksini tapır.
Kreditlə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər Müştərinin müvafiq ünvanına
yazılı şəkildə bildirişli məktub ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə ona çatdırılmış hesab
olunur.
2.
Kreditlə bağlı tərəflərin hüquq və vəzifələri
2.1.
Bankın hüquqları:
2.1.1.
Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ona təqdim olunan sənədlər siyahısı, AR
Mərkəzi Bankının və Maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə
müəyyən olunan tələblərə uyğun olmadıqda, həmçinin Müştərinin əmlak və/və ya maliyyə
vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu pisləşmə Kreditin qaytarılmasını real olaraq
təhlükə qarşısında qoyduqda Kreditin hamısını və ya bir hissəsini verməkdən imtina etmək;
2.1.2.
Müqavilənin III.2.4. bəndi ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımınca icra
edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən
tələb etmək;
2.1.3.
Müştəri Müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda onun Bankda
açılmış hesablarından bu pul öhdəliyini Müqavilənin IV.3.8. bəndinə uyğun ardıcıllıqla akseptsiz
qaydada silmək;
2.1.4.
Müştəri Müqavilə şərtlərinə uyğun olaraq, yaranmış pul öhdəliklərini icra etmədikdə və ya
lazımınca icra etmədikdə, həmçinin, Müqavilənin şərtlərinə uyğun olaraq Kreditin müddəti